Qərbin növbəti təzyiqi:“Zəngəzur” tankerinə sanksiya

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Zəngəzur” tankerinə sanksiya tətbiq edilib.
Adalet.az Qərb mediasına istinadən xəbər verir ki, Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar çərçivəsində Azərbaycana məxsus “Zəngəzur” tankerini və beş Azərbaycan vətəndaşını sanksiya siyahısına əlavə edib.
“Zəngəzur” sanksiyalara məruz qalan 100-ə yaxın gəminin sırasına daxil edilib, baxmayaraq ki, Böyük Britaniya onların dəqiq kimə aid olduğunu açıqlamayıb.
Britaniya mətbuatı qeyd edir ki, İngiltərə hökuməti bununla bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, “Zəngəzur” tankeri Qərbin tətbiq etdiyi neft embarqosunu pozaraq Rusiya mənşəli neftin beynəlxalq bazarlara çıxarılmasında iştirak edib. Bu isə Britaniya hökumətinin Rusiyanın gəlir mənbələrini azaltmaq məqsədi ilə hazırladığı sanksiya strategiyasına zidd hesab olunur.
Əntiqə Rəşid
Digər Xəbərlər

Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisində uyğunsuzluq aşkarlanıb

“Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub

Bu malların siyahısı təsdiqlənəcək

Özəl pensiya fondları vətəndaşlara nə qazandıracaq? - AÇIQLAMA

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
