Qatil Sarkisyana bəraət verən hakim cəzalandırılır: Erməni müxalifəti isə başqa iddiadadır...
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “İtkin düşmüş şəxslərin həlli” beynəlxalq konfransının iştirakçılarına müraciətində dediyi fikirlər separatçı və Azərbaycan xalqına qarşı terror əməlləri törətmiş ermənilərdə gərgin əhval ruhiyyəyə səbəb olub. Beləki, Əliyev hazırda Azərbaycanda “müharibə cinayətlərinin müəyyən icraçıları” mühakimə olunur, lakin “cinayətkar” yoxdur. Ermənistanda mühakimə olunub, əksinə, şöhrətləniblər:
“Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülh əldə etmək istəyirsə, azərbaycanlılara qarşı törədilən vəhşiliyi pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həm də iki ölkə arasında etimadın möhkəmləndirilməsinin effektiv vasitələrindən birinə çevrilə bilər”.
Əvvəlcə qeyd edək ki, Ermənistanın sabiq prezidenti, Xocalı qatili Serj Sarkisyan 2013-cü ildə "Fleş" şirkətinə (neft məhsulları idxalçısı) himayədarlıq etməkdə ittiham olunurdu. Belə ki, şirkət daha artıq qiymət təklif etməsinə baxmayaraq, dövlət tərəfindən keçirilən tenderdə qalib gəlib. Yəni, eks-prezidentə qarşı ittihamların mahiyyəti ondan ibarət idi ki, o, 2013-cü ildə "Fleş" şirkətinə fermerlər üçün subsidiyalaşdırılmış dizel yanacağının tədarükü üzrə tenderi qazanmağa kömək edib. Nəticədə Ermənistan hökumətinə milyonlarla dollar zərər dəyib.
S.Sarkisyan "dizel işi" üzrə dövlətə 1 milyon dollara yaxın zərər vurmaqda ittiham olunurdu və mayın 31-də “dizel işi”ndə cinayət tərkibi olmadığına görə bəraət aldı. Prokurorluğun Serj Sarkisyanın hökmündən protest verəcəyi də bəllidir.
“Joqovurd” qəzeti yazır: “BŞH-də Serj Sarkisyanın işinə baxan hakim Vahe Misakyanın intizam icraatı ətrafında müzakirələr qızışır. Məlum olduğu kimi, hakimin intizam tənbehi ilə bağlı qərar bazar ertəsi, sentyabrın 30-da dərc edilməli idi, lakin “Joqovurd” gündəlik qəzetinə məlum olub ki, TŞ qərarın dərcini təxirə salaraq oktyabrın 4-nə təyin edib.
Nəşr iddia edir ki, Mərkəzi Ədliyyə Komitəsi Nikol Paşinyana sadiqliyini nümayiş etdirərək Misakyanın səlahiyyətlərinə xitam verəcək:”Məlum olduğu kimi, hakim Misakyana qarşı bu il ikinci dəfədir ki, intizam icraatı başlanıb. İlk dəfə olaraq, bu il aprelin 24-də Ali Məhkəmə-Hüquq Şurası Yerevan Birinci İnstansiya Cinayət Məhkəməsinin hakimi Vahe Misakyana qarşı intizam tənbehi tətbiq edilməsi ilə bağlı Hakimlərin Baş Assambleyasının Etika və İntizam Məsələləri Komitəsinin vəsatətinə baxıb. Şəhər, bunu təmin etməyə qərar verdi. İrəvan şəhər birinci instansiya məhkəməsinin hakimi Vahe Misakyana şiddətli töhmət verilib”.
Erməni müxalif qüvvələri səlahiyyətindən istifadə edərək Ermənistanın büdcəsinə külli miqdarda zərər vuran cinayətkar Serj Sarkisyandan diqqətləri yayındırmaq üçün prosesin Azərbaycan liderinin tapşırığı ilə gündəmə gəldiyini iddia edirlər. Halbuki, Əliyev Ermənistana NOTA verib Xocalı qatillərini tələb etmiş olsaydı bu iddia keçərli hesab olunardı.
Əntiqə Rəşid
Digər Xəbərlər
15 Dekabr 2025 19:00
TƏBİB rəhbərindən nöqsanlarla bağlı xəbərdarlıq
15 Dekabr 2025 18:42
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına QƏRAR VERİLDİ
15 Dekabr 2025 18:39
Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat
15 Dekabr 2025 17:39
"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirildi
15 Dekabr 2025 15:34
Amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir
15 Dekabr 2025 15:31
Prezidentin general-leytenant rütbəsi verdiyi Adil Abdullayev kimdir?
15 Dekabr 2025 14:17
Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM
15 Dekabr 2025 11:49


Bakı -°C


