adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyun 2020 16:34
103582
LAYİHƏ

Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti

(əvvəli ötən saylarımızda)

Bu hələ harasıdır? TurHeyerdalın VII kitabının 155-ci səhifəsində aşağıdan yuxarıya 11-ci sətrində"e.ə.3-4 minilliklərdə" (Yəqin ki,e.ə. 4-cü - 3-cü minillikləri nəzərdə tuturlar -V.As.) sözləri yazılmışvə bu heç kimin vecinə olmamışdır. Sən demə, bu insanlar Kiş kəndinin harada vənecə bir coğrafiyada yerləşdiyini də bilmirlərmiş, sadəcə olaraq, orada qazıntıilə məşğul imişlər. Əgər belə olmasaydı, "kiçik olan bu kənd ... Kiş çayının iki qolu arasındakı kiçik yüksəklikdəyerləşir" (Bax. Tur Heyerdal. VII kitab.Səh.149.Yuxarıdan aşağıya 9-11-sətirlər) cümləsi orada özünə yer tapabilməzdi. Ona görə ki, kənar yerlərə və ölkələrə köçüb gedənləri nəzərəalmasaq, Kiş kəndinin rəsmi olaraq 7250 nəfər əhalisi vardır. Ona "kiçik kənd"demək olmaz. Ona "kiçik yüksəklikdə yerləşir" də demək olmaz. Yenə dəona görə ki, Kiş çayı kəndin şərqindən axıb gedir.Kəndin qərbindən axan Qurcana çayı isə əlahiddə birçaydır və elə bu çay kəndi iki hissəyə bölür və kəndin cənubunda Kiş çayınaqovuşur.

"Ən xoş xatirələrininGürcüstanla bağlı olduğunu, orada olarkən vikinqlər kimi inək buynuzlarındagürcü şərabı içdiyini (Bax. Tur Heyerdal. VIII kitab. Səh.222), Azərbaycanda isəKiş məbəd-kilsəsini bu günə qədər qoruyub saxlayan yerli camaatın arxeolojiqazıntılar zamanı qəti şəkildə içəriyə buraxılmadığı bir şəraitdə qəfildən ortaya çıxan gürcü keşişinin ayinyerinə yetirmək üçün içəri buraxıldığını və onun səsindəki qədimliyə heyranqaldığını (Bax. Tur Heyerdal. VII kitab.Səh. 151, 153) etiraf edən TurHeyerdalın qeyri-səmimiliyi özünü göstərir. Bu qeyri-səmimilik sözügedənkitablara daxil edilən şəkillərdə daha da çarpıcıdır.

Budur, Bakıda- Şəhidlərxiyabanında gəzişən Tur Heyerdal və onun üçüncü həyat yoldaşı Jaklin Beerinbu şəkli (Bax.Tur Heyerdalın VIIkitab. Səh 28) nə üçünsə qarşıdan deyil, arxadan çəkilmişdir. Odinin vətəniQara dənizdən şərqdə, Avropa ilə Asiya arasında sərhəd olan dağ silsiləsinin cənubunda, türklərin torpaqlarına qədəruzanan ərazi olmuşdur" (Bax. Tur Heyerdal. VII kitab. Səh. 67) iddiasınadüşüb türkləri Qafqazın əzəli və əbədixalqları sırasından çıxarmağa cəhd edən 86 yaşlı Tur Heyerdalın Kiş kəndində olarkən yerli türk- müsəlman əhali ilə bir dəfə də olsun görüşməməsini vəonları dinləməməsini izah etmək üçün əlavə şərhə ehtiyac yoxdur. Aydın bir məsələdirki, Kiş kəndinin türk-müsəlman əhalisi nəsildən-nəslə ötürülən yaddaş əsasında Kiş məbəd-kilsəsini əcdadlarından qalma yadigarkimi qoruyub saxlamışlar.

