"Qışdır, amma Sərsəng su anbarında kəskin su çatışmazlığı var" - Hayriyan Azərbaycanı suçlayır...
“İndi suvarma mövsümü deyil, lakin suyun çox hissəsi artıq sərf olunub”.
Adallet.az xəbər verir ki, bu sözləri Azərbaycanın Qarabağ İqtisadi rayonunda yaradılmış qondarma rejimin “Su Komitəsinin sədri” Georgi Hayriyan deyib. Onun sözlərinə görə, yazın selindən, nə qədər su yığılmasından xəbəri belə yoxdur:” Sərsəng su anbarından suyun verilməsində problem yaşayacağımız təbiidir. Qondarma qurumun dövlət nazirinin müşaviri Artak Beqlaryan ötən gün, Telegram kanalında yazdı ki, Sərsəngin yaz və yay aylarında su ehtiyatlarının azalması azərbaycanlılar üçün ciddi problemlər yaradacaq.Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında 96 min hektara yaxın ərazinin suvarma suyu olmayacaq. Qarabağda, Tərtər çayında 17,3 meqavat gücündə yeni su elektrik stansiyası tikilir. Hər şey planlaşdırıldığı kimi getsə, işlər gələn il yekunlaşacaq. Amma artıq plandan kənarlaşma var: tikinti materiallarını idxal etmək indiki mərhələdə mümkün deyil. İqtisadiyyatımızın inkişafı yoldan asılıdır. Yolumuz olmasa, yeni su elektrik stansiyasımız da olmayacaq”.
Hayriyan vurğulayıb ki, qondarma rejimin suvarma suyu ilə bağlı problemlər artıq başlayıb:“Bugünkü problemlər davam edərsə, (“blokada” –red-Ə.R) suvarma suyu ilə bağlı çox ciddi problemlərimiz olacaq. Yanvarın 9-dan Ermənistandan “Artsax”a gedən yeganə yüksək gərginlikli elektrik xətti zədələnib. Artsax enerji tələbatını öz resursları hesabına, Sərsəng SES-in istehsal etdiyi enerji hesabına ödəməyə çalışır. Enerji böhranı nəticəsində anbardan doldurulandan çox su buraxılıb. 1976-cı ildə istifadəyə verilmiş su anbarının faydalı həcmi 550 milyon kubmetr olsa da, hazırda suyun həcmi iki dəfədən də azdır, təxminən 150 milyon kubmetrdir".
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalmışdı. Azərbaycan 2020-ci ilin payızında Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad etdikdən sonra Sərsəng su anbarı ilə eyni vaxtda inşa olunmuş Suqovuşan (ona yerli əhali "bala Sərsəng" də deyirdi) su anbarına nəzarəti həyata keçirir.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Dekabr 2025 15:54
Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR
12 Dekabr 2025 17:35
Kafe və restoranların dövriyyəsi 2.5 mlrd. manata yaxınlaşıb
12 Dekabr 2025 17:11
Vəfat edən şəxsin sığorta məbləği ailəsinə veriləcək? - AÇIQLAMA
12 Dekabr 2025 14:20
Mqer Qriqoryan: "Azərbaycan neft məhsullarının idxalı üçün imkanlar var"
12 Dekabr 2025 10:50
“Strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir...”
11 Dekabr 2025 15:07
“Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”
10 Dekabr 2025 17:20
İqtisadi Şura və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirildi - FOTOLAR
10 Dekabr 2025 13:47


Bakı -°C

