adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Iyun 2022 14:41
1304
MƏDƏNİYYƏT

Qarabağla bağlı film nümayişi zamanı erməni məkri: Fransada təxribat...

İşğalçı Ermənistan ordusu 30 ilə yaxın Azərbaycan torpaqların özünü “fateh” kimi hiss edərək qəhrəmanlığına müxtəlif formatlarda ( qısametrajlı, tammetrajlı hətta reklom rolikləri) filmlər həsr etdi. Tam 30 il o filmlərlə ruhumuzu ağrıtdılar, qürurumuza təhqir etdilər, yurd həsrətimizi birə beş alovlandırdılar. Yaddaşınızı yeniləmək üçün həmin filmlərdən bir neçəsinin adını çəkim:
 

1. Ermənilər 6 ölkə ilə birlikdə “Axırıncı sakin” adlı film çəkiblər. Filmdə Azərbaycan ermənilərə hücum edir, tək qalan bir qız atasını gözləyir. Atasını azərbaycanlılar əsir götürür, dəlixanaya salır və ermənilərə geri qaytarmır. Ssenari bu səpkidədir. O filmlə bir neçə festivalda rastlaşmışam. Ermənilər 2018-ci ildə Kannda keçirilən “Aralıq dənizi” festivalına o filmlə qatılmışdı.
 

2. Ermənilərin "Qarabağ" haqqında çəkdiyi “Əgər külək əsərsə” filminin büdcəsi 12 milyon dollardır və hətta həmin film dünyanın ən məşhur “Kann film festifalı”nda (73-cü festival ) “ “ən yaxşı” 56 filmdən biri oldu. Filmin rejissoru erməniəsilli Nora Martirosyan Fransa vətəndaşıdır.
 

3.2016-cı ilin aprelində Qarabağda baş vermiş 4 günlük Aprel döyüşlərinə həsr edilmiş “Cənnətin qapıları” filmi 2020-ci ildə Moskva kinofestivalında nümayiş olundu. Filmin rejissoru Civan Avetisyan filmin Rusiyanın ən nüfuzlu kinofestivalında nümayişini böyük uğur adlandırıb. Rejissor Civan Avetisyanın çəkdiyi filmdə almaniyalı aktyor Rixard Zammel, Nina Krongyaer, Rusiya Milli Filarmonik Orkestrinin baş dirijoru, SSRİ və Rusiya Xalq artisti Vladimir Spivakovun qızı Tatyana Spivakova və erməni aktyorlar çəkilib.
 

Təəssüf doğuran məqam ondan ibartədir ki, çəkilişləri Qarabağda və Avropada aparılan filmin maliyyələşməsi Ermənistanla yanaşı, Litva, Almaniya, Bolqarıstan, Çexiya, İtaliya və Avstriya tərəfindən aparılıb.

4. 2020 –ci ildə Berlin Beynəlxalq Film Festivalının "Forum" proqramına "Qara Bax Artsax" filmi daxil edildi. Azərbaycanlıların internet üzərindən bütün etirazlarına baxmadan film festivalda nümayiş olunub.

5 Nəhayət ABŞ-da yaşayan erməni Milyarder Kİrk Krekoryan Hollivudda ilk dəfə "Qondarma erməni soyqırımı" mövzusunda olan “Vədə” filminin çəkilməsi üçün 100 milyon dollar ayırdı. Film romantik səhnələrlə dolu bir sevgi hekayəsi ətrafında soyqırımın təbliğatı idi. Film “Oskar”a namizəd oldu.Bütün türk dünyasına nifrətlə hədəflənmiş Vədə filmi. Terri Corcun rejissorluğu ilə çəkilmiş, əsas rollarını Kristian Beyl və Oskar Ayzekin oynadığı, erməni soyqırımından bəhs edən “tarixi “dram filmi oldu və dünyanın bir çox kinoteatrlarında viziona girdi.

Bütün bunların fonunda Azərbaycan nəinki bu tədbirlərin qarşısını almaq, hətta tədbirlərin gedişinə mane olmaq kimi fikirlərə düşmədi. Ermənilər isə təxəyyül məhsulu obrazlar, saxta tarix və qurmaca səhnələrlə tədbirlərini davam etdirdilər, təbliğatlarını uğurla apardılar

Bu gün aldığımız məlumat da ermənilərin Fransanın paytaxtı Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum etməsi isə ermənilərin “erməniçilik” xəstəliyinin məngənəsində hələ də çarpışdığını büruzə verib.

Adalet.az Report-a istinadən xəbər verir ki, ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.
 

Təxribatçılar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Onlar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV" kanalına etirazlarını bildiriblər.
 

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.
 

Ermənilər növbəti dəfə təsdiq etdilər ki, xəstə təxəyyüllü, paxıl və terrorçu ruhlu kütlədirlər

Qeyd edək ki, ermənilər hər cəhddə azərbaycanlılara qarşı terrorçu hərəkətlər etməklə ürəklərini soyutmağa çalışıblar Yəqin ki, çoxunuz unutmamısınız: 44 günlük müharibədən əvvəl Tovuz döyüşləri baş verdi və döyüşdə məğlub olan ermənilər Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçika və Avropanın digər ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə təxribatçı hücumlar etdi, dünyanın hər yerində yaşayan azərbaycanlılara qarşı xəsarətlər törətdilər. Yəqin onu da unutmamısınız ki, Los-Ancelesdə 3 min erməni 50 azərbaycanlıya hücum etdi, nəticədə biri qadın olmaqla 7 nəfər müxtəlif bədən xəsarətləri aldılar. Eləcə də Brüsseldə ermənilər azərbaycanlılara hücum edərək, fiziki xəsarətlər yetirdi.


Əntiqə Rəşid