adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Iyun 2020 10:35
143209
LAYİHƏ

Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti

(əvvəli ötən saylarımızda)

3 iyul 1994-cü ildə erməni əsirliyindəolan Azər Aslanov adında "Sadval"çı bir ləzgini Bakıda metroda təxribattörətməyə təhrik edən Zori Balayan 13 adamın ölümünə, 42 adamın yaralanmasına səbəboldu. Zori Balayana qarşı cinayət işiaçıldı və axtarış üçün İnterpola verildi.O, 2005-ci ildə İnterpol tərəfindən 26 may 2005 -ci ildə İtaliyanınBrindzi şəhərində həbs edildi və 5 saatdansonra sərbəst buraxıldı. AzərbaycanRespublikasının Baş Prokurorlugunun Zori Balayanın axtarışı ilə bağlı RusiyaFederasiyasına etdiyi rəsmi müraciətlər nəinki nəzərə alınmadı, hətta, 20 aprel2010-cu ildə Rusiya Federasiyası ərazisindəbelə bir insanlıq düşməninin axtarışına xitam verildi.

Avropada peçeneqlərin vəqıpçaqların, Amerikada isə hinduların (ünsiyyət zamanı da bir çox hindutayfalarının mənşəcə türk olduğu bilinir-V. As) kökünü qazıyan xristian dünyası indi"tükofobi", "islamofobi" şüarı altında Qafqazın,Sibirin türk və qeyri-xristianxalqlarının axırına çıxmaq yolunututmuşdur. Onlar məhz bu nöqtədə birləşibtürkü bir etnos kimi Qafqaz coğrafiyasından silməyə xidmət edən elmi-tədqiqatişlərini dəstəkləyir, "QafqazAlbaniyası" istilahını siyasi məqsədləriüçün işlədir, tarixin qırxıncı otağının qapısındakı sehirli qıfılı açmaq üçünerməni açarından istifadə edirlər. Erməni açarı isə bu qıfıla düşmür. Onlar deyirlər ki, 26 alban tayfasından heçbiri türk olmamışdır, lakin ağızlarının içindəki dil, həyat və düşüncə tərzləri,məişət və mətbəx oxşarlıqları isə bunun əksini deyir.

Bir qayda olaraq bir çox qərəzlierməni, rus və Avropa mənbələrini əldə bayraq edən bu adamlar

Ə.Dəmirçizadənin "50söz" (Bakı, "Gənclik", 1968) kitabçası ilə tanış olsaydılar,"Alban-ağvan" sözlərininetimoloji açılışında (Bax. Orada: səh.19-29) özlərini o boyda dolaşıqlığa salmazdılar. Əgəronlar İqrar Əliyevin "Dağlıq Qarabağ: tarix, faktlar, hadisələr" (İqrarAliev. Naqornıy Karabax: istoriya, faktı, sobıtiya. Baku, "Elm",1989) broşürünə (Bax. Orada: str. 27), Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə"(Bakı, Azərnəşr, 1989) monoqrafiyasınagöz gəzdirsəydilər (Bax. Orada: səh. 94-100), erməni kilsəsinin səyi nəticəsindəbir çox alban etnoslarının VIII əsrdən etibarən etnik mənsubiyyətlərini itirə-itirəqriqoryanlaşıb erməniləşməsi prosesindən xəbərdar olardılar. Bunlar da onlarırazı salmadığı halda, Süleyman Əliyarlının"Tariximiz açıqlanmamış mövzuları ilə" (Bakı, "Mütərcim",2012) məqalələr toplusuna müraciət etmişolsaydılar, onda müfəssəl tarixiizahlarla yanaşı "Qazax, qırğız və türkmən xalqlarının keçmiş tərkibində"alban" adını daşıyan konkret türkdilli soy olmuşdur" cümləsinə(Bax. Orada: səh. 376-378, 390-391, 395-402) rast gələr, daha sonra"Alban" sözünü orta əsrlərdə əvəz etmiş"Aran" sözü də türkmənşəlidir" (Yenə bax. Orada:səh.398-399)aksiomu qarşısında qalardılar. Onlar təvazökarlıq edib, 1702-1722- ciillərdə Qanzasarda alban patriarx taxtında oturan Yesai Həsən Cəlalyanın"Alban ölkəsinin qısa tarixi"(Bakı, "İşıq", 1992)xronikasını, Mirəli Seyidovun "Azərbaycan mifik təfəkkürününqaynaqları" (Bakı, "Yazıçı", 1983) və "Azərbaycan xalqınınsoykökünü düşünərkən" (Bakı, "Yazıçı", 1989)monoqrafiyalarını, Abdurrahman Örsün"Anadoluda Haçın-Çay ermenileri: kökenleri, faaliyetleri. Saimbeyli(haçın) çevre tarihine giriş" (1.baskı. Adana, temmuz 2006)monoqrafiyasını, Vaqif Aslanın "Şəkinintarixi yer adları və onların sözaçımı", "Kiş kəndi", "Azərbaycan-Norveçmifik düşüncə tərzi: müqayisə və paralellər" (Bax. Vaqif Aslan. Seçilmiş əsərləri4 cilddə. 4-cü cild.Bakı, © "Təhsil" TPM, 2010. Səh.11-17, 17-51,495-536) adlı məqalələrini oxusaydılar, daha düzgün mövge tutmaq imkanı əldə edərdilər.

