adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Mart 2019 16:07
12037
ƏDƏBİYYAT

Qəşəm Nəcəfzadə: Şeirimi yazdığım vərəq

Qəşəm Nəcəfzadə

Gülümsə, Qəşəm

Qəşəm, xöşbəxtsən ki, səndəbir sirr var,

Ələnir başına, yarpaqlar,quşlar, yağışlar...

Topu sənin ayağına vururuşaqlar,

Gülümsə, Qəşəm...

Gülümsəmək sirrin üstünüörtməkdi, məncə.

Qəşəm, deputatlar, nazirlər,başçılar zamanında

Adamlar, nərdivanla qalxandavə düşəndə

Qeybdən gələn səs sənədemişdi: – gülümsə,

Gülümsə, Qəşəm.

Bunu səndən gözləyən var,

Istəyən var, özü də lapyaxında.

Həbsxanada nəfəsliyin genişolmasına sevinən

bir yazıq var.

Ya da bir misra içində"ə" hərifini,

Çək üstünə gizlən, yat.

Ötüb keçsin vaxt...

Bir səsə ilişib qalxarsan, nəvaxtsa -

Kimsə səni oxuyanda.

Tanrı bəxtəvəri, çək "Ə”ləriüstünə...

Daha nə istəyirsən?

Sonsuz olduğumdan, Qəşəm

Səni oğlum kimi sevirəm

Balam kimi, arxanca yüyürürəm,Qəşəm,

Gülümsə, Qəşəm.

Qocalıq pulu

Maliyyə naziri, xahiş eləyirəm, nə olar,

Qocalıq pullarını bayramlardan sonraverməyin.

Məsələn,

Fevral ayının pulunu 8 martdan sonraya

saxlamayın.

Dekabrı yanvarın 20-nə qədər yubatmayın...

Onlar da sevə bilirlər,

Yeni ili hələ unutmayıblar,

8 martda gül almaq istəyirlər, gül haqqı !

Hələ ki, həyat yaşayır onlarınvərdişlərində,

Heç olmasa həyata hörmətiniz olsun.

Cənab nazir, sən görsən ki,

Bankomat kartlarının əlində qocalar necəəsirlər,

Bankomat kartlarının əllərindən necədüşürlər

qocalar?

Və görsən ki, onlar sənin beş-on manatlıq

kartlarını,

Əvvəl əl dəsmalına,

Sonra qəzetlərə,

Sonra salafanlara

Qırışmış əllərinə,

Sonra göz yaşlarına necə bükürlər?...

Həyatda

Ağlamaq adlı bir şeyin olduğunu xatırlarsan.


Səməninin belinə qırmızı lent bağla dedim

Səməninin belinə qırmızı lent bağla dedim,

Gedib kənddə bir dəniz taxıl əkərəm dedim,

Zəmini ayaqyalın sularam dedim,

Sünbüllərə təzə şeirimi söylərəm dedim.

Sümbülün kölgəsində yataram dedim,

Yağış yağsa, sümbülün altına girərəm dedim,

Səni necə sevdiyimi bir sümbülə deyərəmdedim,

Sümbül də sümbüllərə söyləyər dedim,

Səni görmək üçün yanına gəlmək istərlərdedim.

Kənddə bir dəyirman, bir təndir tikərəmdedim,

Taxılı dəyirmanda üyüdərəm dedim,

Təndirdə sənə çörək bişirərəm dedim,

Sənə bir təndir çörəyi gətirərəm dedim,

O çörəyi necə şirin yeyərsən dedim,

O sünbül çörəyin içindədir dedim.

Səməninin belinə qırmızı lent bağla dedim...


Qafiyə

Sahil bağının sağ tərəfində yeriyən oğlan,

Sol tərəfində eyni istiqamətə yeriyən qızla –

qafiyə.

Doğan Ayla

Üzünə yuxu tək qonan və dua istəyən təbəssümün

– qafiyə.

