adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Mart 2023 09:42
278
DÜNYA

"Qərbin Ukraynaya verdiyi silahlar Rusiyaya təhlükə yaradır" -Putin

Qərbin Ukraynaya verdiyi silahlar Rusiya üçün təhlükə yaradır.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rossiya1" kanalına müsahibəsində bildirib.

Rusiya prezidenti qeyd edib ki, Ukraynaya döyüş sursatının verilməsi sadəcə olaraq münaqişəni uzatmaq cəhdidir. "Ukrayna gündə 5 minə yaxın mərmi istifadə edir. Bununla belə, ABŞ-da hər ay cəmi 14-15 min mərmi istehsal olunur. Öz növbəsində, Rusiyanın müdafiə sənayesi çox sürətlə inkişaf edir. Bizim müdafiə sənayemiz Ukraynaya göndəriləndən üç dəfə çox sursat istehsal edəcək. Qərb Ukraynaya 420 və ya 440 tank göndərməyi planlaşdırır, eynən döyüş sursatı olduğu kimi. Bu müddət ərzində biz yenilərini istehsal edəcəyik və mövcud olan 1600-dən çox tankı modernləşdirəcəyik. Rusiya ordusunun tanklarının ümumi sayı Ukrayna Silahlı Qüvvələrinin tanklarının sayından üç dəfə çox olacaq".