“Qarabağ” “Sumqayıt”a qalib gəldi
Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
Adalet.az xəbər verir ki, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Lider “Qarabağ” ən yaxın izləyicisi olan “Sumqayıt”ı qəbul edib. Birinci hissə qolsuz bərabərliklə başa çatıb. Hesabı fasilədən dərhal sonra meydan sahibləri açıblar. 52-ci dəqiqədə Ağdam təmsilçisinin sürətli əks-hücumunu Adama Diakabi qarşısıalınmaz zərbə ilə tamamlayıb. Qarşılaşmada son nöqtəni 83-cü dəqiqədə Yassin Benzia qoyub.
Beləliklə, 2:0 hesablı qələbə qazanan Qurban Qurbanovun kollektivi xallarının sayını 54-ə çatdırıb və ən yaxın izləyicisi ilə fərqi 18 xala yüksəldib.
Digər Xəbərlər
20 Mart 2026 23:58
"Neftçi" "İmişli"ni darmadağın etdi
20 Mart 2026 19:42
Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi
20 Mart 2026 09:47
Konfrans Liqası: “Samsunspor” minimal hesabla qələbə qazandı
19 Mart 2026 09:47
Çempionlar Liqasında 1/4 finalçılar bəlli oldu
18 Mart 2026 15:38
“Liverpul”un futbolçusu “Qalatasaray”la oyunu buraxa bilər
18 Mart 2026 11:00
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul" səfərində
18 Mart 2026 09:49
Futbolda tarixi qərar - Kuboku Seneqaldan alıb Mərakeşə verdilər
18 Mart 2026 09:26


Bakı -°C

