Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü

Özbəkistan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 10-da bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırdı.
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olundu, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulandı.
İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahələrdə inkişaf perspektivləri müzakirə edildi.
Ə.Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik etdi.
Digər Xəbərlər

Prezident Putini təbrik etdi

İlham Əliyev Filippin Prezidentini təbrik etdi

İlham Əliyev iclas iştirakçılarına müraciət etdi

Mavritaniya Prezidenti İlham Əliyevi təbrik etdi

Kamran Əliyev Keniyada Azərbaycanda cinayətkarlıqla mübarizə tədbirlərindən danışıb

Əli Əsədov Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub

Prezident bu yolun əsaslı təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
