adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 May 2019 15:20
12235
ƏDƏBİYYAT

Qəşəm, sən xöşbəxtsən ki...

Çağdaş poeziyamızın inkişafında xüsusixidmətləri olan, bu günümüzün reallığını özündə əks etdirən, ona yeni tövhələrverən şairlərimizdən biri də Qəşəm Nəcəfzadədir. Onun poetik dünyası keçən əsrin80-ci illərinə təsadüf etsə də, o öz yaradıcılığında müasir dünyamızın gerçəkliklərini,onun yadda qalan unudulmaz anlarını bədii boyalarla təsvir etməklə dərin ümumiləşdirmələraparır, öz xalqının, millətinin müdrikliyini, onun psixologiyasında özünü göstərənsəciyyəvi cəhətləri bütün təbiiliyi və səmimiliyilə qələmə alır. Şairin şeirləriöz əhatə dairəsinin genişliyi, zənginliyi, rəngarəngliyi və aktuallığı ilə fərqlənir.Vətənə və xalqa məhəbbət, torpağa və təbiətə bağlılıq, ülvi və pak sevgi hisslərinintərənnümü, düşmənə qarşı sonsuz qəzəb və nifrət onun şeirlərinin ana xəttini təşkiledir.

Biz həmişə Vətən deyəndə onun uca dağları, ayna bulaqları, min bir nemətyetirən bərəkətli torpaqları, tükənməz sərvətləri, sıx ormanları, könül oxşayangözəlliklərilə fəxr etmişik. Torpağa bağlılıq doğma Vətənimizə olan sonsuzsevgimizin ifadəsidir. Vətənimizin bir parçası olan Qarabağ torpaqları bu gün dədüşmən tapdağı altında inləyir. Biz hələ də öz torpaqlarımızı azad edə bilməmişik.Vətənin bu ağır günlərində öz şairtaleyini xalqın taleyinə bağlayan Q.Nəcəfzadə yüksək əxlaqı dəyərlərə sövkənənpoeziya nümunələri yaradaraq Vətən oğulları ilə birlikdə bir çiyin – çiyinədayanmağı bacardı :

Al qılıncı, vur düşməni, böl iki ,

Bu düşmənlər səni elə bölüb ki ....

İnnən belə şeir vaxtı deyil ki

Bu şeiri yazan ölsün, ay vətən !

("Ay Vətən”)

Şairerməni işğalçılarının İmişlidənolan 9 çobanın Laçın yaylaqlarındaamansızlıla qətlə yetirilməsinə dözəbilmir. Bu məsum, günahsız insanların qəddarlıqla öldürülməsi onun qəlbini qana döndərir :

Doqquz çoban öldü dağlarımızda,

Yıxıldı torpağa əl ağacları.

Elə bil sıyrıldı ağacın üstən,

Körpə quzuları – tumurcuqları

Məgərbu insanların havasını udduğu, suyundaniçdiyi, üstündə doğulub boya – başa çatdıqlarıtorpaqlarımızda yaşamağa mənəvihaqları yoxdurmu ? Onları "əl ağacları” ilə birlikdə gülləbaran edən yağılarınbu mənfur əməllərinə necə bəraətqazandırmaq olar?

Bax budur, boşaldı çobanın əli,

Bax budur, yıxıldı, ağacı düşdü.

Elə bil dağların qəfil güllədən

Sürüşüb çiynindən yamacı düşdü .

"Haqqnazilər, üzülməz” – deyib babalarımız. Bir gün gələr biz də öz müqəddəstorpaqlarımızı azad edərik. Onda erməni cəlladları törətdikləri bu qanlı əməllərincəzasını çəkməli olacaqlar. Qisas heç vaxt qiyamətə qalmaz:

Yıxıldı torpağa əl ağacları,

Adamlar ağacı ağlayırdılar.

Elə bil Vətəni, torpağı, yurdu,

Dərəni, yamacı ağlayırdılar.

("Əl ağacları”)

Yox, qardaş, insan olan kəs bu müsibətədözə bilməz. Axı, onların evində yolunu gözləyən körpəuşaqlar var. Onlar bir elin, obanın güvənc yeridirlər. Bəs bu başsız ailələrinyetimlərinin taleyi necə olacaq? Nahaq qan heç vaxt yerdə qalmaz. Yetər bu qədərağlayıb-sızladıq.

"Gedin düşmənə deyin” şeirində isəşair bəşəriyyəti dərindən düşündürən daha geniş, qlobal məsələlərə toxunur.Yeni-yeni silahların "doğulması” insanlığın yer üzündən silinməsinə, onun məhvinəgətirib çıxarar:

Deyin, başlarından böyük silah düzəltməsinlər,

Raketləri maşınlara yükləyib meşədə gizlətməsinlər.

