24 Oktyabr 2025 08:39
83
DÜNYA

TRIPP layihəsi yeni bir ticarət yolu yaradacaq - Amerikalı senator

TRIPP layihəsi (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) Azərbaycanı Naxçıvanla birləşdirəcək, eyni zamanda, yeni bir ticarət yolu yaradacaq.

Adalet.az  Azərtac-a istinadən xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns Vaşinqtonda "ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və digər regional dövlətlər bundan faydalanacaq.

Senator qeyd edib ki, Ata Corc Buşdan indiyədək Amerika Birləşmiş Ştatlarının (ABŞ) hər bir Prezidenti Ermənistanla Azərbaycan arasında münaqişənin həllini tapmaq üçün sülh təşəbbüslərini irəli sürdü, lakin hamısı uğursuz oldu.

"Bu Tramp administrasiyasının Cənubi Qafqazda sülh əldə etməyi prioritet hesab etdiyi bir vaxtda baş verdi. Həm Ermənistan, həm də Azərbaycan ABŞ-la unikal tərəfdaşlıq şəraitində müstəqil gələcəyə doğru üz tutdu. Deməliyəm ki, Stiv Uitkofun komandası dərhal bu müqavilənin ən çətin məsələlərini həll etməyə başladı", - Dayns əlavə edib.