“Sülhün qazancları - 3 min hərbçi həyatdadır”

“Paşinyan açıqlayıb ki, "artıq 1 il 8 aydır Ermənistan-Azərbaycan sərhədində heç bir əsgər həlak olmayıb." Bir siyasi şərhçi və tədqiqatçı kimi araşdırmağa qərar verdim ki, təxmini mənbələrə əsaslansaq, itkinləri nəzərə almasaq, 1988-ci ildən 2024-cü ilin fevralına qədər təxminən 36 il keçir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O bildirib ki, bu dövr ərzində, hər iki müharibəni nəzərə alsaq, Azərbaycan tərəfi təxminən 33 min hərbçi itirib:
“Ermənistan isə iddia edir ki, bu rəqəm ümumilikdə 24 min nəfərə yaxındır. İtkinlərlə birlikdə ümumi rəqəm 60 min civarına qədər çıxır. Riyaziyyata əsasən, 1988-ci ildən 2024-cü ilin fevral ayına qədər ümumilikdə 60,000 nəfər ölüb. Hər günə təxminən 4.55 nəfər ölüm faktı düşür. Digər bir düşüncə təhlili ilə, Paşinyanın dediyi 1 il 8 ay ərzində, əvvəlki hərbi münasibətlər davam etsəydi, nə qədər hərbçi həyatını itirə bilərdi? Yeni hesabla, 1 il 8 ay ərzində təxminən 2,731 nəfər ölə bilərdi, əgər müharibə davam etsəydi. Sülh hər halda gözəl olsa da, qalibiyyət halında və vətən övladlarının şəhadəti ilə qazanıldığı üçün çox dəyərlidir və milli sərvətdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Oktyabr 2025 17:00 İlham Əliyev və Ərdoğan İrəvana dəvət olunublar
27 Oktyabr 2025 16:27 Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
27 Oktyabr 2025 14:16 Hakan Fidanın müavini Bakıya gəlib - FOTOLAR
27 Oktyabr 2025 12:52 Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək
27 Oktyabr 2025 11:08 “Ermənistan bu cinayəti törədənləri məsuliyyətə cəlb etməlidir”
27 Oktyabr 2025 08:44 “Qubadlı 30 illik istehkamların darmadağın edilməsindən sonra azad olundu”
25 Oktyabr 2025 12:37 QUBADLININ AZAD EDİLMƏSİ MÜHARİBƏNİN DÖNÜŞ NÖQTƏSİ OLDU
25 Oktyabr 2025 11:45 

Bakı -°C 







