02 Fevral 2024 09:00
10383
LAYİHƏ

QƏLƏBƏMİZ AVROPANIN GÖZÜNƏ GİRİR

Azərbaycan son 20 ildə elə yüksək sürətlə inkişaf edib ki, bunu görməyən və hiss etməyən kordur. Çünki Azərbaycanın çox zəngin yeraltı və yerüstü sərvətləri olmaqla yanaşı, həm də uzaqgörən, dünyaşöhrətli, müdrik İlham Əliyev kimi Prezidenti var. Təbii ki, ölkəmizin çox sürətli inkişafı və beynəlxalq aləmdə nüfuz qazanması bizim düşmənlərimizi narahat etməklə yanaşı, həm də gözlərinə girir. Başqa sözlə demiş olsaq, onlar 44 günlük II Qarabağ Savaşında və eləcə də anti-terror əməliyyatı aparılması zamanı ölkəmizin ərazi bütövlüyünün bərpasını həzm edə bilmirlər. Ona görə də müxtəlif vasitələrlə Azərbaycana təzyiqlər etməyə başlayır, hətta iqtisadi sanksiyalarla bizi qorxutmaq istəyirlər. Amma bu cahil və nadan Avropa dövlətlərinin başçıları bir şeyi anlamırlar ki, haqq-ədalət və düz yol bütün gücdən, bütün qüvvədən daha üstündür və Azərbaycan da tutduğu haqq yolla addımlayıb və addımlayır.

Onlar 30 il torpaqlarımızın erməni işğalçıları tərəfindən  zəbt edilməsinə və talan olunmasına göz yumdular. İndi birdən-birə ayılıb haqdan, ədalətdən və ermənilərin pozulmayan hüquqlarından danışırlar. O, 30 ildə bir dəfə nə Avropa Şurası, nə də digər beynəlxalq qurumlar Ermənistanı işğalçı dövlət kimi tanımadılar, onların qəsbkarlıq siyasətinə münasibət bildirmədilər və əksinə ona çalışdılar ki, Qarabağ problemini dondursunlar və bununla da Azərbaycan hər şeylə razılaşsın, Avropanın və Amerikanın dediklərini qəbul eləsin. Amma Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq kürsülərdən dəfələrlə bəyan etdi ki, Azərbaycan torpaqlarından işğalçı erməni ordusu çıxmalıdır. Çünki  BMT-nin bu barədə 4 qətnaməsi var, bu qətnamələr də 30 ildir ki, icra edilmir. Çox təəssüf ki, cənab Prezidentin yüksək kürsüdən səslənirdiyi bu fikirlər beynəlxalq təşkilatlar və ermənilərin havadarları tərəfindən qulaqardına vuruldu və Azərbaycan da çıxış yolunu işğal altında olan torpaqları öz qüvvəsi ilə azad etməkə gördü. 

