Yeni qaydalar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaqmı?
“Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib. Yeni qaydalarda birinci istiqamət icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi ilə bağlıdır”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, bu daha çox texniki dəyişiklik hesab olunur:
“Qaydalarda ən vacib dəyişiklik prosesin daha da elektronlaşdırılmasıdır. Belə ki, yeni qaydalara əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və əldə edilə bilər. Sənəddə qeyd olunur ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların verilməsinə bərabər tutulur. Nazirlər Kabinetinin yeni qaydaları əlillik dərəcəsinin verilməsi prosesinin daha sadələşdirilməsinə və elektron xidmətlərdən daha çox istifadə olunmasına gətirib çıxaracaq.
Onun sözlərinə görə, hazırda 221 min 200 vətəndaşımız əlilliyə görə müavinət alır:
“Onlardan 42 min 100 nəfəri əlilliyi olan uşaqlardır. Bununla yanaşı, əlillik müavinətin alınması ilə bağlı vətəndaşlar tərəfindən müntəzəm müraciətlər təqdim olunmaqdadır. Prosesin daha da elektronlaşdırılmasının şəffaflığı artıracağı ilə yanaşı, əliillik dərəcələrinin alınmasını asanlaşdıracağı gözlənilir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Mart 2026 11:50
“Bütün Çərşənbələr əslində iqtisadi məna daşıyır”
18 Mart 2026 11:46
Bunlar hamısı ilahi nizamın təzahürüdür - İlahiyyatçı
18 Mart 2026 11:01
Qar yağır, külək əsir - FAKTİKİ HAVA
17 Mart 2026 13:32
Uşaqlara qarşı aqressiv davranışın qarşısını almayanlar cərimə olunacaq
17 Mart 2026 13:31
Dilənçiliklə məşğul olanlar cərimə ediləcək
17 Mart 2026 13:13
Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 5 ilədək həbs ediləcək
17 Mart 2026 13:09
Böyük qayıdış: Daha 368 nəfər doğma yurda döndü - YENİLƏNİB
17 Mart 2026 12:07


Bakı -°C

