Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib
Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, RPŞ-nin əməkdaşları "Xaşxaş-2016" şərti adı altında əməliyyat tədbiri keçirib. Nəticədə rayonun Fısdıqlı kəndi yaxınlığında istifadə olunmayan 1,2 hektar ərazidə yabanı halda bitmiş çətənə kolları aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə ümumi sayı 6 574 ədəd olan 2,435 ton çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.
RPŞ-dən bildirilib ki, narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.
Digər Xəbərlər
01 May 2024 09:43