QARDAŞLIQ QƏLƏBƏ QAZANACAQ!
Martın 26-da «Qalatasaray» Bakıya gəlir və Beynəlxalq Olimpiya stadionunda «Qarabağ»ın qonağı olacaq. Türk dünyasının iki əjdaha komandası qarşılaşacaq. Və bu oyunda yığılan pul da qardaş ölkədə zəlzələdən zərərçəkənlərin hesabına köçürüləcək. Yəni bu görüş xeyriyyə məqsədi daşıyır.
Baxıram, saytlarda, sosial şəbəkələrdə görüş geniş müzakirə olunur. Ay nə bilim əsas heyətlər oynamayacaq, ay nə bilim, stadion uzaqdı və sair və ilaxır. Amma bir nəfər maraqlı yazmışdı, deyəsən belə idi ki, BOS-da futbola baxmaq elə bil Binəqədidə oturub Balaxanıda futbola baxırsan. Xeyli güldüm. Həqiqətən elədir, iki-üç dəfə də mən həmin stadionda futbol izləmişəm. Gərək teatrda olduğu kimi özünlə durbin də götürəsən.
Nə isə. Bunlar bir bəhanədi. Qardaş ölkədə zəlzələ olan günün sabahı birinci yetişən Azərbaycan oldu. Ən çox xilasedicilər də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları idi, ən çox yardımı da Azərbaycan dövləti, Heydər Əliyev Fondu və Azərbaycan xalqı göstərdi. Elə adamlar oldu ki, evdəki son yorğan-döşəyini bağışladı.
İndi «Qarabağ»-«Qalatasaray» oyunu da xeyriyyə məqsədi daşıyır. İnanıram ki, stadion ağzına qədər dolacaq. Xalqımız qardaş ölkəni nə qədər sevdiyini bu oyunda da göstərəcək.
Qaldı kimin qalib gəlməsinə, bu o qədər də böyük önəm daşımır. Qalib qardaşlıq olacaq!
Digər Xəbərlər
02 Yanvar 2026 09:00
"Liverpul" öz meydanında qalib gələ bilmədi
01 Yanvar 2026 20:00
Mahirin vurduğu qol ən yaxşılar sırasında - VİDEO
31 Dekabr 2025 09:21
Ronaldodan son 16 ildə bir ilk
31 Dekabr 2025 09:10
Məşhur futbolçu karyerasını yekunlaşdırdı
30 Dekabr 2025 11:44
Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32


Bakı -°C

