adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Dekabr 2019 17:03
53342
MARAQLI

Qatil qadınların doğma “əl işləri”

Qadınlar Yaradanın ənzərif əsəridir. Anadırlar,bacıdırlar, qız övladıdırlar, həyat yoldaşıdırlar. Qadın, xüsusən, Azərbaycan qadınları ağlı-başı dünyanı dərkedəndən ölənə qədər təəssübkeş, qayğıkeş, cəfakeş kimi imicləri özündə birləşdirib.Kiminsə qızıdırsa, atasının, qardaşının, kiminləsə ailə qurursa ərinin, dünyayagətirdiyi oğulun təəssübünü, zəhmətini, qayğısın çəkir. Yazılmamış qanunlar var. Bax, o qanunlara əsasənölənə qədər onları qoruyur, yollarında ölümə getməyə hazır olur. Elə bil doğuluşdan boyunlarının borcu olub...

Amma bəzən bu zərif möcüzələr dönüb qatil də ola bilir. Elə ənçox sevdikləri atanın, qardaşın, həyat yoldaşının, oğulun qatili...Statistikada biz deyənideyir:

-Ötən il sentyabrın 12-də yaşadıqları Qusar rayonunun Ləcətkəndində Alena Bağışova qardaşı Bağış Bağışovu qətlə yetirib.

-2017-ci il noyabrın 7-də Sabunçu rayonunda yaşayan TünzaləVəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsindəözünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib.

- Masallının Qəriblər kənd sakini, 1984-cü il təvəllüdlüGülnarə İsmayıl qızı Əzizova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1984-cüil təvəllüdlü Azər Azadxan oğlu Ağayevi bıçaqla qətlə yetirib.

- Sabunçu Rayonun Ramana qəsəbəsində 1990-cı il təvəllüdlüGülnar Mirzəyeva aralarında yaranan münaqişə zəminində əri 1984-cü il təvəllüdlüŞəmsi Babayevi bıçaqlayıb.

-Kəpəz rayon sakini1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova aralarında yaranan mübahisəzəminində oğlu-2005-ci il təvəllüdlü Elmir Telman oğlu Hüseynovu həyətyanı sahədəolan su quyusunda boğub-öldürüb. Və sair...

Bəşər övladı anlamaqda bəzər çətinlik çəkir. Qadın-ana,bacı, həyat yoldaşı, qızövladı öz doğmasını niyə, hansı səbəbdən qətlə yetirir? Ümumiyyətlə, qətl törətmək zərif məxluqlarınzəif olmadığının mütləqtəsdiqidirmi? Tarixənəzər salsaq, öz doğmalarına, eləcə də , hər kəsə qarşı "ölüm fərmanı”imzalayan qatilqadınların hərəkətləri anlaşılmayıb.Tarixdə iz salmış cinayətləri və qətilləriilə tanınmış qadınlar haqda məlumatlara diqqətlə nəzər salın.. Siz necədüşünürsünüz, qadınlar niyə qatil olur?

Bu arada Adalet. azinsanlıq tarixində ən qəddar və təhlükəli 12 qadını təqdim edir:



1. Darya Nikolayevna Saltikova (1730—1801)



Bu dünyanın ən qəddar qadını kimi tarixə düşən rus mülkədar qadınıdır.

Sadist və qatil qadın 139 kəndlisini öldürtdürüb. Öldürülənlərin çoxu qadınlarvə qızlar olub.

Darya Nikolayevna Saltikova ölüm hökmü verilib, lakin edam monastr həbsxanasıilə dəyişdirilib.



2. Kraliça I Mariya (1516-1558)



İnglis kralı VIII Henrinin və onun birinci xanımının qızı. Atasının ölümündənsonra taxta çıxaraq özünü Kraliça və Anqlikan kilsəsinin (İngiltərədəprotestant dininin bir qolu) başçısı elan edir.

Ölkədə restavrasiya dövrü protestantların qəddar edamı fonunda aparılır.Günahsız insan öldürülür, asılır və yandırılır. Xalq onu Qanlı Mariyaadlandırırdı.



