adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Aprel 2018 13:11
39364
MARAQLI

Qırmızı

Biz əcdadlarımız onmin illərlə bundan əvvəl ilk dəfə əllərinə təbii rəngləri alıb öz bədənlərininşəklini çəkəndə onların beyinlərindən keçənləri bəlkə də heç vaxt bilməyəcəyik.Lakin bəlkə də ən əhəmiyyətlisi budur ki, onlar qanımızın rəngi, həyat və ölümüncanlı yaddaşı olan qırmızı oxranı – qırmızı rəngi seçiblər.



Bu günBritaniya kraliçasının şahanə əlbisələrindən tutmuş Amsterdamın gur qırmızı fənərliməhəlləsinədək, qırmızının çalarları bir qayda olaraq qüdrət, təcavüz və seksisimvolizə edir.

Elminyeni sahəsi olan "rəng psixologiyası” aşkar edib ki, qırmızı rəng bizim əhvalımıza,düşüncə və hərəkətlərimizə güclü təsir göstərir. Qırmızı paltar geyinmək həttasizin psixologiyanızı, hormonlarınızın balansını, futbol matçındakı oyununuzu təsirləndirəbilər. Elə isə qırmızının çalarları olan yaqut rəngini, al qırmızını belə təsirliedən nədir?

Xəbərdarlıq rəngi

Şübhəyoxdur ki, bizim qırmızını qavramamız təkamül tarixindəki mühüm hadisələrdənbiri ilə bağlı olub. İtlər kimi bir çox məməlilər qırmızı ilə yaşıl arasındakıfərqi görmürlər. Lakin bizim erkən primat əcdadlarımız cəngəlliklərdəki həyatauyğunlaşarkən onların gözlərindəki buynuz qişasında qırmızı parlaq meyvələriyarpaqlardan fərqləndirə bilən hüceyrələr yaranıb. Bu təkmilləşmiş qavrama sonralarsosial xəbərləşmə sistemimizdə kara gəlib. Dərinin yaxınlığından keçən qandamarlarının bədənə verdiyi qırmızılıq bir çox primatlar üçün dominantlığınişarəsidir.

Mandrilmeymunları bu mənada bəlkə də ən bariz nümunə ola bilərlər. Onların üzlərindəkivə arxalarındakı parlaq rəng sərt tabeçilik sistemində fərdin mövqeyindən xəbərverir. Fərd nə qədər güclüdürsə, deməli o qədər də qırmızıdır. Başqa fərdlərinrəqiblərinin gücünü bu şəkildə "oxuya” bilmələri, onları aşkar uduzacaqlarıdöyüşlərdən çəkinməyə vadar edir.

Lakinyalnız 2004-cü ildə Durham Universitetindən iki psixoloq – Russell Hill vəRobert Barton insanların da eyni şəkildə davranıb-davranmayacaqlarını öyrənməyəbaşladılar. Əlbəttə biz Mandril meymunları kimi qırmızı rəng siqnallamasaq da,bəzən hirsimizdən alışıb yanırıq. Odur ki, qırmızı paltarlar müəyyən mənadaaqressiya və dominantlıqla əlaqələndirilə bilər. Hill və Barton bu ideyanı tədqiqetmək yolları məsələsində vurnuxurdular, lakin 2004-cü ilin Olimpiya Oyunlarıonlara mükəmməl imkan yaratdı.

Qırmızı köynəkliqapıçıya qol vurmaq

Boks vətaekvandu kimi təkbətək yarış növlərində idmançılar püşk yolu ilə ya qırmızı,ya da mavi formada çıxış edirlər. Alimlər məhz bu məqamdan istifadə etdilər.Onlar eyni idmançının hansı rəngi geyinəndə necə yarışdığına diqqət yetirdilər.Bu idmançıların nailiyyətlərini yarış boyu izləyən Hill aşkar edib ki, qırmızırənglə çıxış edən idmançıların qələbə şansı 5 faizədək artıq olub.



