Aydan 1 ildən sonra işinə qayıtdı - VİDEO
Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüardessası Aydan Rəhimli 1 ildən sonra öz işinə qayıdıb.
Adalet.az xəbər verir ki, bununla bağlı AZAL sosial şəbəkə hesabında paylaşım edib.
“Bəzən sözlər kifayət etmir, amma yol davam edir.
J2-8243 nömrəli Bakı-Qroznı reysi Aydan Rəhimli üçün həyat yolunda yadda qalan bir an oldu.
O, bu gün yaşadıqlarını özü ilə daşıyaraq həyatın davam etdiyini anlayır, işini eyni diqqət və məsuliyyətlə icra edir”? - paylaşımda deyilir.
Xatırladaq ki, ötən il dekabrın 25-i AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrması nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.
Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevaya Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, A.Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunan ilk qadın kimi Azərbaycan tarixinə düşüb.
Digər Xəbərlər
26 Dekabr 2025 13:01
"Təbii ki, bu qanunun qəbul olunmasından narazı qalanlar olacaq" - Deputat
26 Dekabr 2025 12:53
Leyla Əliyeva Üçüncü Bahar İctimai Birliyi ilə bağlı paylaşım edib
26 Dekabr 2025 12:47
HHQ-nin Təlim və Tədris Mərkəzində növbəti buraxılış mərasimi keçirilib
26 Dekabr 2025 12:01
Deputat bəzi veriliş və serialları mənəvi terror adlandırdı
26 Dekabr 2025 11:53
İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydası təsdiqləndi
26 Dekabr 2025 11:36
İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
26 Dekabr 2025 11:35
Bu şəxslərin işdən 1 saat tez çıxması təklif olunur
26 Dekabr 2025 11:21


Bakı -°C

