adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Dekabr 2018 14:53
37729
ƏDƏBİYYAT

Qəribədir deyilmi …

İnsanınvərdişləri, əşyaları, uğurları, uğursuzluqları onun haqqında nə deyir?Fobiyaları, qəribəlikləri və sadəcə həyatının ayrıntıları nə deyir? Hərşey deməyək ... Gizlətdiyi ağrılar, zəifliklər var. Amma çox sözlər deyir... İnsan bir planetdir – cəzb etdiyivə itələyib kənaraatdığı nəsnələrlə. Bir də Günəş kimi insanlar var. İnsanları cəzbedir və hərarətiylə onları isidir.

Günəşkimi dedim - yaxınagetsən yandıracaq. Onları yazdıqlarıyla tanımaq yaxşıdı. İstedadcin kimidi, içinə girdisə sən onun quluolursan. Yalnız özünün deyil, isitdiyininsanların hisslərini də ifadə edirsən. Ürək çırpıntıların qarşında dayanan divarlarıyıxacaq qədər güclü olur. Və budivarlar yıxılanda xərabərin altından qalxıb boğazından yapışır – mənisözə çevir, kağıza köçür deyir...Zamanın əksinə sürükləyir. İllərdi oxucuzaman maşınında irəli-geri hərəkətdəolan bu imzanı tanıyır. KamalAbdulla ... İctimai həyatın qaynar nöqtələrində, ədəbi prosesin aysberqlərində,tələbə sevgisində, ilklərə atdığı imzalarda.

İmza təkcə üslubdeyil - həm də mövzudu, həm də ideyadı, ovqatdı, həyat materialıdı, yoldu...Sakit, həzin, fağır əhvalnan ədəbiyyat yaratmaq olmur. Tarıma çəkilənəsəblərdi, qanayan barmaqlardıədəbiyyat. Başqa adamlara baxan yazanda əziyyət çəkən insandı yazıçı.Yazdıqlarından zövq ala bilən insandı.Oxucunu hadisələrin içinə atıb da – rəngləri, səsləri, dadı-tamıbütün duyğu üzvləriilə hiss etdirəndi... Yaddaşı danışdırandı...

Və bildiklərini yazıb gizlətməyibacarandı... Sirri çox olan. Mənə görə Kamal Abdulla könül evininpəncərəsinə yağan yağışı da, saçan Günəşi də göstərib gizlədir. Gəl baş çıxarbu kataklizmdən. Ona görə də Kamalın oxucusu hazırlıqlı və zəkiolmalıdı. O, tarixi, mistisizmi və intellekti bir müstəvidə birləşdirə bilən, bu müstəvidən yola çıxmağıbacaran tək-tək yazıçılardandı. Və hiss dolu biri...

Deyəsən ad günü yazısıalınmadı. Qəribədir, deyilmi? Günəşsaçaq göndərsin o biri pəncərəmə... Qışvaxtıdı...


İradə TUNCAY

[email protected]