adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Noyabr 2017 13:56
21619
ƏDƏBİYYAT

QUZEYƏ KÖÇ MÖVSÜMÜ

Sudan yazıçısıTayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindənbiridir). Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyəköç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çox dillərinə tərcüməolunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinətərcümə edib.Adalet.az həmin tərcümədən bəzi parçalarıöz oxucularına təqdim edir.

ÜÇÜNCÜ FƏSİL

İsti iyul gecəsiydi. Nil heç vaxt indikikimi daşmamışdı: onun suyu iyirmi-otuz ildən bir bu qədər hündürə qalxaraq nəsillərdənnəsillərə keçən çoxsaylı əfsanələrin yaranmasına səbəb olur. Yalnız gölməçələrinarasında adda-budda qaralan balaca adacıqlardan başqa səhraya qədər uzananbütün yerlər suyun altında qalmış, kəndləri sel basmışdı. Kəndlilər həminadacıqlara üzə-üzə və ya çatdaq-çatdaq olmuş köhnə qayıqlarla gedirdilər.

Daşqın vaxtı mən Xartumdaydım, qayıdandaatam dedi ki, bir gün axşam namazından sonra qəflətən kəndi çox dəhşətli və kədərliah-nalə səsi bürüdü. Qışqıran qadın idi. Adamlar nə baş verdiyini öyrənmək üçünsəs gələn tərəfə axışdılar və məlum oldu ki, qışqırtı sədası Mustafa Səidinevindən gəlir.

Adətən, Mustafa Səid gün batandan sonraevə gəlirdi, ancaq bu dəfə arvadı onu nahaq gözləyirmiş. O, ərinin yerini öyrənməküçün qonşuları bir-bir dolaşır, onu görüb-görmədiklərini soruşurdu. Bəzilərisahədə gördüyünü söyləyir, bəziləri sahədən kəndə qayıtdığını təsdiqləyirdilər.Üçüncülərsə, and-aman edirdilər ki, o, sahədə olmayıb və ümumiyyətlə, bu günonu heç kim görməyib.

Tezliklə camaatın hamısı evdən çıxdı.Kişilər əllərində fənər qayıqlara mindilər.

Səhərədək Mustafanı axtardılar. Nildənaşağı çay boyu Kareymaya kimi bütün polis məntəqələrinə zəng elədilər. Onun cəsədiçayda boğulan və suyun vurub sahilə çıxardığı meyitlərin arasında da yox idi.

Buna baxmayaraq, hamı bu nəticəyə gəldiki, Mustafa boğulub, bədənisə daşmış çayda qaynaşan timsahların qəniməti olub.

Məni şübhə bürüdü. Mustafa Səidin əlaüzgüçü olduğunu bilirdim. Onun mənə ingiliscə şeir oxuduğu gecə yaşadığım hissləryenidən qəlbimə doldu. Şərab badəsini barmaqları arasında tutaraq ayaqlarınınecə irəli uzatması və küləkdən gizlənməyə çalışan adam kimi necə kresloya söykənməsiolduğu kimi gözlərimin qabağında canlandı. Onun sifətinə lampanın solğun işığıdüşür, gözlərisə sanki öz qəlbinin dərinliklərini görməyə doğru can atırdı.Ətrafı bürüyən zülmət getdikcə sıxlaşır, sanki naməlum şər qüvvələrin bizimlampanın işığına sahib olmaq uğrunda mübahisəsi başlayır. Bəzən mənə elə gəlirdiki, Mustafa Səid adlı bir kimsə heç vaxt mövcud olmayıb. Onun haqqında deyilənlərgecənin qaranlığında kənd sakinlərini öz ağuşua alan, sübh obaşdan, yəni günəşinilk şəfəqləri yer üzünə düşər-düşməz ilim-ilim itib yox olan fantaziyadan,vahiməli yuxudan, qızdırmalı kabusdan və qarabasmadan başqa bir şey deyil...

Mən Mustafa Səiddən ayrılarkən səhəraçılırdı. Görünür, xeyli vaxt eyni pozada oturduğuma görə küçəyə çıxarkən çoxyorğun və əzgin idim. Ancaq qətiyyən yatmaq istəmirdim. Hava hələ çox sərinidi, güllərin şirin qoxusu ətrafı bürümüşdü. Küçədə məndən başqa bir kimsə yoxidi. Uzun müddət dar, əyri-üyrü cığırlarla boş-boşuna dolaşdıqca gecə mehinin təmiznəfəsi yanaqlarımı yalayırdı. Külək şimaldan əsdiyi üçün özüylə bir sərinlik,gündüzün dəhşətli istisindən sonra canına nəmlik çəkmiş torpaq ətri, çiçəkləyənakasiyaların, yetişməkdə olan qarğıdalıların, limon ağaclarının xoş ətrinəqarışmış peyin qoxusu gətirmişdi.

Kənd sükuta qərq olmuşdu. Bu sükutu yalnızsahildəki su nasoslarının çaq-çuqu, itlərin hürüşməsi və səmanın çəhrayı çalaralmasından xeyli əvvəl sübhün gəlişinin müjdəçisi kimi öz uzaq həmcinsləriylə səs-səsəverib banlayan xoruzların səsi pozurdu.

Mən Vad ər-Rəisin düz yolun döngəsindətorpağa qısılan alçaq evinin yanından keçdim. Pəncərədə zəif işıq şüaları bərqvururdu. Birdən batıq qadın səsi eşitdim. Özümü itirdim, qeyri-iradi olaraq yadadamların gözləri və qulaqları üçün nəzərdə tutulmamuş özgə bir həyataboylanım. Bütün abırlı insanların yatdığı bir vaxtda kim küçədə gəzər ki!

Mən bu kəndi, onun hər küçəsini, hərevini beş barmağım kimi tanıyıram. Kəndin arxasındakı qəbirstanlıqdan, səhranınbaşladığı yerdən ucalan on qübbəni də həmçinin. Qəbirstanlıqdakı bütün qəbirlərədə yaxşı bələdəm. Atamla ora tez-tez baş çəkmiş, anamla çox getmiş, babamımüşayiət eləmişəm. Orda əbədi məskən salmış adamların hamısını tanıyıram:atamın doğuluşundan xeyli əvvəl ölənləri də, özüm dünyaya göz açandan sonra həyatdangedənləri də. Yüzlərlə adamı son mənzilə yola salmış, qəbir qazmağa kömək eləmiş,onun kənarına toplaşmış kütlənin arasında dayanaraq mərhumun üstünə daşlarınnecə düzülməsinə, qəbrin torpaqla necə doldurulmasına baxmışam. Bu mərasimlərgünün müxtəlif saatlarında, həm səhərlər, həm yayın isti günlərində, həm dəaxşamlar fənər və məşəllərin işığında baş tuturdu.

Əkin sahələri. Mən onları hələ üstlərindəsakiyalar cırıldayan vaxtlardan tanıyıram. Adamlar quraqlıq ucbatından bu sahələritərk eləyib başlı-başına buraxdığı vaxtlarda oraların nə hala düşdüklərini, birmüddət əvvəl bərəkət qoxuyan səxavətli, məhsuldar torpaqların öncə quruyubqaxaca döndüyünü, sonra cadar-cadar olaraq paralanıb üstündə şırımlar, dərin xəndəkləraçılan düzəngaha, küləyin at oynatdığı, qumunu göyə sovurduğu bir düzəngahaçevrildiyini görmüşəm. Kəndimizdə ilk nasosların quraşdırıldığı,kooperativlərin yarandığı vaxtları yaxşı xatırlayıram. Onda torpaq yenidən canagələrək münbitləşdi, yayda qarğıdalının, qışda buğdanın məhsuldarlığıçoxaldı... və quraqlıq dönəmində kəndi tərk eləyənlər geri qayıtdılar.