Yerinin içində bir çimdik istilik axtaran ayaqların ,

Sərbəst şeir olsa da ,

Mənim gecə saatlarında tez-tez maşının əyləcini

basan

Ayaqlarımla qafiyələnir, istilənir.

Payız sonları yağan soyuq yağışlar,

Mənim "oktyabr” şeirimin qafiyəsidir deyə gözəl

yağır.

Mən özüm bu saat sənin tənhalığının qafiyəsi kimi

şeirlər yazıram.

Harda bir boşluq görsən qaça-qaça gəl, gözəlim.

Bu balaca dünyada görsən ki, hər yan açıqdı,

və sən də üşüyürsən,

Adamlar səni narahat edirlər,

İncidirlər,

Küsdürürlər,

Onda məni qafiyə tək yaz həyatına.

Mənim qabarlı əllərim sənə aldığım paltarların

qafiyəsidir deyə

Gözəl yaraşır.

Əgər insan ölürsə, qafiyə ucundan ölür...


Şeirimi yazdığım vərəq

Vərəqlər qar kimi yağıb stoluma,

hər dəfə bir misra başlayanda ,

Əllərimin altından,

Xəfif bir külək əsir,

Meşənin xatirəsi...

Pəncərədən dolan külək,

Vərəqləri qaldırır başına.

Meşə göndərmişdi küləyi,

Xatirəsinin dalınca.

Istəyirəm şeir yazıb vərəqə,

Yapışdırım ağaca.

Pəncərədən dolan küləklə,

Vərəqdən qopan külək tutuşanda

Sümürür nə yazıramsa...

Vərəqdən bir səs sızıldayır:

Bizi siz öldürdünüz,

Hələ durub bizə

Şeir də yazırsınız...


Ayağı göbələkli atlar

Ayağı göbələkli atlar

Gəlib kəndimizin yanından keçdilər.

Çapdılar çapdılar

Göydə buludlar,

Yerdə göy atlar.

Atların nəfəsi ilə darandı

Ağ yovşanlar,

Göy otlar.

Uşaq vaxtı atamdan soruşmuşdum

Atların alnındakı ağ nədi?

Atam demişdi,

"Atlar otlayanda

Alnını qara batırıb

Mart qabağı.”

Ayağı göbələkli atlar

Alnını vurdu buludlara,

Yağış yağdı səhralara.

Ayağı göbələkli atlar

Getdilər,

Getdilər,

Gözdən itdilər.

Biz də onların yəhərini,

Yüyənini

Köhnə daxmaların bir kuncünə atdıq,

Unutduq.

Bir səhər ayağı göbələkli atlar,

Qayıtdılar.

Bizdən yəhərlərini istədilər,

Tapmadıq.


Əllərimi yuxarı qaldırdığım şəkillər

Qoy min il sonraya qalsın

Şəkillərdə yuxarı qalxan əllərimin hirsı.

Zəngulədi göyə atılan,

Eşidilməsə də səsi.

Hava boşluğunda əllərimin açdığı şırım,

Tunel kimi kimi getdi,

Getdi, getdi düz,

Qədim bir insan əliylə

Durdu üzbə-üz.

O da əllərini qaldırıbmış

Söz istəyəndə...

Quldarlıq ilində.

Əllərimi yuxarı qaldırdığım şəkilləriminbirini

Demişəm, başdaşıma vursunlar.

Üstümə düşən axşamın kölgəsini

Əllərim qaldırsınlar,

Adamlar məni axtarmağa gələndə...

Bir uşaq polisə bənzətmişdi məni ,

Qaçmışdı .

O zaman əllərimi qaldırdım yuxarı,

Bax, polis deyiləm,

Qaçma.

Oyuncaqlarını satırdı metronun qabağında.

Oyuncaqların yanında,

Mənim də əllərim yuxarı...

O uşağın mavi gözləri çəkdi şəklimi.

Əlləri yuxarı olan şəkillərimə baxıb xoşbəxt

oluram.

Bu o zaman idi ki,

Silahımı atıb yerə var səsimlə bağırdım:

Hamınız əllərinizi qaldırın,

Atın silahlarınızı yerə.

