“Talibanın Əfqanıstanda hakimiyyətdə olması, Pakistanı təhdid edir”

“Əfqanıstan -Pakistan sərhəd toqquşması genişlənə bilər. Son günlər Əfqanıstan və Pakistan arasında davam edən siyasi böhran sərhəd toqquşması ilə nəticələndi. Əfqanıstanla- Pakistan sərhəddində fəaliyyət göstərən və Pakistana qarşı terror fəaliyyəti göstərən "Təhrik-i-Taliban" terror fəaliyyətlərini genişləndirib. Əfqanıstanda hakimiyyətdə olan Taliban rejimi, Pakistan Talibanına ev sahibliyi edir. Pakistan aviasiyası Kabulda Təhriki Talibanın Liderlərini öldürmək üçün bir neçə əməliyyat həyata keçirib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq Əfqanıstanla Pakistan arasında uzun illərdi ki, sərhəd münaqişəsi davam etdiyini bildirib:
“Böyük Britaniyanın müstəmləkəsi dövründə Əfqanıstanın işğalı zamanı 1893-cü ildə indiki Pakistanla -Əfqanıstan arasında sərhəd xətti çəkilib. "Duran xətti" adlanan sərhəd puştun xalqını iki yerə parçalamış və çoxluq Pakistan ərazisində qalıb. Məhz “Təhriki –Taliban” təşkilatı Pakistanda puştunlardan təşkil olunub. 1947-ci ildə Pakistanın BMT tanınmasına Əfqanıstan qarşı çıxıb. Pakistan Əfqanıstanda hakimiyyətdə olan Talibandan "Təhriki -Talibanına" ev sahibliyi etməməsini tələb edir. Bir məsələni qeyd edim ki, Çin -lə Pakistan arasında münasibətlər yüksək səviyyədədir. Həmçinin Əfqanıstan -Çin əlaqələri inkişaf edir. Çin hər iki ölkənin hərbi toqquşmasından narahatdır”.
Politoloqun sözlərinə görə, bir müddət bundan əvvəl, Donald Tramp Əfqanıstan Talibanından Baqram aviasiya bazasının verilməsini tələb etmişdi:
“Baqram bazasından ABŞ Çinə qarşı istifadə etmək planına malikdir. Tələb yerinə yetirilməsə, bunun mənfi nəticələri olacağını qeyd etmişdi. Bundan sonra, Pakistan Baş naziri Ağ Evdə qəbul edildi. Demək olar ki, ABŞ və Pakistan bir neçə məsələlərdə razılaşma əldə edib. Talibanın Əfqanıstanda hakimiyyətdə olması, Pakistanın təhlükəsizliyini və milli maraqlarını təhdid edir. Çünki, Taliban Durand sərhəd xəttini qəbul etmir və Pakistan Talibanını dəstəkləyir. Pakistan Əfqanıstanda hakimiyyətdə olan Talibanın devrilməsində maraqlıdır. Azərbaycan qardaş Pakistanın yanındadır. Terrorçu Taliban rejimi region üçün təhlükəsizlik risklərini artırır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Rusiyadan əcnəbilərlə bağlı daha bir sərəncam

ABŞ Prezidenti: İranın nüvə silahı əldə etməsinin qarşısını aldıq

İsrailin Baş naziri ABŞ Prezidentinə qızıl göyərçin hədiyyə edib

"Bu, əla gündür və yeni başlanğıcdır” - Tramp

Kurtulmuş: Azərbaycan, Pakistan və Türkiyənin yeni əməkdaşlıq imkanları müzakirə olunub

HƏMAS daha 13 girovu azad edib - YENİLƏNİB

“Pakistan-Əfqanıstan gərginliyi ən çox Pekini narahat edir...”