Burda nə varsa hamısı həyatımın ilk dövrlərindənmənə tanış və çox doğmadır. Ancaq indiyə kimi bu kəndin belə gec saatlarınıgörməmişdim. Budur, nəhəng mavi ulduz – dan ulduzu çıxdı. O hardasa yerlə göyünarasında asılıb qalıb. Səhərin bu erkən saatlarında göy adama xeyli hündür vəyüngül görünür. Kəndsə elə bil öz zülmət qanadlarıyla ona doğru yüksəlir. Vad ər-Rəisineviylə babamın evini sərhəd zolağı kimi dar bir keçid ayırır. Həmin keçiddənkeçərkən Mustafa Səidin bütün təfərrüatıyla mənə təsvir elədiyi və xəcalət çəkə-çəkəqulaq asdığım bir səhnə çox aydın surətdə düz gözlərimin qarşısında peyda oldu.Qəfildən Vad ər-Rəisin arvadıyla söhbətini eşitdim və eyniylə həmin xəcaləthissi yenidən varlığıma hakim kəsildi.

Babamın evindən gələn səsini eşidərkəndaxili bir yüngüllük hiss elədim. O, sözləri uzada-uzada Quran oxuyur, sankisübh namazından qabaq səsini yoxlayırdı. Görəsən, bu kişi nə vaxt yatır, axı?Axşamlar yuxuya gedəndə eşitdiyim son səs də onun ahıllaşmış, daim yorğunluqtökülən səsidir, səhər yuxudan oyananda qulağıma çatan ilk səs də. Yalnızbundan sonra başqa səsləri eşitməyə başlayırdım. Ağlım kəsəndən həmişə beləolub. Bu dünyada heç nə dəyişmir, itib-batmır!

Beynim yaddan çıxıb söndürülməyən maşınkimi işləyirdi. Qəfildən ruhumun sanki uzun və ağır iztirablardan sonra necəcanlandığını, yeni həyata doğru necə can atdığını hiss elədim. Mustafa Səidinetiraflarıın qəlbimdə oyatdığı qara fikirlər harasa uzaqlara, çox uzaqlara çəkildi.Beynim açıldı, şüuruma qeyri-adi bir aydınlıq doğdu.

Mənə elə gəldi ki, kəndimiz də başqa cürolmuş, təmiz sönmüş, hərəkətsizlikdən donub yerində qalmışdı. Daha o, yüksəklərəcan atmır, öz əvvəlki yerində sayır. Ağaclar da, ucsuz-bucaqsız səmanın altındakı adiağaclardır. Aman allah, doğrudanmı, beləbir bədbəxtlik məni də məhv eləyə bilər? Ancaq o məni inandırdı ki, baş verənlərhamısı yalandır. O, yəni Mustafa Səid yalnız illüziyadır, təbiətinşıltaqlığıdır. Bəs mən? Mən kiməm? Məndəmi illüziyayam? Yox, yox... min dəfəyox. Ətim bu kəndin ətindən, qanım da qanındandır. Mən burda böyümüşəm. Məgərbu az şeydir?! Yox, mən, sadəcə olaraq, bu adamlarla yanaşı yaşamamışam. Və mənguya onlarla yanaşı mövcud olduğumu, necə deyərlər, onları sevmədən, onlaranifrət eləmədən onlarla eyni planetdə yaşadığımı göstərməyə üstünlük verərək çoxdanbildiyim, ancaq etiraf eləməyə qorxduğum bir şeyi dərk elədim. Mən bu balaca kəndəetimad göstərmədim, inanmadım, özümə qapanıb qaldım. Guya ətrafda nə başverdiyini anlamayan şəhər sakini ona necə baxırdısa, mən də elə baxıram deyəözüm öz qarşımda riyakarlıq elədim. Hətta Londonda da güclü yay fırtınasındansonra təmiz yuyulmuş havada bəzən öz kəndimizin qoxusunu duyurdum. Qürub çağı qəfilmənə elə gəlirdi ki,qarşımda tanış damları görürəm. Temza çayının üstündə yerləşənvə mənim vətənimə o qədər də oxşamayan bu şəhərdə əcnəbi dildə eşitdyimdanışıqlar, yabançı səslər qulağıma öz yaxınlarımın səsi kimi çatırdı. Hardaolmağımdan asılı olmayaraq ürəyimdə bir şeyi çox dəqiq bilirdim: mən özünəyalnız bizim böyük planetin balaca bir guşəsində yuva qurmağı bacaran quşlarıncinsindənəm.

Düzdür, mən ingilis poeziyasını öyrəndim,buna çox gündüzlər, gecələr sərf elədim. Ancaq bunun elə bir əhəmiyyəti yoxdur.Mən dəqiq elmləri də, aqronomluğu və ya təbabəti də eyni uğurla öyrənə bilərdim.Onlar məni elə-belə, öz-özünəmi cəlb elədi? Xeyr, bu, dolanışıq vasitəsindənbaşqa bir şey deyildi. Yadıma sifətlər, yüzlərlə sifətlər düşür – qaralar,ağlar, sarılar, tanışlar, yadlar birdən gəlib düz gözlərimin qabağındadururlar. Yox, mənim vətənim buradır, həyətimizdəki bu hündür, şux palma ağacıkimi mən də həmin vətənə məxsusam. O burda boy atıb, burda yaşıllaşır və onunhardasa başqa bir yerdə bitməsini təsəvvür eləmək mümkün deyil.

Öz-özümdən soruşuram: ingilislər bizimölkəyə niyə gəldilər? Onları bura nə gətirdi? Bilmirəm. Onların burdakımövcudluğu bizim bu günümüzçün rüsvayçılıq, gələcəyimizçün qəm-qüssədirmi? Əsrlərboyu başqa ölkələri tərk eləmiş bütün çağrılmamış qonaqlar kimi onlar da gec,ya tez geri qayıdacaqlar. Bizim öz dəmir yolumuz, gəmilərimiz, xəstəxana, zavodvə məktəblərimiz olacaq. Biz onlarla öz doğma dillərində danışırkən heç birminnətdarlıq və xəcalət hissi keçirməyəcəyik. Biz necə varıqsa eləyik, hamıkimi adi bir xalqıq.

Səhər tezdən, hələ yerimdən qalxmamışbeynimə dolan bu fikirlər Xartuma qədər bütün yol boyu məni tərk eləmədi.Xartumda mənə maarif departamentində iş təklif eləmişdilər.

Mustafa Səidin ölümündən iki ilə yaxınvaxt keçsə də, onun surəti tez-tez gözlərimin qarşısında canlanmaqda davamedir. Mən onun mövcudluğu haqqında heç nə bilmədən, bir dəfə də onunla görüşmədəniyirmi beş il yaşamışdım. Ancaq gün gəldi, belə bir görüşün baş tutması üçün ənaz ehtimal olunan bir yerdə gözlənilmədən onunla rastlaşdım. O mənim iradəminziddinə olaraq həyatımın, məişətimin bir hissəciyinə, şüurumu deşən tilişkəyə,arxamca dolaşan kabusa, rahatlığıma qənim kəsilən qarabasmaya çevrildi.Görünür, mən elə bir yerdə qəlizlik axtarıram ki, əslində orda hər şey fikirləşdiyimdənçox sadədir. Axı, Mustafa Səid özü mənə dedi ki, onun sirləri babama məlumdur.Ağac böyüyür, böyüyür, hər şey öz axarıyla gedir. Babam öz ömrünü yaşayıb vəhamı kimi öləcək. Həyatın qaydası belədir. Bəlkə, Mustafa Səidin məqsədi elə mənimsadəlövhlüyümə gülmək olub?

Bir dəfə təzəcə istefaya çıxmış bir məmurlaeyni kupedə Xartumdan əl-Obeydə gedirdim. Biz söhbət edərkən o birdən öz məktəbillərini xatırladı. Yavaş-yavaş məlum oldu ki, indi mühüm vəzifələr tutanadamların çoxu vaxtilə onun sinif yoldaşları olub. Yol yoldaşım o illərdəkidost-tanışları – kənd təsərrüfatı nazirliyinin yüksək çinli məmuru, ondan birsinif yuxarı oxuyan mühəndis, ən maymaq və zəif oxuyan şagird olsa da, müharibəillərində xeyli varlanmış ticarətçi, məktəblərinin ən yaxşı hücumçusu olan cərrahhaqqında xeyli ətraflı danışdı.