"Sadəcəolaraq qırmızı forma geyinmək səni əla idmançıya çevirmir – deyir Hill – lakinbu rəng qüvvələrin nisbi bərabərliyi şəraitində qələbə ilə məğlubiyyətin nisbətinətəsir göstərir”. Bu "al rəngin araşdırılması” nəticəsində buna bənzər başqaeksperimentlər yer alıb. Məsələn futbolda 11 metrlik cərimə zərbələrininvurulması tədqiq edilərkən bəlli olub ki, qırmızı geyinmiş qapıçıya qol vurmaqdaha çətindir.

Cavan elm

Tezliklərəng psixologiyası müstəqil və mötəbər elm sahəsinə çevrilib. Nyu Yorkştatındakı Rochester Universitetindən Andrew Elliot deyir ki, həminaraşdırmadan sonra rənglərə və onların mümkün effektlərinə maraq yüksəlib.Lakin müxtəlif təsirlərin səbəbləri hələlik müzakirə mövzusu olaraq qalır.

Elliotdiqqəti qırmızı rəngli forma geyinənlərin özlərini daha güclü hesab etdiklərinəvə bunun onların ürək döyüntüsünə, testosteron hormonun artmasına səbəbolduğuna və daha yaxşı idman nəticələrinə imkan yaratdığına yönəldən elmi işlərdəndanışır.

Qırmızı rəngmandrilləri öz qırmızısifət başçılarına yaxınlaşmaqdan qorxutduğu kimi, rəqibidə qorxuda bilər. "Əgər siz qırmızı rəng görürsünüzsə, öz zəifliyinizi, dahaaşağı statusunuzu dərk edirsiniz” – deyir Elliot.

Qırmızı qalstukuğur gətirir

Digər tərəfdənyarışda çox şey hakimlərdən asılı olur. Məsələn, bir alman komandası peşəkarhakimlərə göstərməzdən əvvəl taekvandu yarışlarının videosundakı idmançılarınformalarının rəngini dəyişdirmişdi. Sadəcə olaraq rənglərin dəyişdirilməsihakimlərin zərbələri hesaba almasını dəyişdirib.
"Qırmızıgeyinənlər bir qayda olaraq hakimlərin rəğbətini qazanırdılar” – deyir Hill.

İdmanyarışları bir yana qalsın, eyni düşüncə tərzi kazinoda pul uduzmaqla nəticələnəbilər. Təcrübə göstərib ki, qırmızı poker kartları ilə oynayanlar mavi və ya ağkartlarla oynayanlardan daha çox riskə gedirlər, çünki bu rəngdə kartlar qalibkartlar kimi görünür.

Lakinqırmızı rəngin xeyir verdiyi məqamlar da var. Qırmızı rəngli paltar geyinənləriş müsahibələrində daha yaxşı nəticə göstərirlər. Bəzi moda ekspertlərinə əsasən,qırmızı qalstuk nüfuz və dominantlığı təcəssüm etdirir.


Babil fahişəsi vəqırmızı paltarlı məsum qadın

Lakinqırmızı çaların ən çox öyrənildiyi sahə istək, məftunetmə və günahlarlabağlıdır. Burada qırmızı rəng müxtəlif assosiasiyalar yarada bilir. Məsələn, şərqüvvəni təcəcəssüm etdirən Qırmızı Əlbisəli Babil Fahişəsi də yada düşə bilər,Chris de Burgh-un mahnısındakı məsum "qırmızı paltarlı qadın” da.

LakinElliotun və onun başqa həmkarlarının apardığı təcrübələr göstərib ki, istərkişilər, istərsə də qadınlar qırmızı paltarda daha cazibəli görünürlər. Bu tədqiqatlarınçoxu laboratoriya şəraitində, statik vəziyyətdə aparılsa da, real dünyanındavranışlarını göstərir. Məsələn qırmızı geyinmiş ofisiant qadına daha çoxşirinlik verirlər və ya qırmızı köynək geyinmiş qızın yolda maşın saxlamaqşansları daha çoxdur.

