adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Dekabr 2019 14:14
33076
DÜNYA

Qazaxıstanda təyyarə qəzasının ilkin səbəbləri bilindi

Qazaxıstandatəyyarənin qəzaya uğramasının mümkün səbəbləri istintaq tərəfindən müəyyənləşdirilib.

Bu barədə "RİA Novosti” xəbər verir.

Məlumatda bildirilir ki, hazırda prioritet versiya kimi texniki nasazlıq və pilot səhvi məsələsinə baxılır.

Baş nazirin müaviniRoman Sklyarın sözlərinə görə təyyarədə havada hündürlük yığdığı zamannasazlıqbaş verib və bu zaman təyyarənin quyruğu iki dəfə uçuş-eniş zolağına dəyib.

Uçuşdan dərhal sonra yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.

Faciə yerində xilasetmə işləri başlayıb. Sərnişinlər və heyət üzvləri təxliyyə olunub, yanğının qarşısı alınıb. Qəzanın baş verdiyi ərazinin yaxınlığında təyyarənin "qara qutu”su tapılıb.

Xatırladaq ki, hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 95 sərnişin və beş heyət üzvü olub.

Qazaxıstan DİN-in son məlumatına görə, 12 nəfər həlak olub. Səhiyyə Nazirliyi doqquzu uşaq olmaqla 53 yaralının xəstəxanaya yerləşdirildiyini bildirib. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.