Birdən həmsöhbətimin sifətinin necə nuraboyandığını, üzündəki qırışların hamarlandığını, gözlərinin işıq saçdığınıgördüm. Sanki mühüm bir şey kəşf etmiş adam kimi əliylə alnını şappıldadaraqqışqırdı:

-Gör, bir onu necə də unutmuşam! Sinifdəkiən istedadlı uşağı. Düzdür, məktəbi qurtarandan sonra bir dəfə də olsa, üzünügörməmişəm, heç yadıma da düşməyib. Ancaq indi birdən... Mustafa Səid! Yox, beləsiəlçatmazdır! Axı, onun kimilər çox nadir tapıntıdır!

Yenidən qəlbimi qəribə duyğular bürüdü.Adətən, ən adi şeylər qəfildən, sanki sehrli çubuğun təsiriylə möcüzəyə çevriləndəadam buna bənzər hisslər keçirir.

Gözümün qabağı qaranlıq gətirdi və mənelə gəldi ki, kupe gözqamaşdırıcı pəncərəylə çulğalaşdı, həmsöhbətimin eynəyisəgünün ən qaynar çağında od saçan cənub günəşi kimi pörtüb qıpqırmızı oldu.Sanki bütün dünya, dünyayla birlikdəsə mənim yol yoldaşımın həyat yolu nuraboyandı.Yaşadığı və çoxdan unutduğu şeylər qəfildən yaddaşında canlanaraq, gözlərininqarşısında dayandı. Bu adamı kupedə görərkən altmış yaşı olduğunu düşünmüşdüm.Ancaq gənclik xatirələri onu sanki cavanlaşdırdı – indi ona qırx yaşdan yuxarıverə bilmərəm.

-Hə, Mustafa Səid birinci şagird idi.Biz onunla bir sinifdə oxumuşuq. O məndən qabaqda, ancaq sol tərəfdəki başqa cərgədəotururdu. Əsl fenomen idi. Qəribədir, necə oldu ki, mən onu unutdum. Özünüzfikirləşin: Qordon kollecinin ən yaxşı şagirdi, futbol komandasının ümidi, ədəbidisputların ən alovlu natiqi, divar qəzetindəki əla məqalələrin müəllifi, dramdərnəyinin aparıcı aktyoru, bir sözlə, həmişə və hər sahədə birinci.

Üstəlik, bütün bunlara elə-belə, xüsusi səygöstərmədən nail olurdu. O özünü bir az qapalı aparır, bizdən kənar gəzir, tək-tənhadolanırdı. Sanki bizə yuxarıdan aşağı baxırdı. Boş vaxtlarını təklikdəkeçirdir, ya öz otağına çəkilib kitab oxuyur, ya da hardasa itib-batırdı. Yaxındostları yox idi. Deyilənə görə, uzaq yerlərdə gəzib-dolaşmğı çox sevirdi. Həmingünlərdə təkcə biz, yəni başqa yerlərlərdən gələn şagirdlər yox, şəhərdəyaşayan uşaqlar da bütün vaxtlarını internatda keçirdirdilər. O, demək olar ki,hər sahədə istedadlıydı və hər şeyə asanlıqla nail olurdu, sanki qeyri-adi dərrakəsiistənilən işin öhdəsindən gəlməyə qabil idi. Hətta müəllimlər də onunla bizimlədanışdıqları kimi danışmırdılar. Bu, ingilis dili dərsində özünü daha bariz şəkildəgöstərirdi. Kənardan elə görünə bilərdi ki, ümumiyyətlə, sinifdə ondan başqaşagird yox idi – müəllim ancaq ona müraciət eləyirdi.

Məmurani olaraq susdu. Mən özüm söhbətə başlaya, Mustafa Səidi tanıdığımı, taleyinhökmüylə bizim yollarımızın kəsişdiyini, bir dəfə, qaranlıq gecələrin birindəöz həyat tarixçəsini mənə danışdığını, ömrünün son günlərini Nilin dirsəyindəyerləşən ucqar bir kənddə keçirdiyini şöyləyə bilərdim. Deyə bilərdim ki,Mustafa Səid çayda boğulub, ola bilsin, hətta intihar eləyib, məhz məni öz ikiuşağının qəyyumu seçib. Ancaq susdum və heç nə danışmadım.

-Mustafa Səid, – deyə məmur öz söhbətinidavam elədi, – kolleci vaxtından əvvəl bitirdi. O sanki vaxtı ötüb keçmək,zamanı qabaqlamaq istəyirdi. Biz təzə-təzə elmin əlifbasını mənimsəməyəbaşlamışdıq ki, o artıq təqaüd alaraq əvvəl Qahirəyə, sonra Londona getdi.Düzünü desək, Mustafa Səid xaricdə təhsil almağa gedən ilk Sudanlıdır. Onuingilislərin sevimlisi adlandırır və açığı, çox qibtə edirdik. Hamı onun böyükgələcəyinin olacağını düşünürdü. Biz ingilis sözlərini ərəbsayağı tələffüzedirdik – yanaşı gələn iki sait hər birimiz üçün keçilməz sədd idi. Ancaq ondan ötrü belə deyildi.Mustafa ağzını büzüşdürüb, dodaqlarını aralayanda, deyirdin əsl ingilisdir. Əlbəttə,biz çox acıqlanır, dilxor olurduq. Bir tərəfdən ona nifrət eləyir, digər tərəfdənonunla qürur duyurduq. Biz onu "qara ingilis” adlandırır, amma bu ayamanıdalınca söyləyirdik. Həmin vaxtlarda ingilis dilini bilmək gələcəyə geniş qapıaçırdı. Bunsuz həyatda yaxşı yer tutmağa ümid bəsləməyin mənası yox idi. Bizimkollec mahiyyəti etibarıyla ibtidai məktəb idi və oranın diplomuyla yalnız idarəçilikierarxiyasının ən aşağı pillələrində xırda məmur işləmək olardı. Mənə əl-Fəşarvilayətində mühasib-müfəttiş vəzifəsi təklif elədilər. Bu, uduşlu lotereyabiletinə sahib olmaq kimi böyük bir uğur sayılırdı! Növbəti inzibati vəzifətutmaqdan ötrü imtahan verməyə icazə almaqsa, çox çətin idi. Düz otuz il məmurmüavini oldum. Otuz il elə bil bir gün idi. Təqaüdümə vur-tut bir il qalmış məniməmur qoydular. Taleyin nadir lütfü. Onda bizim mərkəzin[1]inspektoru ingilis idi. O sanki bütün Britaniya adasının rahat şəkildə yerləşdiyiböyük bir ərazinin allahıydı, hər şeyi müstəqil şəkildə, özü bildiyi kimi idarəeləyirdi. Küçənin böyük bir hissəsini tutan nəhəng bir sarayda əsgərlərinmühafizəsi altında yaşayırdı. Nökər və xidmətçilərlə dolu olan saray təmtəraqdanalışıb yanırdı. İngilislər istədikləri kimi ağalıq edirdilər. Yerli sakinlərdənolan bizim kimi xırda məmurlara lütfükarlıq göstərərək onlara vergi yığmağaicazə verirdilər. Adamlar deyinir, bizə nifrət eləyir və ingilis inspektorunyanına şikayətə gedirdilər. Osa hər şeyə qadir olduğunu nümayiş etdirməyisevirdi. Kefim istəyir edam edirəm, kefim istəyir bağışlayıram. İngilislərinsanların qəlbində bizə, onların həmvətənlərinə qarşı nifrət toxumu səpir, özlərinə,işğalçılara və müstəmləkəçilərə isə rəğbət aşılayırdılar. Yəqin ki, bütünbunlar sənə məlumdur, mənim oğlum. Ancaq budur, vətənimiz artıq müstəqillikqazanıb. İndi biz azadıq. Bilirsənmi, insanlar onlara nifrət eləyirdilər. Həttayüksək vəzifə tutanlar da.