Qalxdı yuxarı,

Əllərim hönkürə-hönkürə.

Onda bir ərik ağacının sarı çiçəyi

Çəkdi şəklimi,

Əllər yuxarı...


Məni bir az gözlə

Sevdiyimşair Xəqani Həbiboğluna

Məni bir az gözlə, Xəqani müəllim,

Bənövşəyə salam verib, gəlirəm.

Bir gül də var, səndən salam gətirib,

O salamı güldən dərib, gəlirəm.

Hara getdim, qabağıma sirr çıxdı,

Bir sirr açdım, milyon dənə hürr çıxdı.

Bir sevdam var yatır, üstü açıqdı,

Ürəyimi üstə sərib, gəlirəm.

Vəfasızı vəfalıdan çox sevdim,

Gəlsin mənə, dəysin mənə ox, sevdim.

Mən yox oldum, dəli oldum, "yox” sevdim,

Tanımazsan, qərib – qərib gəlirəm.

Mən səni bu qədər uzaq bilməzdim,

Uzaq yolu yaxın bilib gülməzdim.

Bu gecə yarısı durub gəlməzdim,

Ürəyimə şeir gəlib, gəlirəm.


Bu sirr uçurmuşam kəpənəklərə

Bir sirr uçurmuşam kəpənəklərə,

Yaz ağzı uçanda soruşarsınız.

Nə olsun, keçən il bar verməyiblər,

Bu il arılarla barışarsınız.

O dağın dikində iri qaya var,

Baxın koğuşunda neçə yuva var.

Qayanın dalında qərib oba var,

Gedib obalarla danışarsınız.

Ayrı düşə-düşə yaralandınız,

Ələ gəlmədiniz, uralandınız.

Atadan, anadan aralandınız,

Torpaqda qaynayıb-qarışarsınız.

Məni öldürdülər, siz dinmədiniz.

Gözüm sizi gəzdi, görünmədiniz.

Bir dəfə şeirimi bəyənmədiniz,

Bu şeiri də oxuyub ağlaşarsınız.

Şəkil

Adam yaxınlarda yox,

Uzaqlarda şəkil çəkdirər.

Məsələn, əsgərlikdə.

Ya da 1-ci ildə...

Ya yıxılan halda,

Ya qaçan vaxtı,

Ya da gülən vəziyyətdə şəkil...

Elə bir şəkil ki, min il oxunub qurtarabilməsin.

Partiya biletlərinin şəkilləri sahiblərinəbənzəmirlər

Çünki onlar həyatlarında yalnız bircə dəfə

o cür dayanırlar

Heç uşaqlar da tanımaz atalarını.

Partiya sədrlərinə bir təklifim var...

Atalar övladları ilə,

Oğlanlar sevdikləri ilə,

Babalar nəvələri ilə

Şəkil çəkdirib

Vursunlar biletin birinci səhifəsinə.

Çıxıb getmək istəyirəm

Şəkil çəkdirdiyim yerə,

Şəkil çəkdirdiyim aya,

Şəkil çəkdirdiyim ilə.

Onsuz da çəkdirdiyimiz bütün şəkillər

bir azdan uzaq olacaq

Elə bir uzaq ki, ora hələ gedib çatabilməmişik!

Qanı qalıb ləpir kimi

Düşmənlərə deyin,

Quş yumurtalarına topların səsi qançiləməsin,

Yüz tankın kölgəsi dərin deyil ,

Bir quş qanadı qədər.

Gedin deyin, qayıtsınlar evlərinə körpələriağlar

qalıb,

Qadınları hamilədir, vaxtı çatıb bu gün- sabahdoğa

bilər.

Gedin deyin, mən onların xatirinə məğluboldum.

Əllərimi qaldırıram körpələrin önündə mən,

Əyilirəm onların qorxu öpən gözlərinə.

Müharibəni, qələbəni endirirəm,

İməkləyən bir körpənin dizlərinə.

Gedin deyin, məğlub oldum, silahımı

tulladım mən,

Səngərimdən düşürəm,

Mumlayıram nitqimi …

Mən igid deyiləm, qorxağam,

Mən kişi deyiləm, insanam.

