adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Mart 2015 13:03
3864
ƏDƏBİYYAT

Qənirə Paşayevanın Türkiyədə kitabı nəşr olunub

Millət vəkili Qənirə Paşayevanın Türkiyədə "Allah seven kalplerdedir” adlı kitabı nəşr olunub. 

 

Kitaba ön sözü tanınmış təsəvvuf alimi, araşdırmaçı-yazar Cemalnur Sarqut yazıb. Xanım Sarqut ön sözdə müəllif və kitabın ana mövzusu barədə düşüncələrini bölüşüb.

 

Qeyd edək ki, qardaş ölkədə çıxan kitaba, xanım Paşayevanın "Özümə yolçuluq” silsiləsindən yazdığı trilogiyadakı bir sıra yazılar və məqalələr daxildir. Kitab Türkiyə türkcəsinə tanınmış ədib  İmdat Avşar tərəfindən uyğunlaşdırılıb. Kitabda İ.Avşarın da müəllifin yaradıcılığı, ədəbi şəxsiyyəti və müraciət olunan mövzu ilə bağlı düşüncələri öz əksini tapıb. Onu da əlavə edək ki, mart ayının 7-dən kitab Türkiyənin kitab satış mərkəzlərində  satışda  olacaq.  Bundan sbaşqa qardaş ölkədə kitabın imza törəni və tanıtımı təşkil olunacaq. Kitab Nəfəs” Yayımevinə bağlı "Tuti kitab” tərəfindən nəşr olunub.