Quş yumurtalarına topların səsi qan çiləməsindeyin.

Yüz tankın kölgəsi dərin deyil

Bir quş qanadı qədər.

("Gedindüşmənə deyin”)

Şair erməni qəsbkarlarının bu mənfur əməllərinə biganə qala bilmir. O başverən bu hadisələri qələmə almaqla prinsipial mövqe tutur. Bəşəriyyəti ölüm təhlükəsiilə hədələyən bu haqsızlığa qarşı öz etiraz səsini ucaldır. Dünyanın bütün sülhsevər insanların nəzər-diqqətini buməsələyə yönəltməklə erməni xislətinin iç üzünü açıb göstərir. Eyni zamanda özməramını, estetik idealını, sənətkar mövqeyini bir daha sərgiləmiş olur.

Hər bir şairin yaradıcılığında təbiətgözəlliklərinin bədii təsvirinə rast gəlmək mümkündür. Təbiətin gözəllikləri ozaman daha təbii və mənalı olur ki, çayların qıjıltısı da, şimşəyin çaxması da,yağışların yağması da, qartalın zirvədə qıy vurması da, lalənin yamacda tonqalkimi yanması da, yarpaqların pıçıltısı da... insanın mənəvi dünyası ilə bağlıolsun. Q.Nəcəfzadənin şeirlərində də təbiətin ürək açan füsünkar gözəllikləriinsanı valeh edir.Şair qələmə aldığı hər hansı təbiət hadisəsini poetik bir dillə mənalandırmağıbacarır. O, insanın təbiətlə vəhdətdə təsvirini verməklə onu təbiətin bir parçasısayır. Buludlardan torpağa yağışdamlaları yox, sanki bənövşə ləçəkləri yağır. Elə buna görə də daşlara toxunan hər yağışdamlası bənövşə ləçəklərini xatırladır.

Saçımda, boynumda yağış qoxusu,

Üstümüz, başımız gül ləçəkləri.

Əlimi cibimə atdım; bənövşə,

Cibimə düşmüşdü damcının biri.

Asvaltın üstündəki çala su ilədoludur. Ancaq o sudan əl uzadıb birovuc götürən də yoxdur. Əgər o sudan götürsən o zaman "əlində çiçəklər başqaldıracaq”. Sən bu çiçəklərin əsrarəngiz sehrinə düşəcəksən. Hərgah osuya əl vurmasan o çiçəklər ayaqlaraltında qalıb məhv olacaq. O damcılardan saçlarına düşsə orada bənövşələr bitəcək.Gedib öz körpə balanı qucağına götürsən bu bənövşələr onun ruhuna keçəcək:

İpək saçlarında bənövşə bitir,

Gülümsünür sənə çiçək Allahı.

Yeri, qucağına balanı götür,

Keçəcək balana bənövşə ruhu!

("Həryağış damlası bir bənövşədir”)

Bənövşəhaqqında Aşıq Qurbanidən tutmuş, S.Vurğuna, M.Yaquba kimi onalrla şairlərimizşeirlər yazıb. Hər bir şair onu öz şeirlərində istədikləri kimi mənalandırıblar. Q.Nəcəfzadəinşair Xəqani Həbiboğluna ithaf etdiyi "Mənibir az gözlə” şeiri isə tamam başqa ovqat üstündə köklənmişdir:

Məni bir az gözlə Xəqani müəllim,

Bənövşəyə salam verib gəlirəm.

Bir gül də var səndən salam gətirib,

O salamı güldən dərib gəlirəm.

(" Məni bir az gözlə”)

Nə üçün şairlər bənövşəni bu qədər ürəkdənsevir, onu müqəddəsləşdirib vəsf edirlər?Mərhum tənqidçi-alim Qulu Xəlilov yazır ki, "Çünki Bənövşə daim öz anasının, Vətəntorpağının üzünə baxmaqdan yorulmur”

Şairin yaradıcılığında sevgi motivləridaha çox üstünlük təşkil edir. Onun şeirləri ilk baxışdan monoton təsiribağışlasa da, inikasın dərinliyi,həyat və həqiqət rəngləri onun şeirlərinəpolifonik ruh verir, bədii idrakın üfiqlərini genişləndirir:

Adına yazmışam isti bir şeir,

Bir az kəndimizdən qatmışam ona.

Gülüm, insanlardan işıq gətirdim

Şeirimin qaranlıq misralarına.

Bəzən lirik qəhrəman həsrət və vüsaldüşüncələri içərisində çırpınır. Onun, sevgi yolları enişli, yoxuşlu olsa belə,"ipə-sapa” yatmayan bu misralarda sevən bir qəlbin ürək döyüntüləri eşidilir,alova çevriləcək sevgi qığılcımları görünür:

Mənim ürəyimin sevgi yolları

Enişdi, yoxuşdu, dərədi, düzdü.

