Qarabağdakı qanunsuz silahlı birləşmələrə verilən silah və texnikanın sayı açıqlandı
Fevralın 17-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Adalet.az-ın məlumatına görə, məhkəmədə qeyd olunub ki, Ermənistan dövləti vaxtilə işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində yaratdığı və onun nəzarəti altında fəaliyyət göstərmiş qondarma “Dağlıq Qarabağ respublikası”nı və onun qanunsuz silahlı birləşmələrini Ruben Vardanyan və digərləri vasitəsilə ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41 min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə kompleksi “Pole-21”, naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün istifadə edilən “Repellent-1” radioelektron mübarizə kompleksi ilə silahlandırıb.
Digər Xəbərlər
06 Mart 2026 11:53
Sumqayıtda ər özündən 18 yaş balaca arvadını öldürdü
04 Mart 2026 19:00
Müayinə olunmaq üçün getdiyi klinikada həkimin pulunu oğurladı
04 Mart 2026 17:39
Abşeronda bir gecədə dörd evi taladılar
04 Mart 2026 11:02
Qanunsuz saxlanılan 5 avtomat, 23 tüfəng tapıldı
04 Mart 2026 10:56
Beynəlxalq axtarışda olan daha 2 nəfər Azərbaycana gətirildi
04 Mart 2026 10:50
"TikTok"dakı qeyri-etik paylaşımlara görə həbs edildilər
04 Mart 2026 10:38
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
03 Mart 2026 17:03


Bakı -°C