Tur Heyerdalın dillərin genetik yaxınlığı ilə bağlı fikirlərindədə kölgələr sayrışmaqdadır. "Linqvistlərin dillər arasındakı genetikyaxınlığı müəyyən etmək üçün istifadə etdiyi üsullardan biri müəyyən qrup sözlərinmüqayisə edilməsidir. Məsələn, qohumluq bildirən sözlər, bədən hissələri,qalaktika və təbiət hadisələri ilə bağlı olan terminlər" (Bax. TurHeyerdal. VII kitab. Səh. 179) doktrinasını irəli sürən Tur Heyerdal udi dilindəişlənən "ata- baba", "əmik-əmi","tayı-dayı", "adaş", "adak-ayaq", "dəllək","avçi", "çöpçi", "şadara", "axı","el", "il", "bilici", "qonaq" və bu qəbildən olan onlarcadigər türk sözlərinin (Bax. Q. Voroşil. Qafqaz Albaniyası. " Bakı,"Öyrətmən", 1993. Səh.49, 61, 85-89, 90-93 ) olmasını və bu sözlərin"udicə-Azərbaycanca-rusca lüğət"də öz əksini tapmasını görməzlikdən gəlir.Halbuki Qafqaz dillərinin böyük tədqiqatçısıakademik Nikolay Yakovleviç Marr (1865-1934) "türk dillərinin öz təbiikonservativliyini min il ərzində yox, min illər ərzində biruzə verə biləcəyi"(Bax. N.Y. Marr. İzbrannıye rabotı. Tom 4. Moskva-1937. Str.184-186) ilə bağlıolaraq hələ XX əsrin əvvələrində xəbərdarlıq zəngini çalmışdı.

***

Bütövlükdə XX əsr və XXI əsrinaxarı boyunca müsəlman peyğəmbərinin karikaturalarının çəkilməsi, "Quran-Kərim"inyandırılması, müsəlman geyimli, örtülü və hicablı qadınlara həqarət kompaniyasının genişlənməsi xristian siyasətinintərkib hissəsi kimi sürət götürdü. Hadisələrin belə bir qızğın çağlarında M.S. Qorbaçov kimi caniniqucaqlayan," Beynəlxalq Yaşıl Xaç Təşkilatınıninoqurasiyasında onun şəxsi məsləhətçisi olan, onunla birlikdə dini ayinlərindəiştirak edən Tur Heyerdal xristiantəəssübkeşliyinə heyranlığınısübut etməyə çalışmışdı. Ona görə ki, o, Qorbaçovun əli ilə türklərəqarşı törədilən 16-20 dekabr 1986-cı ilAlma-Ata iğtişaşları, 1-5 iyun 1989-cu illdə türkün türkü qətl etməsi ilə nəticələnənFərqanə hadisələri haqqında bilirdi vəbütün bunlar onun ürəyincə olmuşdu.

Sonralardan çap ediləcək əsərlərindəQorbaçovun özü də ((Bax. Qorbaçyov M.S.Jizn i reformı. Moskva, "Novosti", 1995. T.2. 656 s.30.000 ekz. İSBN 5-7020-3.---Qlava 24. Preodolenie raskolaYevropı) bunlardan bəhs edəcəkdi. Bəli,dünyaya ancaq və ancaq xristian gözü ilə baxan hər hansı bir kəs arxasında M.S.Qorbaçov olmaqla bütün xristian dünyasının durduğunu hiss edirdi. Əgər beləolmasaydı, Qorbaçovun iqtisadi məsələlər üzrə birinci məsləhətçisi Abel QezoviçAqanbekyan (1932)1987-ci il noyabrın axırlarında Parisdə-erməni"Daşnaksütyun" partiyası və Avropa xristian elitası qarşısında "Qarabağ Azərbaycandan daha çox Ermənistanabağlıdır" iddiası ilə çıxış etməz və bu çıxış avqustun əvvəllərində"L'Humanit?" qəzetində çap edilməzdi. Arxasında xristian dünyası vəSSRİ boyda bir dövlət durmasaydı, Zori Aykoviç Balayan (1935) 1981-ci ildə "Ocaq", 1988-ci ildə"Yol" kitablarında "Azərbaycanqarışıq bütün türkləri Rusiyanın vəErmənistanın düşməni" elan etməzdi, 26 fevral 1988-ci ildə şairə SilvaKaputikyanla birlikdə Mixail Qorbaçovun qəbulunda olub, "Qarabağ məsələsi"nibirdəfəlik həll etməsini istəməzdi.

Bütün bunlar Mixail Qorbaçovunürəyincə olmasaydı, o, 1989-cu il dekabrın 1-də Papa II İohan Pavellə görüşəndən49-50 gün sonra Azərbaycan xalqının genosidinə - 1990-cı ilin 20 Yanvar faciəsinəimza atmazdı. Mixail Qorbaçovun müsəlman-türk ovu fundamentalist xristianların ürəyincəolmasaydı, aradan bir il belə keçməmiş düşüncəsi, əli və qələmi qanlı bir cinayətkarı15 oktyabr 1990-cı ildə Nobel mükafatına layiq bilib, 10 dekabr 1990-cı ildəona dünya səviyyəli bu mükafatı təqdim etməz idilər. Mixail Qorbaçov 24 dekabr1991-ildə son intervyusunda "həyatımın əsas qayəsi gerçəkləşdi" deməkləinsanlığın deyil, xristianlığın təəsübkeşi olduğunu bir daha təsdiq etmişoldu.

