“Moskvanın cavabı Paşinyanın xeyrinə olacaq...” – Politoloq
“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı seçim qarşısında qoyub. Paşinyan Kremlə təklif edib ki, Rusiya Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmiryollarını bərpa etsin. Paşinyanın Moskvaya müraciət etməsinin səbəbi budur ki, keçmiş prezident Robert Köçəryan vaxtilə daxili dəmiryolları Rusiya Dəmiryolları İdarəsinə satıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Paşinyan da bundan çıxış edərək Rusiyanın balansında olan Ermənistan dəmiryollarının bərpasını Moskvadan xahiş edib. Moskvanın bu xahişə müsbət və ya mənfi cavablarından hər biri Paşinyanın xeyrinə olacaq. Rusiya hökuməti dəmiryollarının bərpasına razılaşarsa, Ermənistan pul xərcləmədən keçmiş SSRİ dövründə mövcud olan dəmiryollarını bərpa etmiş olacaq. Əgər Rusiya hökuməti İrəvana mənfi cavab verərsə və ya məsələnin həllini uzadarsa, Paşinyanın Ermənistan dəmiryollarını Rusiyanın balansından çıxarması üçün əsası olacaq”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Dekabr 2025 11:41
"Dəfələrlə xəstəxanalarda olmuşam, gördüyüm mənzərə ürəkaçan olmayıb" - Deputat
26 Dekabr 2025 11:08
“Bu prosesdə iştirak edən hər kəs öz layiqli cavabını alacaqdır...”
26 Dekabr 2025 11:02
Parlamentin növbəti iclası başladı
26 Dekabr 2025 09:00
200 İLLİK İŞĞALA SON QOYAN SƏRKƏRDƏ
25 Dekabr 2025 18:52
Azərbaycan QHT-ləri Donald Trampa açıq məktub yazıb
25 Dekabr 2025 18:36
Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK
25 Dekabr 2025 17:57
"Daxili qoşunlar haqqında" qanun təsdiqləndi
25 Dekabr 2025 17:52


Bakı -°C