Beləliklə, Mustafa Səidin çox mühüm bir şəxsolacağına heç birimizi şübhə eləmirdik. Əslində, burda qəribə bir şey yox idi.Onun atası Misirlə Sudanın arasında yaşayan abadilər qəbiləsindən idi. Abadilərbir vaxtlar əl-Xəlif Abdamoha-ət-Təayişi nəslindən olan Səlahəddin paşanı ölkədənqovub çıxartmışdılar. Onlar Sudanın üstünə yürüyən Kitçenerin ordusuna bələdçilikeləmişdilər. Anasısa, deyilənə görə cənubluydu, bir allah bilir, zəndə, yoxsabari qəbiləsindən olan kəniz idi. Ancaq ingilislərin vaxtında ən qaranlıqkeçmişə və əsil-kökə məxsus insanlar hətta ən yüksək postlarda otura bilərdilər.

Qatar ingilislərin 1926-cı ildə tikdiyiSennar su anbarının yanından keçəndə məmur yol yoldaşım şirin yuxuya dalaraq ahəstə-ahəstəxoruldayırdı. Biz dibsiz uçurumun üstündən atılan kəndir körpü kimi səhraylauzanan yeganə dəmiryoluyla qərbə, əl-Obeydə tərəf şütüyürdük. Ancaq burdauçurumu qum əvəz eləyirdi.

Zavallı Mustafa Səid! Sən demə, məktəbyoldaşların sənin inspektor və məmurlar ierarxiyasında yüksək mənsəb sahibiolacağını gözləyirmişlər. Ancaq milyon kvadrat mil ərazidə yerləşən bir ölkədəsən özünə bir qəbir yeri də əldə edə bilmədin. Old-Beylidə ona hökm oxuyanhakimin sözləri yadıma düşdü: "Mister Mustafa Səid, savadına və bəzi elmi xidmətlərinəbaxmayaraq, çox məhdud adamsan, adi sağlam düşüncədən məhrumsan. Sənin ruhi aləmindəanlaşılmaz boşluqlar var. Sən allahın insana bəxş elədiyi ən səmimi, ən aliqabiliyyəti, sevmək qabiliyyətini boş yerə sərf eləmisən”. Bundan başqa, yadımadüşdü ki, mən Mustafa Səidin evindən çıxdığım həmin gecə ay kiçilməkdəydi. Onunnazilmiş hilalının şərq tərəfdə düz üfüqdən sallandığını görəndə fikirləşmişdimki, ay kəsilmiş dırnaqdır.

Keçmiş məmurla söhbətimdən heç bir ay keçməmişXartumda yenidən Mustafa Səidin kabusu qarşıma çıxdı. Sanki şüşədən buraxılmışcin məni təqib edir, bədxahcasına qulağıma əzab və həyəcanla dolu şeylərpıçıldayırdı.

Qışın lap əvvəllərində necə oldusa təsadüfənpaytaxt universitetində mühazirə oxuyan sudanlı bir alimin evinə düşdüm. Oravaxtilə İngiltərədə oxuyarkən tanış olmuş və illərlə bir yerdə gün keçirmişxeyli adam yığışmışdı. Aramızda maliyyə nazirliyində məsləhətçi işləyən biringilis də var idi. Söhbət qarışıq kəbindən düşdü. Həmişə olduğu kimi ümumimülahizə və mübahisələrdən sonra konkret misallara keçdilər: Sudanlılardan kimAvropalı, məsələn, ingilis qadınla evlənib, kim birinci olub...

Müxtəlif adlar çəkilən kimi etirazlarbaşlayırdı: yox... yox... o yox. Birdən qulağıma bir səs dəydi: "Mustafa Səid!”Bu adı ev sahibi çəkdi və dərhal hiss elədim ki, onun üzü mənim təsadüfi yolyoldaşım olan məmurun sifəti kimi işıqlaşdı. Ev sahibi də Xartumun səmasına səpələnmişulduzların altında qatardakı qoca məmurun söhbətini davam etdirməyə başladı:

-Mustafa Səid təkcə ingilis qızıyla evlənən yox,ümumiyyətlə, Avropalı qadınla kəbin kəsdirən ilk Sudanlıdır. Yəqin, siz onunhaqqında eşitməmisiniz. O, hələ uzun illər bundan qabaq İngiltərəyə köçmüş vəingilis vətəndaşlığı almışdı. Qəribədir, burda heç kim onu xatırlamadı, hərçənd,o, otuzuncu illərin axırlarında ingilislərin Sudana qarşı sui-qəsdində az roloynamamışdı. Lütfən, ingilislərin bu dərəcədə inanılmış və sədaqətli köməkçiləriçox az idi. İngiltərə xarici işlər nazirliyi Yaxın Şərqdə kifayət qədər şübhədoğuran bir çox plan və tapşırıqlarını həyata keçirməkdə ondan dəfələrləistifadə etmişdi. Məsələn, otuz altıncı ildə Londında toplanan konqresin katiblərindənbiri Mustafa Səid olmuşdu. İndi yəqin ki, çoxdan milyonçu olub və özününİngilitərədəki malikanəsində yaşayır.

Özümdən asılı olmayaraq onun sözünü kəsdim:

-Mustafa Səid öz ölümündən sonra altı fəddantorpaq, üç inək, bir öküz, iki eşşək, on bir keçi, beş qoyun, otuz xurma ağacı,iyirmi üç müxtəlif növ ağac: akasiya, Nil akasiyası, otuz beş limon və bir o qədərapelsin ağacı, doqquz ərdəb buğda, doqquz ərdəb arpa, qonaq otağı, uzun,divarları bişmiş kərpicdən hörülmüş vəmalalanmamış, yaşıl şüşədən pəncərələri olan, tavanı başqa otaqlardakı kimiyastı yox, öküz belinə oxşayan qübbəli qonaq otağıyla birlikdə beş otaqlı evqoyub gedib. Nəğd kapitalısa doqquz yüz otuz yeddi funt sterlinq, üç quruş vəbeş millimamdan ibarət idi.

Qarşımda oturan gənc oğlanın gözlərindənqorxu qığılcımları çaxdı. Onun dodaqları titrədi. Qorxu və heyrət hissinin təsirindənözünü necə itirdisə, çaşqınlıq içində məndən soruşdu:

-Sən onun oğlusan?

Axı, o mənim kim olduğumu çox yaxşıbilirdi. Biz İngiltərədə bir vaxtda yaşamışdıq. Ayrı-ayrı universitetlərdəoxusaq da, gah axşam ziyafətlərində, gah pivəxana və kafelərdə dəfələrləgörüşmüşdük.

Bax, mən yenidən bu cür gözlənilməz bir şəraitdəMustafa Səidlə "toqquşdum”. Onunla qohumluğuma gəlincə, eyni məntiqlə həmsöhbətiminözü də Mustafa Səidin oğlu, qardaşı, nəhayət, qohumu ola bilərdi.

Qəfildən güldüm və nizamı pozulmuş dünyayenidən tarazlığını bərpa elədi. Başımın üstündə Xartumun ulduzlu səması bərqvururdu. Bu səma, adətən, qışın əvvəllərində belə olurdu. Ətrafımdasa konkretadları, soyadları, peşələri olan tam real, canlı insanlar deyib-gülürdülər.

Ev sahibi də güldü:

-Yox, yəqin ki, mən qarışdırmışam, – deyəgülüşünə ara verib dedi. – Sən necə Mustafa Səidin oğlu ola bilərsən ki, əvvəlləronun haqqında heç eşitməmişdın də. Mən bir anlıq unutdum ki, sən şairlər, xəyalpərəstlər,fantaziyaçılar qəbiləsindənsən!

Təəssüf ki, çox adam məni şair hesab eləyirdi.Görünür, bir vaxtlar, unudulmuş bir ingilis şairinin həyatı barədə düz üç il sərasərmaterial topladığıma, ibtidai məktəbə inspektor təyin olunmamışdan qabaqcahiliyyə dövrünün poeziyası barədə dərs dediyimə görə belə fikirləşirdilər.

Bu vaxt ingilis danışmağa başladı. Dediki, Mustafa Səidin ingilislərin Sudan siyasətinin həyata keçirilməsində vasitəçirolu oynaması barədə deyilənlərin nə qədər həqiqət olduğunu bilmir. AncaqMustafa Səidin həqiqətən böyük iqtisadçı olmasıyla bağlı fikirlərlə heç cürərazılaşmaq mümkün deyil.

