adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Avqust 2019 16:44
11078
HADİSƏ

Qusarda qarğıdalı oğruları saxlanılıb

Qusar rayonu ərazisindəki qarğıdalı sahəsindən 80 kisə qarğıdalı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən   verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də Yasab-oba kəndi ərazisindəki qarğıdalı sahəsindən 2 ton 500 kiloqram (80 kisə) qarğıdalı oğurlamaqda şübhəli bilinən kənd sakinləri U.Əzizov, V.Şahbazov, M.Xalıfayev, İ.Əlistanov və Hiloba kənd sakini M.Fətiyev saxlanılıblar.