Mən güclü deyiləm, zəifəm,

Mən həqiqət deyiləm, səhvəm…

Ya da, ya da vurun məni

Qoy qanım calansın yerə…

Min il sonra söyləsinlər:

"Bir vaxt burdan insan keçib”

Qanı qalıb ləpir kimi.


Qocalıram

Qocalmağa tələsirəm,

Qalsın arxada

Beynimə sızan həqiqətsiz gözləntilərim.

Bilim ki, o şey ki, mənə qismət olmalıydı,

Olmadı, hamısı qaldı o tərəfdə,

Bir az dincəlim.

Atları uşaqlar minib getsinlər daha,

Gücüm ona çatar ki, baxışlarım

Atları qamçılasın.

Bilsəniz, əllərim çəliyə qonmağa necətələsir,

Uçurlar çəliyin başında yuva qurmağa.

Çəlik ağac olduğu vaxtlar,

Başına quşlar qonardı,

Indi də yorğun quş qanadlarına bənzəyənəllər.

Əllərin siniri ölsə də,

Ağaclar Xorasima qışında çəliyə dönsə də,

Yaddaşları həmişə keçmişi xatırlayır,

Yaşamaq üçün bəs edər

Ala – toran xatirələr...

Bütün günü qocalmağa tələsirəm,

Işləyən əllərimi qocalıq puluna təhvilverilənə

kimi –

Qocalmaq.

Gözlərim eynək gətirsin,

Saqqalım qar,

Əllərim çəlik...

Yaşım qocaıq pulu...

Deyirlər qocalıq pulu da nəvə kimidir,

Əlindən tutmağa,

Səni ora –bura dartmağa,

Aldatmağa.

Günlərin bir günü, Qəşəm

Qocalıq pulun gecikəndə

Sən də beş – on manatlıq kartının əlindənasılanda

Qoyasan kartını ayağının altına

Çıxasan üstünə ...

Başlayasan ötən illərini ayaqlamağa,

Başlayasan gəncliyinə söyməyə.

Başlayasan ürəyindən

Olan – qalan sevgini çıxartmağa

Baxmayasan,

ayağının altında ağlayan uşağa...


Son

Mövlanə Cəlaləddin Rumiyə

Heç bahar gəlməzmiş səngirən bağa,

Yolu sağa-sola getdim,qurtardım.

Yaşıl yarpaq qoydum sevdayarama,

Yaram dedi: Sərinlədim,qurtardım.

Əli yalın qaldım əlimə bax,bax,

Yazı qabarını əlimə qoş,qoş.

Sevda əkdim oğul-uşaqgörmədim,

Elə qaldım, bax evi boş,əli boş.

Girdim ruhum içinə,

Misraları qapı kimi çəkib,

Örtdüm üstümə.

Baş çıxartdım hərfləriniçindən,

Dedim, deyin Qəşəm bitdi,qurtardı.

Baş söykədim "a” lara, "ə”lərə,

Haqqa vardım, məna dərdim,qurtardım.

Gizlinlərdən nişan aldımyerimi,

Gizli sözdüm, mən soruldum,qurtardım.


Məhkəmələrsoyuda bilmir ayrılıqları


Sevgilərazalır yaman,

Ayrılıqlar çoxalır ölkədə.

Sevgilərin çoxu gedir Avropaya

Azı qalır ölkədə.


Məhkəmələr soyuda bilmir ayrılıqları,

Uşaqları bölə bilmir valideynlər,

Köçür Avropaya

Laylalar və nəğmələr.


Qızlar oğlanların qara telindən ayrılıb gedir,

Oğlanlar qızların çiçəkəllərindən.

Əl daşınır,

Tel daşınır ölkədən.

Neft kimi

Azalır sevgilər.


Baxın pəncərələrdən tökülən qaranlıqlara,

Nə qədər evlər sükutla dolu.