-Mən onun imperializmin iqtisadiyyatına həsrolunmuş bəzi işləriylə tanışam. Ordakı bir rəqəmə də inanmaq olmaz! Mustafa Səidfabilərin tərəfdarıydı. Fabilərsə, məlumdur ki, populyarlıq bəhanəsilə faktlardanvə rəqəmlərdən qaçırdılar. Ədalət, bərabərlik, sosializm! Bütün bunlar sözdənbaşqa bir şey deyil. İqtisadçı Çarlz Dikkens sayaq yazıçı və yaxud Ruzvelt kimisiyasətçi deyil. İqtisadçı faktlar və rəqəmlərlə, statistik məlumatlarla işləyənmaşındır. Bunlarsız o bir qara qəpiyə də dəyməz. İqtisadçı yaxşı halda bir həqiqətləbaşqa həqiqət, bir rəqəmlə digər rəqəm arasında əlaqə qura bilər. Bundanartığını eləyə bilməz. Rəqəmləri nəsə başqa şey danışmağa məcbur eləmək!Bağışlayın, bu artıq siyasətçilərin, hakimiyyətdəkilərin vəzifəsidir. Mən qətideyirəm ki, Mustafa Səid heç vaxt ciddi iqtisadçı olmayıb.

Ondan Mustafa Səidlə tanışolub-olmadığını soruşdum.

-Yox. Mustafa Səid Oksfordu bitirəndənsonra mən ora daxil olmuşam. Ancaq onun haqqında az eşitməmişəm. Görünür, o əsldonjuan olub. Onun adı əfsanələrə bürünüb. Bundan ötrü özü də az iş görməyib.Qaradərili, yaraşıqlı bir oğlan, bohemaların sevimlisi. İyirminci illərdə vəotuzuncu illərin əvvəllərində bu dairələrə məxsus olan insanların öz demokratizmini,hər cür xurafatdan azad adam olduqlarını nümayiş etdirmələri dəb idi. Mustafada bununçün əla bəhanəydi. Deyirdilər ki, o lord H-in dostu, lord X-nin yaxınyoldaşıdır. O həm özününkülər, həm də ingilis solları arasında məşhur idi.Ancaq buna yalnız təəssüflənmək lazımdır. Yeri gəlmişkən, gəzən söz-söhbətlərəgörə o heç də axmaq adam olmayıb. Bizim aristokratlar Mustafa Səidi qəbul etməklə,əslində, sadəlik və səmimilik oyunu oynayırdılar. Geniş dünyagörüşünə malikolduqlarını, hər şeyə dözümlü yanaşdıqlarını göstərir və bununlalovğalanırdılar: "Bax, görürsən, bizim stolda Afrikalı oturub, biz onu daözümüz kimi bir insan sayırıq. Biz onu özümüzə tay tutaraq qızlarımızdan biriniona ərə vermişik. O bizimlə çiyin-çiyinə işləyir”. Məncə bu cür demokratiyaoyunu Cənubi Afrikada və ya ABŞ-ın Cənubunda ağların təbii üstünlüklərinə olanmöhkəm inamdan doğan azğın rasizmdən az təhlükəli deyil. Hər ikisiifratçılıqdır. Əgər Mustafa elmlə ciddi məşğul olsaydı, həm ağların, həm dəqaraların, həm ingilislərin və almanların, həm də ərəblərin və Afrikalılarınarasında xeyli həqiqi dostlar tapa bilər, üstəlik, öz ölkəsinə necə xeyir verəbilərdi! Onun biliyi xurafat və mövhumata qarşı gedən yürüşün başında durmasınakömək eləyərdi. Hətta siz də, sizin kimi savadlı insanlar da hər cüryalan-palana inanırsınız. Sizin öz həqiqətiniz var. Siz bütün ərəbləri birləşdirməkkimi ağlasığmaz miflərə inanırsınız. Afrika birliyi haqqındakıxülyalarınızdansa heç danışmağa dəyməz! Sadəlövh uşaqlar kimi elə bilirsinizki, yerin altı hər cür sərvətlərlə doludur və siz əlinizi əlinizin üstünəqoymadan bu sərvətlərə sahib olacaqsınız. Bir göz qırpımında bütün problemlərihəll edəcək və hər tərəfdə cənnət bağları salacaqsınız. Boş sayıqlamalardır.Şirin xəyallardır. Birdəfəlik bilin ki, rəqəmlər, hesablamalar, aksiomlar onagörə mövcuddur ki, insanlar gerçəkliyi olduğu kimi görə bilsinlər.Əgər nəsəalababat bir dəyişiklik baş verəcəksə, bu yalnız sizin imkanlarınız daxilindəmümkün olacaq. Bununla yanaşı, Mustafa Səid kimi bir adam İngiltərədəki birovuc idiotun əlində oyuncağa, təlxəyə çevrilməsəydi, öz imkanlarıyla bu cür işlərdəmühüm rol oynaya bilərdi.

Hiss eləyirdim ki, Mansur Riçardın aşınınsuyunu verməkdən ötrü zəncir gəmirir. Ancaq məncə ona baş qoşmağa dəyməzdi. Axı,Riçardın özü də bu və ya digər dərəcədə bütün insanlara xas olan fanatizm mərəzindənxali deyil. Bax, tutalım, biz hamımız onun burda dedikləriylə razılaşırıq, ammadərinə gedəndə məlum olacaq ki, əslində o, sadəcə olaraq, öz versiyalarının əsiridir.

-Statistuka! İndi bu müasir səslənir,çox dəbdədir. Nə olsun? Biz allaha inanırıq – qoy, o əbədi olaraq öz qüdrətinisaxlasın. Ancaq statistikaya gəlincə, allah xətrinə, buraxın...

Ağlar bizi həddindən çox idarə elədiklərinəgörə hələ uzun müddət bizə ikrahla yanaşacaqlar, özlərini bizdən üstünsayacaqlar. Bu, güclülərin zəiflərə bəslədikləri nifrətdir. Mustafa Səid onlaradeyirdi: "Mən sizin yanınızda istilaçı kimi, qalib kimi peyda olmuşam”.Melodramdırmı? Əlbəttə. Xüsusilə son illərdə Avropa işğalının faciə və fəlakətləriçox şişirdilir. Ancaq bu, avropalıların iddia etdikləri kimi bizim nicatımız da olmayıb. Tarixin bütün gərdişiöz-özlüyündə zaman keçdikcə əfsanələşən, rəvayətlərə bürünən melodramdır.

Mansurun Riçardı necə qandırmağaçalışdığını eşitdim:

-Siz özünüzlə birlikdə bütün bədbəxtlikvə mərəzlərinizi gətirdiniz. Öz iqtisadiyyatınızın bütün xəstəliklərini. Uzunillərdir ki, qanımızı içən və doymaq bilməyən bir neçə inhisarçıdan başqa bizənə verdiniz, axı?!

-Siz bizsiz yaşaya bilməzsiniz, – deyəRiçard etiraz elədi. – Siz bizim köməyimizi söyür, yamanlayırdız. Ancaq biz eləgetməyə bənd idik ki, siz gizli, maskalanmış imperializm haqqında əfsanələruydurmağa başladınız. Yox, bu çox heyrətamiz bir şeydir! Axı məndən də yaxşıbilirsiniz ki, bizim burda olmağımız sizə hava və su kimi lazımdır. Bax, məsələbundadır.

Onların heç biri, nə Mənsur, nə də Riçardözlərinə nəzarət hissini itirməmişdilər. Axı, bu onların ilk söhbətlərideyildi, onlar, demək olar ki, öz mübahisələrinin ekvatoruna çatmışdılar.Tarixin özü onların arasında keçilməz uçurum yaratmışdı.

DÖRDÜNCÜ FƏSİL

Əziz dostlar, lütfən, nəticə çıxarmağa tələsməyin.Əgər hesab edirsinizsə ki, Mustafa Səidin kölgəsi mənim əbədi yol yoldaşımdır,yanılırsınız. Bəzən o heç aylarla yadıma da düşmür. O ölüb. Ya çayda boğulub,ya da intihar eləyib. Hər gün minlərlə adam ölür. Əgər hər adamın niyə, nədənöldüyünü bütün incəliyinədək araşdırmağa çalışsaq, bizim yer üzündəki həyatımıznecə bir cəhənnəmə çevrildiyini təsəvvür edə bilməssiniz.

