Azərbaycanda qadın hakimlərin sayı açıqlandı

"Ötən dövrdə 2500-dən çox hakimliyə namizəd seçim prosesində iştirak etmiş, onlardan 254 nəfəri uğurla nəticə göstərərək dövlət başçısının müvafiq sərəncamları ilə birinci instansiya məhkəmələrinin hakimi vəzifəsinə təyin edilmişlər".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov deyib. O bildirib ki, hazırda məhkəmə sistemində 645 hakim fəaliyyət göstərir:
"Növbəti ilin əvvəlinə hakim sayının 720-yə çatdırılması nəzərdə tutulur. 2019-cu ilə qədər təyin edilmiş 415 hakimin cəmi 63 nəfəri qadın olduğu halda, sonrakı illərdə təyin edilən 254 hakimin 119 nəfəri qadınlardır. Belə bir yanaşma ölkəmizdə gender bərabərliyinin təmin olunması və qadınların məhkəmə sistemində fəal iştirakının bariz nümunəsidir. Hazırda məhkəmə sistemində qeyd etdiyim 645 nəfər fəaliyyət göstərən hakimlərdən 175 nəfərini qadınlar təşkil edir".
Digər Xəbərlər
24 Oktyabr 2025 11:56 Azərbaycanda bu məhkəmələrə hakimlər təyin edilib
22 Oktyabr 2025 12:26 Beynəlxalq axtarışda olan daha 4 nəfər Azərbaycana ekstradisiya edildi
21 Oktyabr 2025 17:32 Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi
21 Oktyabr 2025 16:29 Ruben Vardanyanın vəkildən imtina edib
21 Oktyabr 2025 13:53 Cəlilabadda məhkəmə yaşlı kişini təhqir edən şəxsi cəzalandırdı
17 Oktyabr 2025 11:22 Bu QHT sədrlərinə cinayət işi açıldı
16 Oktyabr 2025 14:23 Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir
16 Oktyabr 2025 13:36 

Bakı -°C 






