Qaribaşviliyə qarşı rəsmi ittiham irəli sürüldü

Gürcüstan Prokurorluğu ölkənin sabiq Baş naziri İrakli Qaribaşviliyə qarşı rəsmi ittiham irəli sürüb.
Adalet.az xəbər verir ki, bu barədə məlumat qurumda keçirilən brifinqdə açıqlanıb.
Məlumata görə, ittiham Qaribaşvilinin və digər keçmiş yüksək vəzifəli şəxslərin fəaliyyətinə dair araşdırma çərçivəsində irəli sürülüb. Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin direktoru Emzar Qaqnidze bildirib ki, İrakli Qaribaşvili istintaqla əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.
"Keçmiş baş nazir İrakli Qaribaşvili Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində müsahibə verib, o, istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib", – E.Qaqnidze qeyd edib.
Oktyabrın 17-də Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze bildirib ki, istintaq çərçivəsində İrakli Qaribaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli 8 nəfərin evində axtarışlar aparılıb. Axtarış zamanı müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda nağd pul götürülüb.
Əməliyyat Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə və Dövlət Təhlükəsizliyi Departamentlərinin istintaqı çərçivəsində həyata keçirilib.
Digər Xəbərlər
24 Oktyabr 2025 11:32 Ermənistanda ombudsmana qarşı araşdırmalara başlanıldı
24 Oktyabr 2025 09:43 İmamoğlu bu dəfə casusluğa görə dindiriləcək
24 Oktyabr 2025 09:20 Trampın Rusiyaya qarşı sanksiyaları Ağ Evi təəccübləndirib
24 Oktyabr 2025 09:06 “Süni intellekt insanları işsiz qoyacaq” - Mask
24 Oktyabr 2025 08:39 TRIPP layihəsi yeni bir ticarət yolu yaradacaq - Amerikalı senator
23 Oktyabr 2025 17:42 Trampdan xəbərdarlıq: ABŞ İsrailə bunu etməyə icazə verməyəcək
23 Oktyabr 2025 16:58 Pezeşkian: Urmiyanı görün biz nə günə qoymuşuq
23 Oktyabr 2025 16:35 

Bakı -°C 






