Qondarma rejimin keçmiş "müdafiə naziri" də saxlanıldı - RƏSMİ

Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyanın Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
Digər Xəbərlər

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO

İlham Əliyev və Mehriban Əliyeva faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

"BakıKart"da problem - Ödənişlər köçmədi, növbələr yarandı

Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi - FOTO