Həyat bir yerdə dayanıb durmur. Həyatinkişaf edir, istəsək də, istəməsək də irəliyə doğru hərəkət eləyir. Mən dəbütün canlılar kimi əbədi hərəkətdəyəm. Mən gah yamacla yuxarı qalxan, gah dövrəvurub aşağı enən, gah da hardasa düşərgə salaraq bir neçə saat dayanıb dincinialandan sonra yenidən yoluna davam eləyən böyük bir karvanla addımlayıram.

Neyləmək olar, həyat o qədər də pis şeydeyil. Siz özünüz də bunu məndən pis bilmirsiniz.

Gündüzlər göydən alov saçan günəşinaltında yerimək əsl it əzabıdır: səhra qarşında nəhayətsiz bir dəniz kimiuzanıb gedir. Yorğunluq və susuzluq hamını əldən salıb, addımlarımız getdikcətam taqətdən düşür. Gücümüz təmiz tükənib... Günəş batan kimi yer üzü sərinlikçadırıyla örtülür. Səma milyonlarla ulduzun işıqları altında alışıb yanır. Bizyemək-içməyə otururuq. Karvan müğənnisi öz mahnısını oxumağa başlayır. Şeyxinarxasında toplaşmış bir dəstə adam namaz qılır. Başqaları dairə vurub oxuyur, rəqseləyir, eyni ahənglə əl çalırdılar.

Başımızın üstündə əsrarəngiz bir səma varidi. Bəzən gecələr də yolumuza davam edirdik. Bu necə də xoş idi! Şərqdə səmaqızarmağa və sübh şəfəqləri gecəni əvəzləməyə tələsəndə biz deyirdik: "Dan yerisökülən kimi adamlar gecə səyahətini tərifləməyə başlayırlar”.

Hərçənd, bəzən şər ilğımı bizimləzarafatlaşır, bürkü və susuzluq müqəddəs arzularımızı puç edir, amma eybi yox!Sübh şəfəqlərinin doğmasıyla birlikdə gecənin kabusu da yox olur. Axşamın yüngülmehisə gündüzün istisindən sonrakı yorğunluğun aradan qalxmasına kömək eləyir.

İlin iki ayını mən Nilin düz bucaq kimisınaraq sərt dirsək əmələ gətirdiyi sahilində yerləşən balaca bir kənddəkeçirdirəm. Burdan başlayaraq çay öz sularını qərbdən şərqə doğru axıdır. Nilburda həm enli, həm də dərindir. Onun səthindəki kiçik adacıqlar yaşıllaşır, ağquşlar gah onların üstündə fırlanır, gah da hərəkətsiz halda havada donubqalırdılar.

Sahillərdə palma meşəliyi, yumru, hündürsakiyə və su nasosları görünürdü. Uzun şalvar geyinmiş kişilər sinələrini günəşədoğru açaraq torpaqla əlləşir, məhsul əkir və yığırdılar. Budur, Nilinsularında üzən qalaya oxşayan gəmi görünür və adamlar işlərini saxlayaraq qədd-qamətlərinidüzəldir, ani olaraq sual işarəsi şəklində yerlərində donub qalaraq maraqla gəmiyəbaxır, sonra yenidən işləməyə başlayırlar. Gəmi kəndin yanından, adətən, səhərlərvə təxminən həftədə bir dəfə keçir. Gəmi getdikcə onun dalından qalxan dalğalarpalmaların sudakı əksini sındırır və onlar əyri-üyrü parçalara çevrilərəkqeyri-adi görkəm alır, xırda ləpələr kimi ora-bura qaçışırlar.

Xırıltılı fit səsi gəlirdi. Onu mənimdoğmalarım da eşidirdi. Səhərin çox erkən çağı olsa da, onlar çoxdandurmuşdular və yəqin ki, indi ilk fincan kofelərini içirdilər.

Budur, artıq iskələ görünür. O əvvəlcətutqun zolaq kimi nəzərə çarpçasa da, tezliklə tamam aydın şəkildə üzə çıxır, əncirağacları əkilmiş sahil yamacları ağarmağa başlayır. Hər iki sahildə bircanlanma hökm sürür. Adamlar eşşəklərin belində və ya piyada hərəkət edirlər.Qayıq və kiçik yelkənli gəmi karvanları iskələdən qarşı sahilə doğru üzür. Gəmigeniş çevrə cızaraq bu karvanın başına fırlanıb keçir. Sahilə doluşan qadınlarvə kişilər bizim nə vaxt iskələyə yan alacağımızı gözləyirlər. Həmin adamlarınarasında atamı, əmilərimi və onların uşaqlarını görürəm. Eşşəklər əncirağaclarına bağlanıb. Bu dəfə aramıza duman çökməyib, hər tərəf aydın görünür. MənXartumdan qayıdıram. Evdən çıxdığım cəmi-cümlətanı səkkiz aydır. Artıqburdakıların hamısı mənə tanışdır, iskələdə dayananları bircə-bircə tanıyıram.Təmiz, ağappaq qələbiyələr, ondan daha ağ rəngli çalmalar. Gah uzun, gah qısabığlar – şabalıdı, qara, qızılı, ağ. Bəziləri saqqllı, bəziləri dəsaqqalını təzə uzatmağa başlayırlar– baxanda elə bilirsən üzləriniqırxmayıblar.

Qara ləkəli bir eşşək başqalarından kəskinşəkildə fərqlənir. Beləsini hələ görməmişdim.

Bizi qarşılayanlar gəmiyə süni birlaqeydliklə baxırdılar, ancaq sahilə yan alan kimi onlar mənimlə, arvadım və qızımla görüşmək üçün özlərinitələm-tələsik trapın yanına saldılar. Mənim əlimi məhrəm-məhrəm silkələyir,arvadımın əlini nəzakət xətrinə sıxır, qızımısa öpüşlərə qərq edirdilər. Bizeşşəklərə minirik; bütün yol boyu qızımı qucaqlarına alıb əldən-ələ ötürürlər.Məktəbdə oxuduğum illərdə məni belə sevinclə qarşılayardılar. Yəqin ki, xeylivaxtdır görmədiklərinə görə . Ancaq bu barədə artıq danışmışam.

Yolda bu qara eşşəyi hardan tapdıqlarınısoruşdum. Atam dedi:

-Bir köçəri ərəb əmini hərifləyib verib.Əvəzində, yəqin xatırlayırsan, bizim ağ eşşəyi alıb, üstəlik, beş funt da əlavəpul.

Əmilərimdən hansının aldadıldığını bilmədəntərəddüdlə yan-yörəmə baxdım və bu zaman Əbdül-Kərim əmimin səsini eşitdim:

-Bütün müqəddəslərə and olsun ki,mahalda ona tay olan bir dənə də eşşək yoxdur! Məgər bu eşşəkdir? Xeyr! Əsl cıdıratıdır. İstəsəm bu dəqiqə onu otuz funta, bəlkə də daha baha sataram.

-Bəli, düz deyir, başqa cins atlar da onuyanında heç nədir. Ancaq bala vermir ki, vermir. Qoduqlamayan dişi heyvanın nəxeyri var, axı? – deyə Əbdürrəhman əmi güldü.

-Əvvəlcədən nə cavab eşidəcəyimi bilə-biləçox nəzakətlə xurma bağlarının məhsuldarlığıyla maraqlandım. "Çox pis”, – deyəhər il bu mövzuda söhbət düşərkən hamısı bir səslə deyirdi. Hərçənd, dəqiqbilirdim ki, bu o qədər də həqiqətə uyğun deyil. Sahildə qırmızı kərpicdəntikilən bir bina gördüm və bunun nə olduğunu soruşdum.

-Aptek, – deyə Əbdül-Mannan əmi dedi. –Ancaq gördüyün kimi heç cür tikib başa çatdıra bilmirlər. Hakimiyyətin əlindənboş-boş danışmaqdan başqa bir şey gəlmir.

