“Qarabağ” darmadağınla FİNALDA
Futbol üzrə Azərbaycan Kubokunda "Araz-Naxçıvan"a qalib gələn "Qarabağ" finala yüksəlib.
Adalet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan yarımfinal mərhələsinin cavab oyununda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Yassin Benzia (65) Nəriman Axundzadə (70) və Toral Bayramov (77-p) fərqləniblər.
Tərəflər arasında ilk matçda Naxçıvan təmsilçisi qələbə qazanmışdı- 1:0.
"Qarabağ" həlledici mərhələdə "Sabah" - "Neftçi" cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün saat 20:00-da start götürəcək. Birinci oyunda "bayquşlar" "ağ-qaralar"ı 2:1 hesabı ilə üstələyiblər.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Digər Xəbərlər
05 Noyabr 2025 12:25
"Çelsi" Bakıya bu futbolçularla gəlib
05 Noyabr 2025 11:24
"Qarabağ"–"Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırıldı
05 Noyabr 2025 09:57
"Liverpul" "Real"ı, "Bavariya" PSJ-ni məğlub etdi
05 Noyabr 2025 09:51


Bakı -°C

