adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Iyul 2018 10:18
17839
İDMAN

“Qəbələ” Futbol Akademiyasının uğuru

Ölkəmizdəidmana göstərilən diqqət və qayğı Azərbaycanı idman ölkəsinə çevirib. Bu diqqətvə qayğının nəticəsidir ki, idmanla bağlı məqsədyönlü siyasət həyata keçirilir.İdmanın demək olar ki, bütün sahələrində əldə edilən uğurlar bunu deməyə əsas verir.

Gənclərin idmana və düzgün fiziki tərbiyəyə meyli, sağlammənəvi və fiziki tərbiyə alması məqsədli bir şəkildə gücləndirilir. Bu da onu göstərirki, dövlətin gənclər siyasətində gənclərinfiziki inkişafı və sağlamlığı əsas yerlərdən birini tutur. İdman artıq ölkəmizinictimai həyatının mühüm hissəsidir. Tikilən idman qurğuları, Olimpiya kompleksləri,idman infrastrukturunun yenilənməsi bununəyani sübutudur. Ölkədə idmanın kütləviliyinə nail olmaq, onu Azərbaycanınhüdudlarından kənarda təbliğ etdirmək prioritet təşkil edən məsələlərdəndir. Busahədə yüksək nailiyyətlər əldə etmək, dünya şöhrətli idmançılar hazırlamaq üçünmüvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyulub. Peşəkar idmanla məşğul olmaqvə sırf bu sahədə ciddi uğurlar qazanmaqkimi daha konkret hədəflər müəyyənləşdirilib. Bu isə eyni zamanda, mötəbər beynəlxalqyarışlardaölkəmizi təmsil edən, qalib olan, himnimizi səsləndirən idmançlarınnə qədər şərəfli bir işlə məşğul olduğunu ortaya qoyur.İdman hər birölkə üçün strateji sahələrdən biridir. Buna görə də son dövrlərdə ölkəmizdə sözügedəncəhətdən də idmanın inkişafına ciddi fikir verilir. Bu sahədə çox ciddi nailiyyətlərəimza atılıb. İdmançılar ölkəmizin təbliğində böyük rol oynamağa başlayıblar. Hərdəfə bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi hər bir azərbaycanlıüçün çox qürurvericidir. Vətənimizə gətirilən saysız qızıl, gümüş və bürünc medallar,ən mötəbər yarışlar nəticəsində ildən-ilə çempionlarımızın sayının getdikcə kütləviləşməsidə idmanın çox şərəfgətirici bir sahə olduğunu göstərir.



Sonillərdə Azərbaycanda inkişaf etməkdə olan idman növlərindən biri də futboldur. Futboldaciddi irəliləyişlər var və bu, həm də uşaq futbolunun inkişafı deməkdir. Ölkə çempionatındaiştirak edən komandalar futbolumuzun inkişafına töhfələrini verməkdədir. Həmin klublardanbiri də "Qəbələ idman klubudur. Son illərdə "Qəbələ”nin ölkə futbolunun inkişafındakırolu danılmazdır. Bu o deməkdir ki, "Qəbələ” Futbol Akademiyası uğurlu nəticələrəldə edib. Ölkə futboluna gənc və perspektivli futbolçular yetişdirən "Qəbələ” FutbolAkademiyasının yetirmələrindən biri də Mədətov Ülvi Ülfət oğludur.2003-cü ildə dünyaya göz açan Ülvi əslən Ağstafa rayonunun Vurğun qəsəbəsindəndir. O, Qəbələ rayon 2 saylı məktəbdə təhsilalmaqla yanaşı, həm də idmançı kimi yetişməkdədir. O, akademiyadafutbola 2011-ci ildə 11 yaşlılarla başlayıb. Ülvi göstərdiyi baxımlı oyunla Milliyədə dəvət alıb. Gənc futbolçu Gürcüstan, Belarusiya,Litva, Macarıstan, Dağıstan və Türkiyədə bir neçə turnirdə iştirak edib və müxtəlif mükafatlarqazanıb. 2013-cü ildə I yer 2014-cü ildəII yer, 2015, 2016 və 2017-ci illərdə III yer,2018-ci ildə II yer qazanan Ülvi 2013-cü ildə U-11 Liqasında 1-ci yer tutduğunagörə, daha sonra U-11 Liqasında 3-cü yertutduğuna görə, U-15 liqasında 2-ci yer tuduğuna görə AFFA tərəfindən diplomlarlatəltif olunub.

Ülvinin atası Mədətov Ülfət Bilal oğlu da futbolçu olub, "Avey - Ağstafa”,"Göyəzən”, "Şəmkir”, "Kəpəz”, "Xəzri”, "Buzovna”, "Ümid” (Bakı), "Naxçıvan Araz,"Turan” klublarında oynayıb. 18 illik futbolçu karyerasını bitirdikdən sonra məşqçiolub. Həmçinin, Azərbaycan Milli Komandasında da uzun illər çalışıb.Azərbaycanda ilk dəfə olaraq, 1997 – ci ildə Kəpəz Futbol Klubunda çempion,1995 – cildə II yer, 1996 – cı ildə III yerin sahibi olub. İlk məşqçilik həyatıAğstafada Uşaq Gənclər İdman Məktəbindən başlayıb, sonra "Qəbələ” klubu akademiyasına istedadlı uşaqlargətirməklə məşğul olub və hazırda "Qəbələ”də 14 yaşlılardan ibarət futbol komandasının baş məşqçisidir. Komandası Azərbaycan çempionatında oynayır. Atasınınyolunu davam etdirən Ülvi atası kimi müdafiəçi mövqeyində oynayır. Ülvinin arzusuAzərbaycanda ən yaxşı futbolçu olmaqdır. "Bunun üçün çox çalışmalıyam” - deyən Ülvi ölkənin əsas klublarında oynamaq, dahasonra legioner həyatı yaşamaq istəyir.



Qeyd edək ki, Ülvinin kiçik qardaşı 11 yaşlı Arzu da futbolçudur.O, da həmçinin "Qəbələ” Futbol Akademiyasının tələbəsidir. Azərbaycan çempionatında10 və 11 yaşlılarda arasında keçirilən çempionatda 2 dəfə bürünc mükafat qazanıb.Yerli klublardan "Qəbələ”, xarici klublardan "Barcelona” fanatı olan balaca ArzuMessi kimi futbolçu olmaq arzusundadır. O da özünə örnək atasını, böyük qardaşınıgötürüb onlar kimi nümunəvi futbolçu olmaq istəyir. Ramos kimi futbolçu olmaq istəyənÜlvi isə xarici klublardan "Real Madrid”, yerli klublardan "Qəbələ”nin azarkeşidir.Ümid edirik ki, Ülvi də, Arzu da qarşılarına qoyduqları məqsədə çatacaq vəölkəmizi xaricdə də uğurla təmsil edəcəklər.

"Qəbələ” Futbol Akademiyasına və bu iki yeniyetmə futbolçumuzauğurlar, yeni-yeni mükafatlar, kuboklar arzu edirik.

Və sonda onu daqeyd edək ki, idmanın fəlsəfəsi yeniyetmə və gənclərə daha güclü aşılanmalıdır.İdman təkcə fəxri kürsüyə qalxmaq, uğurlu nəticələr əldə etmək, imkanı yaradan vasitədeyil, o, eyni zamanda, hər bir yeniyetmə və gənc üçün ilk növbədəfiziki-mənəvi sağlamlıq deməkdir. Və bütün bunları gənc və yeniyetmələrəaşıladığına görə "Qəbələ” Futbol Akademiyasına təşəkkürümüzü bildiririk.

Elçin Əliyev