Qədim və müasir Salyan

Heyvandarlığın inkişaf etdirilməsi üçün yaxşı şəraiti olan Salyan rayonu bu fürsəti də əldən verməmişdir. İndi Salyanda iribuynuzlu mal-qaranın baş sayı 67 minə, xırdabuynuzluların baş sayı isə 182 minə çatdırılmışdır. Kompleks şəraiti olan "Nurgün-Aqro" şirkətində bu gün 1000 başdan çox qara mal bəslənir ki, bunun da 500 başı damazlıq heyvanlardır.
Sahibkarlığa göstərilən qayğı və diqqət nəticəsində bu gün Salyanda müasir tələblərə cavab verən 20-dən çox yeni istehsal və emal müəssisələri fəaliyyət göstərir. Buna görə də indi kənd təsərrüfatında çalışanların ümumi sayı 12 min nəfərdən çoxdur. "Hacı Camalxan", "Ələddin-fermer" MMC kimi kənd təsərrüfatı istehsalı müəssisələrinin işləri isə daha təqdirəlayiqdir. Yeni texnologiyalar əsasında fəaliyyət göstərən bu müəssisələrin yüksək keyfiyyətli məhsulları Almaniya, Polşa, Rusiya, ABŞ, İsrail kimi dövlətlərə göndərilir.
Respublikada Xələc süfrə üzüm növü kimi məşhur olan bu ərzaq məhsulu Salyan rayonunda ərsəyə gətirilir. Ümumilikdə Salyan rayonunda 1200 hektar üzüm bağı vardır ki, bunun da 840 hektarı bar verən sahədir.
Rayonun Yenikənd, Xələc, Qarabağlı, Kərimbəyli, Qaraçala, Yolüstü, Kürsəngi kəndlərində ağ və qara Ağadayı, Mərəndi, Dərbəndi üzüm növləri becərilir. Üzümçülüklə məşğul olan "NNEM Fermer təsərrüfatı" MMC-də illik istehsal gücü 100 min dekalitr olan şərab zavodu inşa edilir.
Qaraçala - rayonun ən böyük qəsəbələrindən biri
Salyan rayonunda böyük kəndlər, iri yaşayış massivləri çoxdur. Onlardan biri də Qaraçala qəsəbəsidir. Hazırda qəsəbənin özündə 4365, onun tabeliyində olan Çadırlıda 1500, Bəşirbəylidə 1036, Pambıqkənddə isə 1215 nəfər salyanlı yaşayır. Heyvandarlıq, əkinçilik və üzümçülüklə məşğul olan kənd sakinləri Kür çayının sahilində məskunlaşmışlar. 4500 hektar ərazisi olan qəsəbənin əkin üçün 3000 hektar sahəsi var. Qəsəbədə 2 tam orta, 2 orta məktəb fəaliyyət göstərir. Qaraçala qəsəbə xəstəxanası, 1 ambulatoriya, 2 tibb məntəqəsi də sakinlərin sağlamlığına xidmət edir.
Salyan rayon İcra Hakimiyyəti başçısının Qaraçala qəsəbə inzibati ərazi nümayəndəsi Ədalət Həmzə oğlu Məmmədov qabaqcıl təsərrüfat işçilərindən biridir. Onun dediklərindən:
- Qaraçala qəsəbəsi Salyanda sayılıb-seçilən yaşayış məskənlərindən biri olmaqla öncül təsərrüfatlar siyahısındadır.
Bu gün əkinçilik və maldarlıqla məşğul olan sakinlərimiz kifayət qədərdir. Bu gün ərazimizdə 2805 baş iribuynuzlu, 15853 baş xırdabuynuzlu mal-qaramız var. Dolanışığımız həm də ona görə yaxşıdır ki, biz təkcə mal-qara, əkin-biçinlə məşğul olmuruq. Bizim böyük və bərəkətli üzüm bağlarımız da var. Qaraçala qəsəbəsinin, həm də onun tabeliyində olan kəndlərin sakinləri hər il min tondan çox məşhur Xələc üzümü tədarük edib satırlar.
Rayonumuzdakı bütün uğurların qazanılmasında Salyan rayon İcra Hakimiyyəti başçısı Tahir Kərimovun əməyi danılmazdır. Bunu hər bir salyanlı bu gün fəxrlə etiraf edir.
Ən əsas qayğılardan olan qazlaşdırma işləri qəsəbəmizdə uğurla aparılır. İlin sonuna qədər Qaraçala kimi o biri kəndlərimizdə də bu işlər yekunlaşacaq.
Bu Ədalət müəllimin dedikləri idi.
Mavi qaz hər kənddə alovlanacaq
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev qısa vaxtda ölkənin başdan-başa qazlaşdırılması barədə göstəriş vermişdir. Bu məqsədlə Salyan rayon Qaz İstismar Sahəsi Salyan şəhərindəki İ.Quliyev, Y.Qaqarin, C.Cabbarlı, Aşıq Pənah və başqa küçələrdə 7,7 kilometr qaz kəmərini yenidən qurmuşdur. Şorsulu-Dayıkənd orta təzyiqli daşıyıcı qaz kəməri yeraltı polietilen borularla çəkilmişdir. Bu işlərin miqyası Təzəkənd-Qırxçıraqda 22,6 kilometr, Salyan şəhər-Kürkənddə 3,3 kilometr olmuşdur.
Rayonun Arbatan kəndində 4400 metr uzunluğunda daşıyıcı qaz kəməri çəkilmişdir. Daha 32 kilometr uzunluqda müxtəlif diametrli kənddaxili qaz kəmərləri yenidən ikitərəfli qurulmuşdur. Yolüstü kəndinin qaz təchizatının bərpası məqsədi ilə bir pilləli sistemdə 27,6 kilometr qaz kəmərinin çəkilişi yekunlaşmışdır.
Rayonun Parça Xələc, Seydan, Yenikənd, Həsənli, Qardili, Kərimbəyli, Qarabağlı, Xurşud, Aşağı Noxudlu və digər kəndlərində də qaz təsərrüfatının yenidən qurulması üçün xeyli işlər görülmüşdür. Prosesin gedişi göstərir ki, tezliklə Salyanın bütün ərazisində mavi qaz olacaq.
Səxavət Məmmədli
Azərbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Digər Xəbərlər

Yazıçı-publisist Gülzar İbrahimovanın yeniyetmələrə aid tarixi hekayələri

Kölgə İqtisadiyyatında Korrupsiya Halları və ona qarşı mübarizə”adlı layihənin icrasına başlanıb

ÇOX AZ MİLLƏTİN AZƏRBAYCANLILAR QƏDƏR BÖYÜK ÜRƏYİ VAR

ALİ BAŞ KOMANDANIN, ORDUNUN VƏ XALQIN QƏLƏBƏSİ

“Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsinə start verib

DÜNYA AZƏRBAYCANÇILIQ İDEYASINI SEVGİ İLƏ QARŞILAYIR

İnsan alverindən bəhs olunan “Uçuruma aparan yol!” layihəsinə start verilib