Bildirdim ki, vur-tut yeddi ay bundan əvvəlburalarda olmuşam və həmin vaxt orda heç nə yox idi. Belə bir binanın tikilib ərsəyəgəlməyi üçünsə yarım il az müddətdir. Ancaq Əbdül-Mannan öz fikrindən dönmədi:

-Boşboğazlıq eləməkdən başqa bir şeybilmirlər! – deyə o əsəbi şəkildə yerində qurdalandı. – İki ildən bir özmaşınlarıyla və boş-boş şüarlarla dəstə-tifaq yığışıb tökülürlər bura...Yaşasın kimsə, nəsə! Rədd olsun kimsə, nəsə!... Belə cəfəngiyyatları ingilislərinvaxtında da çox görmüşdük.

Həqiqətən də, neçə dəfə kəndin içindəncingiltisi hər yanı başına götürmüş köhnə yük maşınlarının keçdiyinin, həminmaşınların banında olan on, bəzən iyirmi nəfər adamın ara vermədən "Yaşasınxalq demokrat partiyası!” – deyə qışqıdıqlarının şahidi olmuşuq. Qəribədir,doğrudanmı, kitablarda məhz bu adamları "kəndlilər” adlandırırlar? Babama desəmki, onun adından inqilab eləyir, hökumət yaradır və iclas keçirdirlər ürəkdən qəhqəhəçəkib gülər. Həqiqətən, bu fikir ilk baxışda heç nəyə uyğun gəlmir. Ancaq nümunəüçün Mustafa Səidin həyatını, onun mənasız ölümünü xatırlayaq. Axı, burda da hərşeyin doğrudan da belə olduğuna adamın dərhal inanmağı gəlmir. Mustafa Səidmüntəzəm olaraq məscidə gedir, bir namazını da ötürmürdü. Özü üçün seçdiyi fərqlihəyat tərzinin müqabilində bu cür canfəşanlıq nəyə lazım idi?

Günlərin gözəl bir günündə o, ruhidinclik axtara-axtara bizim kəndə gəlib çıxmışdı. Bu tərəflər onu nəylə özünə cəlbeləmişdi. Bəlkə bu sualın cavabı Mustafadan başqa heç kimin girmədiyi həminuzun otaqda gizlənir? Fal açmaq nəyə lazım... Əslində, bilmirəm bu sualı kiməverirəm. Mustafayamı? Doğrudanmı, onu alatoranlıqda tək-tənha kresloya sığınmışhalda bir də görə biləcəm? Yoxsa, onu dar ağacından qopartmaq mənim bəxtimədüşüb? O mənə məktub yazıb qoyub. Surqutlu möhürü olan konvertdə. Görəsən, onuyazmağa necə imkan tapıb?

"Mən öz arvadımı, iki uşağımı və həyatınsədəqəsi olan əmlakımı sənin himayənə verirəm. Sənin vicdanına həvalə edirəm.Bilirəm ki, sənə güvənmək mümkündür. Yeri gəlmişkən, mənim arvadım öz işləriniapara bilər. O, mal-mülkü öz bildiyi kimi idarə eləməkdə sərbəstdir, onunağlına inanıram. Xahiş edirəm səninlə yaxından tanış olmaq xoşbəxtliyinə qovuşabilməmiş adama son xidmətini əsirgəmə: mənim ailəmə qayğı göstər, onu öz gücündaxilində hər cür bəlalardan qoru. Onu öz himayən altına al, uşaqlarımın tərbiyəçisi,müdafiəçisi ol, onları fəlakətlərdən hifz elə. Onların həyatını yüngülləşdir.Onlara kömək elə. Qoy onlar sadə, normal adamlar olsunlar. Onları faydalı işə öyrət.Öz kabinetimin açarını sənə qoyuram. Ola bilsin ki, axtardığını ordatapacaqsan. Bilirəm ki, mənim haqqımda hər şeyi öyrənmək marağı səni üzüb əldənsalıb, hərçənd, açığını desəm, bu marağın hardan qaynaqlandığını tam anlayabilmirəm. Mənim həyatım istənilən halda heç kim üçün ibrətamiz örnək ola bilməz.Əgər bilsəydim ki, həmkəndlilərin mənim keçmişimi biləndən sonra onlarınarasında yaşamağıma maneçilik törətməyəcəklər, inanın ki, əsl həqiqəti gizlətməyiməlüzum olmazdı. Yeri gəlmişkən, səni həmin gecə içdiyin anddan azad eləyirəm. Nəistəsən danışa bilərsən. Əgər marağın tam sönməyibsə, məndən başqa heç kimingirmədiyi otaqda çox şeylər tapa bilərsən: qeydlər, yazılar, xatirələrin eskizləri.Ümid edirəm ki, bunlar mənim kim olduğumu başa düşməkdə sənə müəyyən qədər köməkedəcək. Bağışla ki, bununçün başqa üsul seçmədim. Otağın açarını uşaqlarıma nəvaxt vermək, hər şeyi lazım olduğu kimi başa düşmələri üçün mənim həyat həqiqətlərimionlara nə vaxt danışmaq barədə qərar qəbul eləməyi sənin öz öhdənə buraxıram.

Onların öz atalarının əslində necə adamolduqlarını bilmələri məndən ötrü çox vacibdir – şübhəsiz ki, mümkün olan qədər.İstəyirəm ki, onlar məni olduğum kimi təsəvvür eləsinlər. Başqa cür tanınmaq mənəlazım deyil. Çünki mənim haqqımda həqiqətləri bilmələri özlərini dərk eləməkdəonlara kömək eləyəcək.

Əlbəttə, bunun vaxtındın əvvəl yox,övladlarımın həmin olaylardan faydalanmaq qabiliyyəti formalaşandan sonra başverməsi daha yaxşı olardı. Əgər onlar bu kənddə böyüsələr, onun havasınıcanlarına hopdursalar, kənd sakinlərinin sifətlərini və kənd həyatının nizamınıpozan dəhşətli sel haqqında xatirələri, eləcə də onun tarlalarından yığılan məhsullarıəbədi olaraq yaddaşlarında saxlaya bilsələr, deməli, mən bura əbəs yerəqayıtmamışammış.

Bilmirəm uşaqlarım indi mənim barəmdə nədüşünürlər. Bəlkə, qəm-qüssə içindədirlər və ağlayırlar? Yoxsa, məni qəhrəmangözündə görürlər? Hələ ki, bu elə də vacib deyil. Ancaq mənim həyat tarixçəmindərd-bəla və əzab gətirən əcinnə kimi qatı zülmət içindən qəfil çıxıb onlarınqarşısında açılmasına imkan vermək olmaz. Necə də onları tərk eləməmək, onlarlabir yerdə qalmaq istəyərdim. Onların böyüməsini, yekə oğlan olmasını izləyərdim.Ancaq bilmirəm hansı daha böyük xudbinlik olardı: onlarla birgə qalmaq, yoxsaitib yox olmaq, yollarından çəkilmək.

Sənə kələk gəlmək fikrim yoxdur: əgər həminaxşam dediklərimi xatırlayırsansa, yəqinki, mənim nə istədiyimi, nədən ötrü çalışdığımı başa düşərsən. Səni aldatmaqaxmaqlıqdır, mənasız işdir.

Qulaqlarımda həmişə möhkəm, ara verməyən birçağırış səsi eşidilir, uzaq və qüdrətli bir səda səslənirdi. Mənə elə gəlirdiki, həyatım burda, bu kənddədir, nəhayət, mənim evlənməyim həmin səsi susmağa məcburedəcək. Ancaq yox! Görünür, bu, sadəcə, təxəyyülümün məhsuluymuş. Yoxsa taleyim belədir? Bilmirəm və heç nəanlamıram. Ağlımla özümü necə aparmaq, nəyi nə vaxt eləmək lazım olduğunu dərkedirəm. İnan ki, bunu mən yalnız burda, bu kənddə, bu xoşbəxt adamların yanındaöyrənmişəm. Ancaq qəlbimdə, qanımda qeyri-müəyyən, dərk edilməyən, əvvəlki kimiməni çağırıb rahatlıq verməyən, məni uzaq yerlərə dartıb aparmaq istəyən nəsəvar.

