Qazaxıstanda qəzaya uğrayan helikopterin ekipajının axtarışları davam edir

İyulun 25-də Almatı vilayətində radarlardan itən EC-145 hərbi helikopterinin ekipajının axtarışları hələ də davam edir.
Adalet.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Kegen Tursınbayev hökumətdə keçirilən brifinqdə bildirib.
"10 gün keçib, hazırda gölün 50 faizi yoxlanılıb. Axtarış işləri Müdafiə Nazirliyinin rəhbərliyi altında aparılır. Axtarışlar davam edir. Sorbulak su anbarının yaxınlığında helikopterin bir neçə fraqmenti aşkar edilib", - o qeyd edib.
İlkin məlumata görə, təyyarənin göyərtəsində üç ekipaj üzvü olub.
Digər Xəbərlər

Türkiyə Müdafiə Nazirliyi: Suriya kürdləri tərk-silah və inteqrasiya razılaşmalarını yerinə yetirmirlər

Fidan və Lavrov arasında telefon danışığı olub

Tramp və Putin Türkiyədə görüşəcək?

İsrail ordusu Livana hava zərbələri endirib

Tezliklə AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat təqdim olunacaq

ABŞ Rusiyanın Azərbaycan qazını daşıyan infrastrukturuna hücumunu pislədi

Rusiyada vulkan püskürdü