Bütünbunların mümkün izahlarından biri də bu ola bilər ki, azacıq qırmızı dəri –yaxşı maddələr mübadiləsi və qan dövranından, deməli daha sağlam bədəndən xəbərverir. Ola bilsin ki, biz dərinin rəngindən oxuduqlarımızı paltarların da rəngindənoxuyuruq. Qırmızını ağ-qara fotoda da "görmək” olur.

İdman nəticələrindəngöründüyü kimi burada sirr həm qırmızı geyinəndə, həm də ona tamaşa edəndədir.Çox ağıllı bir eksperimentdə iştirakçılara adamların polis axtarış fotolarıverilib. Bu fotolar ağ-qara olsa da, adamlar qəribə bir şəkildə qırmızıgeyinmiş şəxsləriin fotolarını daha yüksək qiymətləndiriblər.

"Olabilsin ki, paltarlarının rəngi onların simasına və duruşuna daha cazibədar görkəmverib” – deyir Elliot.

Lakinqarderobunuzu və ya divarlarınızın rəngini dəyişməyə tələsməyin. Bəzi şəraitlərdəqırmızı rəng başqa, bəzən xoşagəlməz emosiyalara səbəb ola bilər. Dominantlıqifadə etməsi ilə qırmızı rəng insanın cazibəsini artıra bilər, lakin bunun əks-təsiridə var. "Əgər rəng al qırmızıdırsa, aqressivlikdən xəbər verə bilər – deyirElliot, – bu isə əlbəttə, mənfi cəhət sayılır”.

Qırmızı qələmləriləğv etmək tezdir

Alimdeyir ki, imtahan otağında zehni tapşırıqları yerinə yetirən iştirakçılarasualların qırmızı zərfdə verilməsi onların göstəricilərini aşağı salır.

İmtahan

Bununlabelə, rəng psixologiyasının heç də bütün tapıntıları tamamilə etibar ediləcək dərəcədəişlək deyil. Psixoloqlar öz nəticələrini dəqiqləşdirməlidirlər ki, rəng hansıeffekti hansı şəraitdə verir.

"Biz hələki, inkişafın erkən mərhələsindəyik – deyir Elliot – son nəticədə biz rəngpsixologiyasından daha məhsuldar iş mühiti yaratmaq üçün istifadəni öyrənəcəyik.Lakin idman üçün hansı rəngin daha səmərəli olması və ya qırmızı qələmlərinqadağan edilməsi kimi qərarlar barədə nə isə demək hələ çox tezdir”.

Bu rəngə rəngçatmaz

Elliotdeyir ki, göy qurşağının başqa rənglərinin də araşdırılmasına həsr olunmuş tədqiqatlargörmək istərdi. O aşkar edib ki, qırmızı rəng fəaliyyəti təsirləndirirsə də, bəziintellektual söz oyunlarında yaşıl və mavi rənglər yaradıcılığa həvəsləndirir.Lakin hətta bu halda da Elliot inanır ki, yaşılla mavinin təsir imkanlarıqırmızı rəngin davranışımıza təsir imkanları ilə müqayisədə xeyli məhduddur.

"Qırmızırəngin qavranması mühüm hadisə və təcrübələrdə təkamülə uğrayıb – deyir Elliot– qırmızı dəymiş meyvənin, qəzəbli sifətin və seksual şəhvətin rəngidir”.

Beləolduğu halda bu rəng həmişə həyat mübarizəsi, damarımızdakı qan qədər dərindüşüncə və təsirlərlə əlaqələndiriləcək. Ola bilsin ki, biz əlinə ilk dəfə rəngalıb öz bədəninin şəklini çəkən əcdadımızın anladığını, yalnız indi təsdiqedirik: Bu rəngə bənzəyən rəng yoxdur.