Misralar sən üçün darıxdığından,

İpə-sapa yatmır qafiyəsizdi.

Şairin şeirlərinin mayası həsrətdənyoğrulub. Bu dərdin, ağrının həsrəti gerçək həyat həqiqətlərilə bağlı olub,şair ömrünün acılı-şirinli günlərini özündə etiva edir:

Dünya sevgimizdən asılı imiş,

Dağlar da, göylər də, durna səsi də.

Getmisən, gör dünya necə dəyişdi,

Artıb müharibə təhlükəsi də.

("Qayıt”)

Dünya o vaxt bütövlüyünü saxlayır ki,insanlar öz sevgisinə sadiq qalsınlar. Bir-birindən ayrı düşməsinlər. Qəlbənbir-birinə bağlı olsunlar. Dünyamız onda daha əzəmətli, daha gözəl olar.

Qəşəmhəssas qəlbli bir şairdir. O şeirlərində hiss və duyğularını, arzu və düşüncələrinipoetik bir dillə mənalandırmanı bacarır. Bir gün şəhərdən kəndə qayıdan şair çəpərdənboylanaraq Qəşəmi çağırır. Ana öz oğlunu tanıya bilmir. O elə zənn edir ki,oğlunu səsləyən başqa birisidir. Ancaq sonradan oğlunu tanıyan ananın sevinciyerə-göyə sığmır:

Anamın saçları qaralır bu dəm,

Çiçəyi çatlayır qocalığının.

Səsimi o elə qucaqlayır ki,

Əyilir "beli” də ucalığının.

Anamın qolunda qalıbdır yuvam,

Gombul körpəliyim əlimi sıxdı.

Aman fikirləşir, neyləsin balam,

Şəhərdə olanın hamsı arıqdı.

( "Kəndəqayıdanda”)

Bu şeirdə şair anaya olansonsuz məhəbbətini dilə gətirməklə onu bir daha bizim gözümüzdə ucaldır.Buradafəlsəfi ümumiləşdirmə səviyyəsinə qalxan konkret, canlı, yaşanmış bir fərdilikvardır. Məhz bu keyfiyyət poetik və pafoslu, coşqun və təntənəli sözlər olmadanda bu şeiri yüksək bədii fəlsəfi səviyyəyə qaldırır. Poetik ideya oğulluğunbütünlüklə analığa olan məhəbbəti şəklində ümumiləşir.

Həqiqi şairlər kimi Qəşəm müəllimin dəşeirlərinin pridmeti şairin özüdür. Onun ən yaxşı şeirləri təsvirdən, tərənnümdənöncə özümü təhlildən başlayır:

Bütün günü qocalmağa tələsirəm,

İstəyirəm əllərim qocalıq puluna

təhvil verilənə kimi – Qocalmaq...

Günlərin bir günü , Qəşəm,

Qocalıq pulu gecikəndə

Qoyarsan kartını ayağının altına

Çıxarsan üstünə...

Başlayarsan ötən illərini ayaqlamağa...

( "Qocalıq”)

Budir, şair ömrünün ümidsizlikdəndoğan kədərli anları. Lakin o, pessisiziməqapılıb qalmır, düşdüyü bu çətin vəziyyətdən çıxış yolu arayıb axtarmağaçalışır. Şair sanki öz-özünə təsəlli verirmiş kimi "Gülümsə, Qəşəm, gülümsə” –deyir:

Qəşəm, xoşbəxtsən ki, səndə bir sirr var,

Ələnir başına yarpaqlar,quşlar, yağışlar...

Topu sənin ayağına vurur uşaqlar,

Gülümsə, Qəşəm ...

("Gülümsə, Qəşəm”)

Şair şeirin sonrakı bəndlərində müəyyənhəyat həqiqətlərilə əlaqədar olaraq, onu narahat edən, düşündürən fikirlərini şərhetmişdir.

Bədii dil və üslub baxımından Qəşəminşeirləri diqqətəlayiqdir. Onun poeziyasında obrazlı təfəkkür, həyat hadisələrinəfəal münasibət, aydınlıq və axıcılıq diqqəti cəlb edir.Şeirlərindəki səmimilikoxucunu ruhlandırır. Qələmə aldığı mövzunu çox vaxt bitkin bir dillə, poetikbir şəkildə oxucuya çatdıra bilir.

Bu gün qələm dostumuz Qəşəm müəllimin60 yaşı tamam olur. Bu gözəl gündə şairə mənalı ömür, can sağlığı və həyatdayeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

VəliyullaNovruz.