ABŞ Rusiyanın Azərbaycan qazını daşıyan infrastrukturuna hücumunu pislədi

Birləşmiş Ştatlar, Rusiyanın Ukraynada Azərbaycan təbii qazını çatdıran mühüm infrastruktur obyektini hədəf alan raket zərbəsini sərt şəkildə qınayıb.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb və hadisəni “qəbuledilməz” adlandırıb.
"Rusiya bu hərəkətlərə dərhal son qoymalıdır. Bu müharibənin dağıdıcı insan itkiləri məhz Prezident Trampın sülhə sadiqliyinin səbəbidir. Ölüm və dağıntı dərhal dayandırılmalıdır”, – deyə Departamentin məlumatında qeyd olunub.
Xatırladaq ki, Ukraynanın Energetika Nazirliyi ötən gün Rusiya qüvvələrinin Ukrayna-Rumıniya sərhədi yaxınlığındakı Odessa vilayətində yerləşən mühüm kompressor stansiyasına pilotsuz uçuş aparatı ilə hücum etdiyini açıqlamışdı. Ukraynanın qaz ötürmə sistemi operatoru tərəfindən idarə olunan bu stansiya Trans-Balkan marşrutunun vacib hissəsidir. Qeyd edək ki, həmin marşrut vasitəsilə son vaxtlar Azərbaycan qazı Ukraynaya nəql olunmağa başlayıb.
Digər Xəbərlər

Fidan və Lavrov arasında telefon danışığı olub

Tramp və Putin Türkiyədə görüşəcək?

Qazaxıstanda qəzaya uğrayan helikopterin ekipajının axtarışları davam edir

İsrail ordusu Livana hava zərbələri endirib

Tezliklə AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat təqdim olunacaq

Rusiyada vulkan püskürdü

Zelenski: Rusiya indi atəşkəsə daha çox meyillidir