3. Mayra Hindli (1942-2002)



Silsilə qətllər törədən qadın killer xanım dostu İen Brayenlə "ingiltərəliBonni və Klayd” adı almış Marya Hindli. Bir neçə il ərzində ikisi əl-ələ verərək10-17 yaşlı 5 azyaşlı uşağı oğurlayıb, ölənə qədər işgəncə verərək öldürüblər.

Polis qurbanların cəsədlərini Mançestrin yaxınlığındakı bataqlıqda aşkaredirdi. Bonni və Klaydın öz cinayətlərini tarixə salmaq üçün yazdıqlarıaudioyazılar bütün ölkəni dəhşətə gətirmişdi.

Ömürlük həbsə məhkum olan bu qatil qadınlar öz əməllərindən peşman olmadılar.Hökm elan olunan vaxt sakitcə oturub dondurma yeyərək məhkəmə iclasının sonunugözləyirdi. Marya Hindli həbsxana xəstəxanasında ürək tutmasından ölüb.



4. İzabella Kastilskaya (1451-1504)



İzabella Kastilskaya və əri Ferdinand Araqonski İspaniyanın birləşməsində vəgüclü dövlət qurulmasında başlanğıc idilər. Kraliça həmçinin məşhur səyyahKristofer Kolumbun himayədarı kimi tarixə düşür.

O, qeyri-katoliklərə qarşı münasibətində qəddarlığı ilə şöhrət qazanmışdı.Çılğın və əsl katolik qadın dini təmizləmələr epoxasını başlayır.

İzabel Kastilskayanın dövründə İspaniyanı yəhudi və ərəblərdən ibarət 200 minəyaxın insan tərk etmişdi. Qalanlar xaçpərəstliyi qəbul etməyə məcbur edirdilər.İzabellanın əmri ilə qeyri-xaçpərəstlərin tonqalda yandırılırdılar.

5. Beverli Eplit (1968)



İngiltərəli tibb bacısı 1991-ci ildə 4 körpə öldürmüşdü, daha beşini isə ciddizədələmişdi.

O, uşaqların qanına küllü miqdarda insulin vuraraq onlarda ürəkağrısıyaradırdı.


6. Meri Enn Kotton (1832-1873)



Arsenat turşusu ilə 20-ə yaxın insanı zəhərləyərək öldürüb. Həyatı boyunca birneçə ərini, uşaqlarını və hətta öz anasını öldürmüşdü.

O, öldüdüyü insanlara əzab verməyi sevirdi. Merinin qohumlarının, ətrafındakıinsanların eyni dərddən ölməsi polisi şübhələndirir və qatil qadın həbs edilir.

Onun asılmasını yerinə yetirən cəllad, bilərəkdən kətili ayağının altından çəkməyi"unudur" və onun əzablarını uzadır.



7. Elza Kox (1906-1967)



”Buxenvald qarı”sı kimi məşhur olan bu xanım konslaqerin komendatının arvadıidi.

O, həbs olunanları qamçılayır, onlarla məzələnir, döyür və öldürürdü. Kox1967-ci ildə türmədə özünə qəsd eləmişdi.



8. Ketrin Nayt (1956)



Avstraliyanın tarixində ömürlük həbsxana həyatına məhkum olunmuş ilk qadını...

2001-ci ilin oktyabrında ailə münaqişəsındə ərini öldürüb, bədənini hissələrəayırıb, sonra isə ölmüş cəsədi təhqir etmişdi.


9. Yekaterina Mediçi (1519-1559)



Fransa tarixində ən qanlı bazar günlərindən birinin təşkilatçısı KraliçaYekaterina Mediçi.

O, 14 yaşında Şahzadə II Henrik de Valyaya ərə gedib. Fransa tarixinin ən qəddarqadın hakimlərindən olan Yekaterina Mediçi katoliklərlə protestantlar arasında24 avqust 1572-ci ildə törədilmiş qanlı "Valfolamey gecəsi"nin əsas təşəbbüskarıdır.


Əntiqə Rəşid