Tək –tük pəncərədən çırpınanişıqlar,

evdəki adamları sayır,

Yenə biri yoxdur deyə,

Pəncərədən atılır küçəyə.


Səhərlərin bir səhəri

Səhərlərin birsəhəri
Allah göydən uzadıb əlini,
Bir sığal çəkəcək yerin başına.

Sərhədlər uçacaq,
Quşlar enəcək,
Uzun, dopdolu raketlər
Bir an torpağa dönəcək.

Allah çəkdikcəəlini
Bayraqlar yarpaq olacaq.
Allahın yerdən tapdığı,
Bir körpə uşaq olacaq.

Ulu Tanrım çəkdikcəəlini
Bizi torpaqla bir eləyəcək.
Kasıbı varlıyla tən,
Cəlladı dustaqla bir eləyəcək.

Ulu Tanrınınəlinə
Raket dolacaq, dolacaq.
Göyə qalxan imarətlər
Körpə boyunca olacaq.

Tanrım körpənialıb əlinə,
Hər şeyi onun səsində quracaq.
Saatımız körpə ilə işləyəcək.
Qəlbimiz onunla vuracaq.

Səhərlərin birsəhəri
Bizə yaman dərs olacaq.
Millət insana dönəcək,
Bütün dillər səs olacaq.


Bu sirri bilincə...

Bu sirr açılandaaxşam üstüydü,
Novruz bayramıydı, hər yan tüstüydü.
Dağın ayağıydı, yalın üstüydü,
Hönkürdüm gizlicə, salamat qalın.

Allah nəveribsə, odur var olan,
Nə padşaha inan, nə ada allan,
İmkanla arzunu, hər cürə yolnan
Oynadım heç- heçə, salamat qalın.

Ayın işığınasoruldum getdim,
Göyün yağışına buruldum getdim.
Namazın vaxtına quruldum getdim,
Hər səhər, hər gecə, salamat qalın.

Bir ayə oxundu,mən cana gəldim
Vüsalla ayrıldım, hicranla gəldim.
Qəbrimin içində qalxdım, dikəldim,
Bu sirri bilincə, salamat qalın.


Ipdən asılmış kimi

Insankəmliyi var,

Məndə,səndə, hamıda.

Vətənsağdı, sərhəd sağdı şeirdə,

Insanölür həm əruzda, hecada...

"Ə”hərfi ağızdan qopan qardaş səsidi,

Ammaelə bilirlər, əl çalırlar içlasda...

Açılmışbir ələ 20 qəpik yazdım,

Azərbaycanağlayırdı bir balaca ovucda.

Sudolmuşdu dəlik- deşik potusuna,

Səssınmışdı ağzında,

Yumruqyeri qıvrılmışdı alnında

Canyoxuydu sözündə.

Anasınınsəsi donub

Səksəkəliadında.

...Sevməkyeri zəbt olunub

Məndə,səndə, qadında.

Haəyildim, o uşağın tikan öpən ayağına,

Əslaboyum çatmadı elə qaldı yarıda.

Başımgöydə yellənirdi ipdən asılmış kimi,

Birudum havam qaldı öpmədiyim ayaqda.

Alışqan

Aramızabir siqaret girdi, siqaretin ucunda bir kişi,

Birkişinin ucunda bu axşam.

Nətərsən?

Qovdumsiqaretin ucundakı tüstüləri,

Amma yenə yaddan çıxdı

səndəqaldı alışqan.

Siqaretçəkməyimi istəyirdin,

Nəyisəsənə xatırladırdı bu.

Qızlarsevdiklərindən alışqan yadıgar saxlayır,

Siqaretdənöyrəndim bunu.

Nətərsən?

Ağacbitdi aramızda,

Aramızdanyol çəkildi.

Məniyandıran budu ki,

Gözyığıldı göz çəkildi,

saatlardan

Nəvecimə saat necədi?

Nətərsən?

Buşeir də girdi aramıza,

Qaldıno üzdə, yüyür.

Yağışyağdı, siqaret nəmdi

Fikireləmə, adını çəkərəm,

Qurudaradındakı hənir.


