Geni dəyişdirilmiş meyvələr

Hər şey dəyişdiyi kimi, indi meyvələrin də tamı, dadı, başqa sözlə geni dəyişdirilib.
Yəni almanı, gilası, alçanı, şaftalını, pomidoru, xiyarı yeyirsən həmin məhsulları tamını vermir.Qəribəsi odur ki, illər keçdikcə meyvələr və bostan tərəvəz məhsulları öz dadını itirməkdədir. Ən azından ona görə ki, bu proseslər çox sürətlə davam edir.
Yerli məhsulların( toxum və şitillərn) inkişafına isə heç bir təşəbbüs göstərilmir, əksinə kimlərsə, yerli məhsulun məhv olmasında daha maraqlıdır. Bəs bununla kim və hansı qurum məşğul olmalıdır ki, insanlar dədə- babadan yediyimiz məhsulları ala bilsinlər.
Görünən odur ki, belə getsə , beş- on ildən sonra bütün yerli məhsullar məhv olub gedəcək! Çox təəssüf ki, bu barədə adiyyatı dövlət qurumları çıxış yolu tapmalıdır və o yol hələ də tapılmır ki, tapılmır. Bəs onda nə vaxt tapılacaq? Bax bu sualın cavabını təbii ki, həmin qurumlar söyləyə bilər!
Emil Faiqoğlu
Digər Xəbərlər

Uşağınızın qorxusu mənasız olsa da...

"Sağlam həyat tərzi zehni gücü artırır"

Sürətli arıqlamağın sirri

Bu meyvələr sizi kökəldə bilər

Kondisioner niyə bəzi insanlara pis təsir edir?

Saqqallı kişilərin nəzərinə! - Bakteriya mənbəyi imiş

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq
