adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2024 17:04
1461
MƏDƏNİYYƏT

Əməkdar artist: “Din həyata qayıdışdır”

Əməkdart artist Rafael İsgəndərov açıqlması ilə diqqət çəkib.

Adalet.az bildirir ki, aktyor keçmiş vərdişlərindən söz açıb:

“Ümumiyyətlə, dinə bağlı olmaq həyata qayıdışdır. Allaha ibadət etmək mənə bu ömür yolunda azmağa imkan vermir. Köhnə vərdişlərimlə, keçmiş qaydayla yaşasam, Allah bilir hansı qəbirstanlıqda idim. Gecə yarısı məclislərdən çıxırdıq, demək olar ki, heç evə gəlmirdik. Gəlsək də beynimdə sual yaranırdı ki, məni kim gətirib? Necə gəlmişəm evə?
Cox şükür belə həyat arxada qaldı”.

Əntiqə