Yadındadı ?

Yadındadı,

Səninbir balaca stolun vardı,

Üstündəkitablar,

Kitabınüstə vərəqlər,

Vərəqlərinüstə şeir,

Şeiriniçində vətən.

Yadındadı,

Səninbir balaca stolun vardı,

Üstündəçiçək kimi

Əsəbi,titrək əllərin.

Əlininyanında

Birstəkan soyumuş çayın.

Çayısoyudan fikirlər

Gözününucundan

Sallanmışdı

Stəkana...

Turşlimon kimi

Misralananalnın kimi

Yadındadı,

Səninbir azca maaşın vardı,

Maaşındaqızına don,

Evəət,

Dava–dərman

Yolpulun

Biraz şəkər,

Bir az qənd

Vardı,yadındadı?

Yadındadı,

Səninbir balaca addımın vardı

Içindələyaqət,

Cəsarət,

Ikinciniatanda

Divaradəydi alnın

Dedilərbəsdi

Buraqədər...

Yadındadı,

Stolununüstə açarlar vardı

Açarlarınağzında qapılar,

Qapılarınağzında

Səniunutmağa gələn

Adamlar.


Oğlum KəramətBöyükçölə

Kəramət, səni çağırsam
Səsimin titrəyişi tanış gəlsə
Tanış bir adama oxşasam
Səni güldürmək üçün
Durub it kimi ulasam
Pişik kimi miyoldasam
Kəramət.

Ayaqqabımı sənə versəm geyməyə
Köynəklərimi sənin üçün daraltsam
Kompüterimi sənə bağışlasam
Bir gün çarpayımda yatsan
Xəstə ürəyimin döyüntülərini
Bir – bir çarpayıdan yığsan
Kəramət.

Səninlə gizlənpaç oynasam
Qaçıb bir qara daşın altına girsəm
Sən məni gəzsən, çağırsan,
Qaçıb, qaçıb göz yaşlarından öpsəm
Üzr istəsəm
Kəramət.

Əllərimi sənə açsam
Səndən bir xatirə dilənsəm
Atanın bir şəklini səndən istəsəm
Sən də o şəkli tapa bilməsən
Kəramət.

Uşaqlıq şəkillərini yığıb sənə versəm
Uşaq kimi iməkləsəm
Körpə kimi qığıldasam
Kəramət.

indi bütün qığıltılarını səsləndirsəm
Əmziyini, süd şüşəni sənə versəm
Dizlərimi çopur daşlar sıyırsa
Əllərimi isti çayla yandırsam
Mən sənin oğlun olsam
Sən mənim atam olsan
Kəramət.

Bir də görürsən...

Elə inciyirsən,elə küsürsən,
Yumub gözlərini elə qaçırsan...
Yaya təpik vuran iti ox kimi-
Yerə təpik vurub hər gün, hər saat,
Sancılıb havaya şırım açırsan.
Uçursan , uçursan, bir də görürsən,
Allah da qalıbdı səndən geridə.

Saatından qopandəqiqə kimi,
Başından yıxılan dəbilqə kimi,
Belə millət kimi, qəbilə kimi,
Ayağın tutduqçan elə qaçırsan,
Əlini soxursan göyün gözünə,
Gözün özündən də bir göz açırsan,
Dönürsən arxaya, dönüb görürsən,
Vətən də qalıbdı səndən geridə.

Bilmirsən,görmürsən səni qovanı,
Başı sığallayıb içi ovanı.
Aşırsan dağıları elə gedirsən,
Soldurub bağları belə gedirsən,
Qəfil oyanırsan, qəfil bilirsən,
Sevgi də qalıbdı səndən geridə.

Atanı, qağanıqoyub gedirsən,
Bəyini, ağanı qoyub gedirsən.
Qolundan əlini atıb gedirsən,
Ayaqdan yolunu atıb gedirsən,
Birdən ayılırsan ömrün birində
Baş – ayaq durmursan göyün üzündə
Allah yerdə qalıb sən isə göydə,
Allah göydə qalıb sən isə yerdə...