Onlar xristiantəəssübkeşliyietməsəydilər və oxuduqlarını yaxşı oxusaydılar, alban kilsəsini erməniQriqoryan kilsəsinin təsirindən qurtarmaq üçün diofizitliyi qəbul etdiyini elanedən alban katolikosu Nerses Bakuru (Nərçə Bəkiri-V.As. O, 689-705-cı illərdə alban katalikosuolmuşdır) və alban hökmdarı Cavanşirin (təv. 616. hökm. 642-681) qardaşı VarazTridatın (681-705) arvadı çariçəSparamanı erməni katolikosu I İlyanın(703-717) yazdığı məktublar əsasında 705-ci ildə xəlifə əmirəlmöminin II Yezid Əbdülməliyin əmri ilə Bərdədə zəncirlətdirilib Bağdada gətirildiyivə Nerses Bakurun kilsə kitabxanasının Bərdəkür yaxınlığında yandırılıb Tərtərçayına atdırildığı (Bax. Moisey Kalankatuklu. Albaniya tarixi. Akademik ZiyaBünyadovun tərcüməsində. Bakı, "Elm", 1993. Səh. 177) faktı ilə qarşılaşardılar. Alban kilsəsininerməni kilsəsinə tabe etdirilməsi digər alban tayfaları kimi xristian türklərin,xüsusi ilə qıpçaqların Qarabağ coğrafiyasında qriqoryanlaşmasına zəminyaratmışdır.

Məhz bu məqamda Oğuz türkü iləQıpçaq türkü genetik birlik və dini ayrılıq zəminində münaqişələrə cəlbedilmişdir. Qriqoryanlaşmış qıpçaq türkü nə qədər xristianlaşsa da, yaddaşınıngenetik kodları qismən də olsa, qorunub saxlanmışdır. Texniki vasitələrin"Qara qutu"su kimi insanın da "Qara qutu"sunu açıb oxumaqmümkün olsaydı, onda bir çox məsələlər su içmək qədər asan olardı.

Qriqoryanlaşmış qıpçaqların Azərbaycandilini asanlıqla qavramaları da, bu dildə danışmağa meylli olmaları da,rastlaşanda "hayes, türkes" sualını vermələri də genetikdir. Onlarverdikləri suala "türkes" cavabını alandan sonra özlərinin də"türkes" olduqlarını etiraf edəbilmədiklərinə görə, sanki, hər şeyəqarşı üsyan edirlər.

Əgər bu belə deyildirsə, onda nəyəgörə dili ayrı, dini ayrı bir millət yad millətin mahnılarını oxumaqdan, çalğıalətlərində çalmaqdan, çalınan havalarına süzməkdən, süfrəsinə qoyulan yeməkləri və şəxs adlarını mənimsəməkdən özünü saxlaya bilməməlidir? Necə ola bilərki, erməni xristian mətbəxinə türk-müsəlman xörəkləri milli xörəklər kimi daxilolur? Axı, dünya xristian mətbəxinın zənginliyi, xristian şəxs adlarınınçoxluğu şəraitində buna nə ehtiyac vardır? Ona görə ki, onlar elə bu məqamlardaözlərini tapırlar. Bunu ancaqqriqoryanlaşmış qıpçaq türkü edə bilər. Edir də.

Eşitdiyimə görə, ABŞ-da küçəninbir tərəfində bir qrup erməni (əslində Qıpçaq türkü-V.As.)"Sarı gəlin"mahnısını oxuyurmuş. Bunu görən bir qrup azərbaycan türkü də (əslində Oğuztürkü-V.As.) küçənin digər tərəfində dayanıb "Sarı gəlin" oxumağabaşlayır. Sonra da "Sarı gəlin" üstündə Oğuz-Qıpçaq mübahisəsi düşür.Oriqoryanlaşmış qıpçaqların bir qismi müsəlmanlaşmış oğuzlar ilə ortaq mətbəx, ortaq ad, ortaq yurddavaları da (Dilimizdəki "adbatırıb yurd itirən" ifadəsinə diqqət edin!-V.As.) genetikdir. Onlar, sadəcəolaraq, dini ayrılıq nəticəsində özləri özlərinə qənim kəsilənlərdir. Axı, eynibir qövmün özünə qarşı yadlaşması və özgələşməsi soykökə vurulan ən dəhşətli zərbədir.Qarabağı "Ərsak-Arsak" və ya"Qarabağ-Qarakəndir-Qaraçatı - Qarasicim - Qaraip - Qarasap" kimietimoloji təhlilə cəlb etsən də-etməsən də, onu türkcə izah etməyə məcbursan.

Bəs xristian dünyasını türkəqarşı düşmən ruhda kökləyən nədir? Axı, nəyə görə Misirin Sina dağında MüqəddəsKatarina məbədindən tapılan palimsestdəki bircə sözü - "marakesunukh- bəlalarıgörmək" sözünü oxuya bilmək (Bax. Tur Heyerdal. VII kitab. Səh. 167), "YS - KS" abreviaturasını"Yesus Kristos" kimi şərh etməyi bacarmaq (Bax. Tur Heyerdal. VIIkitab. Səh. 173) elmi nailiyyət sayılmalı, Mingəçevirdə tapılan və I-IVəsrlərə aid edilən gil şamdan üzərindəki yazını necə var eləcə - "B/enqyu/Tanrı /İ/osei /K/risti /Ö/zyun bizi sayaqı yüzkılasan.

(ardı növbəti sayımızda)

Vaqif Aslan

AYB Şəki bölməsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.