Qurban Qurbanovdan haqqında çəkilən filmlə bağlı AÇIQLAMA
Bu film məni çox uzaqlara apardı. İnanıram ki, bu filmdən sonra işimdə daha həvəsli və məsuliyyətli olacağam.
Adalet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona həsr olunmuş “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Mütəxəssis filmi izlədikdən sonra keçmiş günləri yenidən xatırladığını deyib: “Xatırladıqca da yaşadıqlarıma dəyər verdim. Düşünürəm ki, belə bir səviyyəyə gəlib çıxa bilmişəmsə, bunu qoruyub saxlamalıyam. Mənim üçün çox maraqlı oldu. Sanki 6-7 yaşımdan 52 yaşıma kimi keçdiyim yola yenidən boylandım. Bir anlıq həmin xatirələrə geri döndüm".
Q. Qurbanov bu filmin Norveçdə "Molde" ilə keçirəcəkləri Avropa Liqasının V tur oyununda komandaya əlavə motivasiya verəcəyinə inandığını söyləyib: “Onlar gördülər ki, qazanılan uğurlara böyük qiymət verilir. Bilirəm ki, futbolçularım bunu yaxşı dərk edirlər”.
Digər Xəbərlər
15 Sentyabr 2026 18:04
"Karvan-Yevlax" hücumçu transfer etdi
15 Sentyabr 2026 17:02
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
15 Sentyabr 2026 09:00
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
14 Sentyabr 2026 17:40
"Neftçi"də yeni müqavilə
14 Sentyabr 2026 17:30
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14 Sentyabr 2026 16:54
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
14 Sentyabr 2026 09:25
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
14 Sentyabr 2026 09:16


Bakı -°C

