Qazaxda dırnaqarası vergi işçiləri saxlanılıb
Qazax rayonunda özlərini vergi işçisi kimi təqdim edib insanlara qarşı dələduzluq edən 3 şəxs saxlanılıb.
Adalet.az report-a istinadən bildirir ki, onlar Qazaxda müxtəlif obyektlərə daxil olaraq satılan məhsulların keyfiyyətsiz, köhnə olduğunu deyərək sahibkarlardan müxtəlif miqdarda pul tələb ediblər.
Hər üç şəxs Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Araşdırmalar nəticəsində Bərdə rayon sakinləri Atabəy Seyidzadə, Məhəmməd Bayramov və Ağdam rayon sakini Sahib Ağayev in üzərindən Ağcabədi, Tovuz, Gəncə, Şəmkir rayonlardan toplanmış qəbzlər də götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər
18 May 2024 16:40
Usta işlədiyi evlərdən oğurluq etdi - VİDEO
18 May 2024 12:56Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb
16 May 2024 14:52Etibarsız pullarla təqaüdçüləri aldatdı
16 May 2024 14:5022 yaşlı tələbə qızı öldürən Elvinin görüntüləri - VİDEO
16 May 2024 10:19