İnsan alverindən bəhs olunan “Uçuruma aparan yol!” layihəsinə start verilib
“İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uçuruma aparan yol!” layihəsinə start verib.
Təşkilatının mətbuat katibi Azər Bağırov bildirib ki, layihə 3 ay ərzində həyata keçiriləcək. Layihənin əsas məqsədi dövlətin insan alverinə qarşı apardığı mübarizədə vətəndaş cəmiyyətinin rolunu artırmaq və Azərbaycan polisinin peşəkarlığını nümayiş etdirməkdir.
A. Bağırov bildirib ki, layihə çərçivəsində 7 dəqiqəlik qısametrajlı film hazırlanacaq: “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə, Daxili İşlər Nazirliyinin isə təşkilati dəstəyi ilə ərsəyə gələcək filmin əsas sujet xətti insan alveri qurbanı olmamaq üçün atılacaq addımlardan ibarətdir".
Mətbuat katibi vurğulayıb ki, filmin piar işinin həyata keçirilməsi də görüləcək işlər sırasındadır: “Filmin Sumqayıt şəhərlərində təqdimatı keçiriləcək. Eyni zamanda filmin youtube və digər sosial şəbəkələrdə geniş formada yayımı reallaşdırılacaq. Çəkilən qısametrajlı film televiziya kanallarına da təqdim olunacaq”.
Digər Xəbərlər
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30
Azərbaycan idmanı dayanıqlı inkişaf yolunda
26 Dekabr 2025 09:10


Bakı -°C

