adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Noyabr 2018 14:22
12075
İDMAN

«QOL.AZ»ın 10 YAŞI

İndiki uşaqlar yaman tez böyüyür, odur ey, «Qol.az»ın10 yaşı oldu. 10 yaşları olmalarınabaxmayaraq, artıq oturuşmuş, idman jurnalistikasındasöz sahibinə çevrilmiş və eləcə də sözününsahibi olan dostları ürəkdən təbrik edirəm.

Futbolumuzürəyimiz istəyən kimi inkişaf etməsə də, futbolla bağlı qəzet vəsaytlar çox sürətlə inkişaf elədilər. Həm gözəl şərhçilər, həm dəfutbolu əllərinin içi kimi bilən idmanjurnalistləri ordusu yarandı. «Qol.az»ınkollektivi də bu ordunun önündə gedən «batalyonlardan»biridi.

AydınBağırov səni və kollektivini bir daha ürəkdən təbrik edirəm. Yadınıza düşür yəqin, belə bir lətifə vardı. Altay Əlibəyligözəl şərhçiydi, hətta zəif komandalarınoyununu elə aparırdı ki, elə bil «Barselona» ilə «Real» oynayır. Milli komandanın o vaxtkı məşqçisi Ağasəlim Mircavadov bir dəfəAltaya demişdi:

-Altay, oğul, bir az yavaş apar ey, futbolçularçatdıra bilmir.

Doğrudanda, indi sizin və sizlərin mətbuatda tutduğunuz yeri futbolçularımız çempionatda tuta bilmir.

Vəbir də, dostum, Seyid Lazım ağanın cəddi haqqı, əvvəlki dizaynınız bundan yaxşıydı.

AqilABBAS və «Ədalət»in kollektivi