Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan
Bu son hadisə (Azərbaycanın Qarabağda antiterror tədbirləri - red. ) Paşinyanla bağlı deyil. Bunun Ermənistan dövlətinə aidiyyatı yoxdur.
Adalet.az xəbər verir ki, bu barədə o Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarına cavabında bildirib.
Türkiyə lideri deyib ki, bu, Qarabağda talançı erməni separatçıları ilə bağlı məsələdir.
O qeyd edib ki, separatçıların sözdə seçki keçirmək cəhdləri həm Ermənistanın baş naziri, həm də Azərbaycanı ciddi narahat edib:
“Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxdı. Bu arada təbii ki, qardaşlarımızı şəhid etməkləri də hadisəni çox fərqli səviyyəyə çatdırdı. Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, öz bildiklərini etməyə davam etdilər və Azərbaycan da addım atdı, çox gec olmadan orada əməliyyatlarını başa vurdu”.
Digər Xəbərlər
12 Sentyabr 2026 16:39
“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə - VİDEO
12 Sentyabr 2026 12:06
"Azərbaycan tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir" - Hikmət Hacıyev
12 Sentyabr 2026 11:22
“Ölkənin lideri dəyişən dünyada Azərbaycanın siyasi çəkisini artırır”
12 Sentyabr 2026 11:21
“Yəməndə Səudiyyə Ərəbistanın dəstəklədiyi qüvvələr məğlub olur”
11 Sentyabr 2026 22:00
Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı
11 Sentyabr 2026 19:28
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
11 Sentyabr 2026 16:08
Hacıyevdən Əliyev-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA
11 Sentyabr 2026 14:13


Bakı -°C

