““Qaynana” tamaşasından sonra Heydər Əliyev vurğulamışdı ki...”- Xalq artisti
“Əlbəttə, “Qaynana” filmi haqqında danışanda birinci növbədə bizim mogikan sənətkarımız Nəsibə Zeynalovanın təkrarsız aktyorluq qüdrətindən danışmaq lazımdır. Onun aktyorluq qüdrətidir ki, bizim Ulu Öndərimiz Heydər Əliyev teatrda “Qaynana” tamaşasına baxanda heyranlıqla vurğulamışdı ki, “bu cür böyük bir sənətkarı niyə filmə çəkib, yaşatmırsınız?”. Elə ondan sonra “Qaynana” filmi çəkilməyə başladı”
Bunu Adalet.az-a açıqlamasında Xalq artisti, aktyor İlham Namiq Kamal bu gün anım günü olan böyük sənətkar Nəsibə Zeynalova haqqında danışarkən deyib. Aktyor Nəsibə xanımla “Qaynana” filminə çəkilməsinin tarixini də nəql edib:
““Qaynana” filminin librettosu Məcid Şamxalovun idi. Kinonu çəkmək üçün isə bizim böyük rejissorumuz Əjdər İbrahimov və onun həyat yoldaşı Maqaretta Malıyeva ssenari yazdı və bizim məşhur rejissorumuz Hüseyn Seyidzadə də filmi çəkməyə başladı.
Film elədir ki, teatrdan fərqlidir, orda yaş həddi nəzərə alınır. Müəyyən sınaq çəkilişlərindən sonra mən də filmdə iştirakçı oldum. O filmdən danışanda çox maraqlı hadisələr yada düşür. Nəsibə xanımı əvvəldən çox yaxşı tanıyırdım, çünki oğlu Cahangir müəllimlə uşaqlıq dostu idik. Filmdə maraqlı bir hadisə baş verdi. Bir gün filmi çəkən operator gecikdi və Hüseyn müəllim dedi ki, “bu gün çəkilişi saxlayın”. O dövrdə çəkilişi təxirə salmaq maliyyə itkisi demək idi, burda vəsaitdən söhbət gedirdi. Mən də gəlib dedim ki, ay Nəsibə xanım, deyirlər bu operator çox səliqəsizdi, işinə səhlənkar yanaşır. Cavabında Nəsibə xanım bir kəlmə “çoox” sözünü dedi. O bir kəlmə sözüylə elə bilin ki, operatorun bioqrafiyasını yazdı. Yəni ki, tənbəldi, laqeyddi, səliqəsizdi, tərbiyyəsizdi”.
Bu gün isə Nəsibə xanımın anım günüdür və biz həmişə onu hörmətlə anırıq deyə”-aktyor bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
05 Oktyabr 2026 17:30
"Cənnətin iqamətgahı” filminin premyerası keçirilib - FOTOLAR
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20
Güllü Muradovaya vəzifə verildi
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15


Bakı -°C