Ona görə də 2020-ci ilin sentyabrın 27-də ermənilərin fasiləsiz hücumlarına cavab verildi və Azərbaycan ordusu əks hücuma keçdi. Ağır döyüşlər başlandı. Sentaybrın 27-dən 30-na kimi Füzulinin və Cəbrayılın 10-a yaxın yaşayış məntəqəsi erməni işğalından azad olundu. Ermənilərin 30 il bar-bar bağıraraq dedikləri «Ohanyan səddi» darmadağın edildi. Təbii ki, ermənilər belə güclü hücumları gözləmirdilər, düşünürdülər ki, yəqin Azərbaycan ordusu ötən əsrin 90-cı illərində olan zəif bir qüvvədir. Ancaq bir neçə gün keçəndən sonra hiss etdilər ki, Azərbaycan ordusu həmin ordu deyil, daha güclü və daha qüvvətli, yenilənmiş qüdrətli bir ordudur və bu ordu yüksək döyüş qabiliyyətinə, peşəkarlığa malik olmaqla yanaşı, həm də ən müasir ağır texnika və silahlarla təchiz edilib. Bax, onda ermənilərin başbilnləri və generalları anladılar ki, göydən onların başına daha dəhşətli od töküləcək. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan «dayılarına» zəng etməyə başladı. Öncə Putinə telefon açdı. Putin də heç onun zənginə cavab vermədi. Telefonun susduğunu görəndə o, ümid yerini Avropada, daha doğrusu, Fransada, onun Prezidenti Makronda axtardı. Çünki ağızlarında şirə yeri qalmışdı, həmişə bizimkilər əks hücuma keçəndə «dayılarına» zəng edib, bizim hücumun qarşısını almağa çalışmışdılar. Amma bu dəfə onlara heç bir «dayı», heç bir zəng kömək etmədi. Bu dəfə gördülər ki, Azərbaycan Ordusunun qarşısını heç bir qüvvə ala bilməyəcək, ən azından ona görə ki, bu ordu təpədən-dırnağa qədər ən müasir silahlarla təchiz edilib və ən döyüşkən əsgərlərimiz, zabitlərimiz, xüsusi təyinatlılarımız var. Azərbaycan ordusunun ildırım sürətli hərbi əməliyyatı erməniləri elə çaşdırmışdı ki, onlar döyüş meydanında nəinki yüngül silahlarını, hətta ağır texnikalarını - tanklarını, BTR-lərini və silah daşıyan yük maşınlarını qoyub qaçırdılar. Qaçmaqan başqa digər çıxış yolu yox idi; ya ölməli idilər, ya da əsir düşməli idilər. Çünki ermənilər çox yaxşı bilirdilər ki, Qarabağ torpağı onların vətəni deyil və bu torpaq yolunda da erməni əsgərləri qan tökmək istəmirdilər.
Amma Azərbaycan əsgəri qan tökməkdən, ölməkdən qətiyyən qorxmurdu. Çünki Azərbaycan əsgəri yaxşı bilirdi ki, qan tökmədən, şəhid olmadan bu torpaqları azad eləmək çox çətin olacaq. Ona görə də Azərbaycan Ordusu və Azərbaycan əsgəri döyüşə sevinə-sevinə gedirdi. Ya şəhid olmalı idi, ya qalib olmalı idi, ya da Qazi olmalı idi. Bax, bu Vətən müharibəsində Azərbaycan əsgəri şəhid də oldu, qalib də oldu, Qazi də oldu. 

Hətta erməni zabitləri və əsgərləri bizim xüsusi təyinatlıların döyüşünə və mübarizəsinə məəttəl qalmşdılır. Onlar müharibə bitəndən sonra deyirdilər ki, Azərbaycanın xüsusi təyinatlılarının adını eşidəndə biz qorxumuzdan tir-tir titrəyirdik, çünki onları bəzən güllə ilə vurub yaralayırdıq, amma onlar zombilər kimi yenidən ayağa qalxır, bizə tərəf gəlir, atəş açıb bizi qırırdılar. Ona görə də onların adını eşidən kimi, görən kimi silahı səngərə atıb qaçırdıq. Qalanlar isə ya öldürülürdü, ya da əsir götürülürdü. 

Bax, Azərbaycan əsgəri belə döyüşüb, belə mücadilə aparıb. 44 günlük İkinici Qarabağ savaşında. Çünki onların hər biri Vətən olmaq üçün canlarından belə keçməyə hazır idilər. Bu döyüşlərdə Cəbrayıl azad olundu, Hadrut azad olundu, Füzuli azad olundu, Qubadlı azad olundu, Zəngilan azad olundu, Şuşa azad olundu. Sonra 44 günlük müharibədən sonra danışıqlar yolu ilə və əvvəldən imzalanmış üçtərəfli bəyanata görə Ağdam, Kəlbəcər, Laçın azad olundu… 

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu möhtəşəm Qələbə qazandı. Həmin rayonlara və şəhərlərə Azərbaycan Bayrağı sancıldı. Bu döyüşlər bir daha göstərdi ki, qüdrətli və güclü Azərbaycyan Ordusunun qarşısında heç bir qüvvə dayana bilməz, hətta ermənilərin havadarları və «dayıları» güclü olsa belə, bu ordunun heç bir qorxusu yoxdur. Çünki ordu Azərbaycan xalqına, Azərbaycan dövlətinə güvənib. Bu güvəncin qarşısını isə bayaq dediyimiz kimi, heç bir düşmən qüvvəsi ala bilmədi. 

44 günlük Böyük Qarabağ Savaşının  ardı 2023-cü il sentyabrın 19-u və 20-də oldu. 23 saat 43 dəqiqə ərzində Azərbaycan Ordusu işğal altında olan Qarabağın Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə və digər yaşayış mənqələrimizi də yağı düşməndən azad etdi və bu möhtəşəm anti-terror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu və həmin şəhərlərdə Azərbaycan Bayrağı ucaldıldı. İndi bu şəhərlərdə təhlükəsizliyi Daxili Qoşunlar və Azərbaycan Ordusu qoruyur. İndi cəmi Qarabağ torpağı rahat nəfəs alır!                                                              

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.