10 iyul 1991-ci ildən RusiyaFederasiyasının prezidenti kimi iş başına keçən Boris Nikolayeviç Yeltsin(1931-2007) sələfi Mixail Qorbaçovuntürk qətliamını davam etdirdi. 1992-ci il fevral ayının 25-dən 26-na keçən keçəngecə Rusiyanın 4-cü ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə ermənisilahlıları tərəfindən Azərbaycanın Xocalı şəhəri işğal edildi. Nəticədə əliyalıntürk üzərində qalibanə bir genosid gerçəkləşdirildi. 63 uşaq, 106 qadın, 70qoca və qarı olmaqla 613 nəfər öldürüldü, 8 ailə cürmə-cücüyünə qədər məhvedildi, 76-sı uşaq olmaqla 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadınınvə 26 uşağın taleyi bu günədək (Bax. Abbasov, Shahin. "Azerbaijan: BakuPresses Genocide Recognition Campaign for Khojaly". www.eurasia net. org. www.eurasianet.org. 25 avqust 2016 tarixində orijinal?ndan arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2016) məlumdeyildir.

Xocalı türklərinin genosidində fəal iştirak edən Zori Aykoviç Balayan 1996-cıildə Moskvada çap edilən "Ruhumuzuncanlanması" kitabının 260-262-ci səhifələrində "Xaçaturlabirlikdə işğal edilmiş evlərdən birinə daxil olduqlarını, erməniəsgərləri tərəfindən 13 yaşlıbir türk oğlanının pəncərənin çərçivəsinə mismarlandığını gördüklərini, səsiçıxmasın deyə ölmüş anasının döşünü kəsib onun ağzına soxduqlarını, saatabaxa-baxa qarnının, sinəsininvə başının dərisini soyduqlarını, qanitirən uşağın 7 dəqiqəyəöldüyünü müşahidə etdiklərini" yazır.

Elə oradaca "həkimvə hümanist olduğunu", "xalqınınintiqamını 1% də olsa, aldığını" xüsusi bir qürurla qeyd edən Zori Balayan "Xaçaturunöldürdükləri türk uşağı şaqqalayıb itlərə atdığını", "axşamüstüdaha 3 türk uşağını bu hala saldıqlarını", "növbətigün kilsəyə gedib günahları bağışlansın deyə dua etdiklərini" (Bubarədə Cəfər Sadiqin "Srokudavnosti ne podlejit" kitabçasındada - Tula, 2007- məlumatverilir), cəmi əhalisi 10 minnəfər olan Xocalını "30 min işğalçıdan təmizlədiklərini" (Nomı smoqli oçistitğ Xodjalı ot 30 tıs. lödey) təsviredir. Çünki Xocalının 10 minnəfərdən ibarət olanəhalisi həm türk, həm də müsəlman, həmdə ki,Qarabağınyerli etnosuolduğu üçün Zori Balayanın gözünə 30 minnəfər kimi görünürdü.

3iyul 1994-cü ildə erməni əsirliyində olan Azər Aslanov adında "Sadval"çı bir ləzgini Bakıda metroda təxribat törətməyə təhrik edən Zori Balayan 13 adamınölümünə, 42 adamın yaralanmasına səbəb oldu. Zori Balayana qarşı cinayət işi açıldı və axtarış üçün İnterpola verildi. O, 2005-ciildə İnterpol tərəfindən 26 may 2005 -ci ildə İtaliyanın Brindzi şəhərində həbs edildi və 5 saatdansonrasərbəst buraxıldı. Azərbaycan Respublikasının Baş Prokurorlugunun Zori Balayanın axtarışı ilə bağlı Rusiya Federasiyasına etdiyi rəsmi müraciətlər nəinki nəzərə alınmadı, hətta, 20 aprel 2010-cuildəRusiya Federasiyası ərazisində belə bir insanlıq düşməninin axtarışına xitam verildi.

(ardı növbəti sayımızda)

Vaqif Aslan

AYB Şəki bölməsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.