Böyüyəndə uşaqlarımdan hansındasa, hələdemirəm ikisində də, yaşayış yerlərini dəyişmək adlı bu yoluxucu xəstəliyinmikroblarının aşkarlana biləcəyini və onlarini öz vətənlərini tərk eləmək istəyəcəklərinidüşünmək məndən ötrü çox ağırdır.

Qısası, çiyinlərinə ağır yük qoyur, səniqayğılarla yükləyirəm. Ancaq mənə elə gəlir ki, sənə inanmaqda yanılmamışam,çünki sən babana çox oxşayırsan. Dostum, səni nə vaxt tərk edəcəyimi bilmirəm,ancaq hiss eləyirəm ki, bu anlar çox da uzaqda deyil. Əlvida”.

Bax, Mustafa Səid ömür yolunun sonunugöstərən vaxtı beləcə müəyyənləşdirdi. Onun öz həyat hekayəsinə xeyli melodram qatdığınıda inkar eləmək olmaz. Nəzərə alsaq ki, təbiət Mustafa Səidin arzularınailtifat və mərhəmət göstərərək ona özünün həsrətlə axtardığı sonluğu nəsib eləyib,deməli, bəxti çox gətirib.

İyul ayının cah-cəlallı yay günlərinibir anlıq təsəvvürünüzdə canlandırın. Öz sakit axarıyla axan çay birdən şişibqabararaq daşır və bütün ətrafı basır. Artıq otuz ildir ki, buralarda belə selolmayıb. Bir müddət əvvəl əkin altında olan sahələrdə tutqun su gölməçələriuzanıb gedir. Kimin ağlına gələ bilərdi ki, burda Mustafa Səidin həyaının sonakkordları çalınacaq. Ola bilsin ki, o hələ orda, uzaq şimal ölkəsində olanvaxtlada özündən ötrü inadla bu cür sonluq axtarırmış. Hər şeyin pis,korlanmış, qorxulu bir hava şəraitində, ulduzsuz göyün altında, ona, onun həyatınaheç bir dəxli olmayan adamların gözü qarşısında başa çamasını istəyirmiş. Budurqalib işğalçıların taleyi! Ancaq hamı, demək olar ki, hamı – andlılar da,şahidlər də, prokurorlar da, vəkillər də, hakimlər də ona həyatla haqq-hesabınıçürütməsinə, özüyçün səliqə-sahmanla hazırladığı finalın baş tutmasına imkanverməmək üçün sanki öz aralarında razılığa gəlmişdilər.

"Andlılar qarşılarında gördüyü adamı, bəli,zərrə qədər də yaşamaq arzusu olmayan bu adamı görəndə – deyə Mustafa Səiddanışırdı, – özləri müdafiə olunmağı fikirləşirdilər. Həmin gecə Ceyn gözyaşları içində mənə pıçıldadı: "Gedək mənimlə, birlikdə gedək”, – ancaq mən hələtərəddüd edirdim. Hərçənd, həmin gecə həyatım tam bitmiş, sonadək tükənmişdi vəartıq gözləməli bir şey qalmamışdı. Ancaq şübhələr məni üzürdü. Etiraf edirəm,son, həlledici anda bərk qorxdum.

İçimdə elə bir ümid oyandı ki, özümüngücüm çatmayan şeyi məhkəmə məndən ötrü eləyəcək. Ancaq onlar mənim sanki nəistədiyimi bilirmiş kimi son arzumun gerçəkləşməsinə imkan verməməyi qəraraaldılar.

Hətta mənim ölümümü məndən də çox istədiyinigüman elədiyim polkovnik Himmend birdənLiverpulda qonağı olduğum günlərdə onda necə xoş təəssürat oyatdığımı danışmağabaşladı. Polkovnik hərbçi səmimiyyətiylə bəyan elədi ki, özünü dözümlü, qərəzsizadam hesab eləsə də, realistdir və buna görə də qızının mənimlə izdivacınınxoşbəxt, uğurlu olmayacağını əvvəlcədən bilirdi.

O bunu da əlavə eləməyi unutmadı ki,Oksfordda oxuyarkən şərq fəlsəfəsiylə maraqlanan qızı Enn buddizmi qəbul etmək,yoxsa islamın üzərində dayanmaq barədə seçim edə bilmirdi. Polkovnik deyirdi:"Mən bilmirəm ki, qızımı intihara sövq eləyən səbəb nə idi? Mustafa Səidin onaxəyanət etməsindən qəfil agah olması, yoxsa keçirdiyi mənəvi böhran?”

Ennonun yeganə qızıydı. Onunla tanış olanda heç iyirmi yaşı yox idi. Mən onubaşdan çıxartdım və aldatdım. O vaxt ona dediyim söz indi də yadımdadır: "Gəl,evlənək. Bizim izdivac şimalla cənub arasında körpü olacaq”. Mən onunarzularını məhv elədim, onun inamını qırdım. Bununla belə, həmin qızın atası,onu həyata gətirən adam tamamilə sakit bir tərzdə, səsində zərrə qədər də titrəyişolmadan məhkəmədə bəyan eləyir ki, onun intiharının əsl səbəbini deyə bilməz”.

Bu, ədalət məhkəməsidir? Lənətə gəlmişdüzgün oyun qaydaları budur? Yox, bu daha çox müharibə aparmaq, müharibə vaxtıneytrallığı saxlamaq qaydalarına oxşayır! Bu, rəhm və mərhəmət maskası taxmışzoraklıqdır. Mustafa Səidi yeddi il həbs cəzasına məhkum elədilər. Bəli, bəli,cəmi yeddi il! Hər şey elə də sadə olmadı. Heç kim onu qərar qəbul eləmək zəhmətindənazad etməyi öz üzərinə götürmədi. Çıxış yolunu o özü tapmalıydı, onun əvəzinəbaşqa heç kim bunu edə bilməzdi, eləmək istəməzdi.

Həbs vaxtı bitəndən sonra Mustafa birmüddət dünyanı dolaşdı. Parisdən Kopanhagenə, sonra Dehliyə, Banqkoka getdi,harda olurdusa taleyindən qaçmaq üçün nədənsə yapışmağa cəhd edirdi.

Ancaq həyatın epiloqu onu Nilin sahilindəyerləşən, heç kimin tanımadığı balacabir kənddə gözləyirdi. Heç kim Mustafa Səidin ölümünün bədbəxt hadisə olduğunu əminlikləsöyləyə bilməz. Ancaq onun pərdəni öz əlləriylə endirdiyini də iddia edə bilənibir kimsə yoxdur.

Yeri gəlmişkən, mən bura Mustafa Səid haqqındaxatirələrə dalmaqdan ötrü təşrif gətirməmişəm. Palçıqdan və çiy kərpicdəntikilmiş, hər döngədə sanki bizə tərəf burulub arxamızca baxan balaca evlərburda məni çoxdan gözləyirdi.

Birdən eşşəklər bir az yeyin addımlamağabaşladı. Görünür, burunlarına yonca, ot və su iyi gəlməyə başladı. Səhranın lapkənarındakı evlər yeni yaşayış məskənləri axtarmağa yollanmış ibtidaiinsanların qəfil hər şeyi başlı-başına buraxıb tərk elədiyi obalarıxatırladırdı. Heç kim onun başıyla ayağını ayırd edə bilməzdi.

Çayın parıltılı səthindən yayılan nəm sərinliksanki səhranın qatı istisinin üzərinə su səpir, onu az da olsa yumşaldırdı. Bu,yalanlar dünyasına soxulan həqiqətdir. İnsanların səsi, quşların cəh-cəhieşidilir. Nasoslar yeknəsək səslə taqqıldayır. Qabaqda çaydır. Solda və sağdaçaydır. Əgər bu çay olmasaydı nə başlanğıc, nə də son olardı. Çay yer üzündə nəvarsa hamısına qarşı etinasızlıq nümayiş etdirərək sakit-sakit öz suyunu şimaladaşıyır. Yolunu dağ kəsir, o, dövrə vurur. Qarşısına vadi çıxır, o daha dagenişlənir və sərbəstləşir. Ancaq gec-tez o öz yeganə yolunu tapır və yenidənşimala, dənizə doğru can atır.



[1]İnzibati vahid mənasında.


Yazının əvəllini BURADAN oxuya bilərsiniz