adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2020 16:33
45299
LAYİHƏ

Qara Yusif

(əvvəli ötən sayımızda)

Bu fikiri təsdiqləyən başqa birfakt XV yüz ildə yaşamış şair Ənvərinin "Dəst urnamə" adlı poemasındaikinci ərəb xəlifəsi Ömər ibn əl-Xəttabın (634-644) sərkərdəsi Səd Vəqqasınyürüş zamanı bir ulu şəhərdə və onun ətrafında yüz mindən çox oğuz evləri görməsibarədə yazdığı şeir parçasıdır.

Andaqonmuşdu oğuzlar biədəd

Obalarbaşdan-başa, yox ona hədd.

Bufaktlar oğuzların Azərbaycan ərazisində VII əsrdən qabaq yaşadıqlarını göstərir.

Qaraqoyunlutayfası ilə bağlı olan etnonimlər Azərbaycanda, Şərqi Anadoluda və İranda sondövrlərə qədər mövcuddur. Son araşdırmalar göstərir ki, Azərbaycanın Gəncə,Göycay, Neftçala, Yevlax, Bərdə, İmişli, Göyçay, Cəbrayıl, Masallı Ağsu,Qubadlı, Tərtər və Goranboy və s. bölgələrində Qaraqoyunlu tayfa ittifaqınadaxil olan tayfalarla bağlı oykonimlər saxlanılmışdır. Qaraqoyunluların adı iləbağlı son dövrlərə qədər Qərbi Azərbaycanda Qaraqoyunlu mahalı adı ilə mövcudolmuş (hal-hazırda həmin bölgədə Tavuş və Gerkunik adlı iki rayon yerləşir). Məlumhadisələr nəticəsində soydaşlarımızın Qərbi Azərbaycandan çıxmasından sonra həminbölgələr türksüz qalmışdır.

AzərbaycanQaraqoyunlu dövlətinin hökmdarı Cəmaləddin Qara Yusif Barani xalq arasında dahaçox "Qara Yusif" kimi tanınır. Onun Azərbaycanda Teymuri ağalığınason qoyulması və dövlətçiliyimizin bərpa edilməsində tarixi xidmətləri əvəzsizdir.Qara Yusif (1355-1420) 1389-cu ildə atası Qara Məhəmmədin öldürülməsindən sonramərkəzi Ərciş qalası olan Qaraqoyunlu tayfa birliyinə rəhbərlik etmişdir. Möhkəm iradə sahibi olan Qara Yusif rəqiblərinin müqavimətiniqırıb qaraqoyunluların nüfuzunu daha da artırmış və bölgədə yaranmış əlverişlivəziyyətdən faydalanaraq 1391-ci ildə Təbriz şəhərini ələ keçirmişdi. Bu zamanAzərbaycanda monqol mənşəli Cəlairi dövləti hakimiyyətdə idi, Azərbaycanınşimal hissəsində Şirvanşahlar dövləti mövcud idi. Vahid güclü dövlətinolmamasından istifadə edən feodallar əhaliyə zülm edir, bundan istifadə edən ƏmirTeymur və Toxtamışın qoşunları tez-tez hücumlar edir, başda Təbriz olmaqla şəhərlərəldən-ələ keçir, əhalinin mal-mülkü çapıb-talanır, taxıl sahələri, yaşayış yerləridağıdılır, xarabalığa çevrilirdi. Belə bir şəraitdə Cəlairi hökmdarı Sultan ƏhmədləQara Yusif arasında ümumi düşmənə (Əmir Teymura) qarşı ittifaq yaradaraq1394-cü ildə Əmir Teymura qarşı çıxdılar. Bağdat ətrafında baş verən döyüşdəTeymur qalib gəldi. Bu hadisədən sonra Qaraqoyunlu tayfa ittifaqı zəifləmiş həttadağılma təhlükəsi yaranmışdır. Qara Yusifin səyləri nəticəsində bu hadisəninqarşısı alınmışdır. 1400-cü ilin ortalarında Qara Yusif Osmanlı sultanı Bəyazidəsığınmağa qərar verir və 8 ay Türkiyədə yaşayır.

Bu zaman Əmir TeymurunQarabağdan Osmanlı sultanına göndərdiyi məktublarda Qara Yusifin öldürülməsi, təslimedilməsi, yaxud da ölkədən çıxarılması tələb edilmişdi. Osmanlı sultanı İldırımBəyazid cavab məktubunda Teymurun bu tələblərini rədd edərək ona sığınmış birqonağın qovulmasını amansızlıq və imansızlıq kimi qiymətləndirmişdi. 1402-ciilin əvvəllərində Qara Yusif Türkiyəni tərk edərək Sultan Əhmədin Bağdadı ələkeçirməsinə yardım etmiş və Hillədə möhkəmlənmişdi. 1403-cü il iyulun sonundaQara Yusif Hillə yaxınlığında teymurilərlə döyüşdə böyük qəhrəmanlıq göstərsə də,məğlub olmuş və Suriyaya çəkilmişdi. Teymur hər ikisinin təhvil verilməsini tələbetsə də Misir hökmdarı Berqoq ona sığınanları təhvil verməmiş, lakin onunölümündən sonra hakimiyyətə gələn oğlu sultan Fərəc Teymurla münasibətlərinipisləşdirməmək üçün onları həbs etdir. 1405-ci ildə Teymurun ölüm xəbəri müttəfiqlərinazad edilməsinə səbəb olur. Tarixçi-salnaməçi Xandəmirin yazdığına görə, birilin birgə dustaqlığı Qara Yusifə Sultan Əhmədi yenidən barışığa gətirdi. Onlarəbədi dostluğa and içərək şərtləşdilər ki, azadlığa çıxdıqdan sonra Sultan ƏhmədBağdada, Qara Yusif isə Təbrizə yiyələnsin. Teymurun ölümündən sonra onların hərikisi Azərbaycana qayıdır. Qara Yusif yol boyu Misir sərhədlərindən Fəratçayının sahillərinə qədər ərazilərdə ayrı-ayrı feodal həmlələrini dəf edir. Vanərazisində Hilat, Muş və Xunusun hakimi Məlik Şəmsəddin onunla ittifaqa girir.

1406-cı ilin iyununda Sultan Əhmədvə Qara Yusif Bağdadı ələ keçirdikdən sonra Azərbaycanın cənubuna doğru irəlilədilər.1406-cı il iyulun sonunda Təbrizə yaxınlaşdılar. Sultan Əhməd şəhəryoxsullarını öz tərəfinə çəkməyə çalışdı.

Qara Yusiflə Sultan Əhmədinbağlaşmasından xəbəri olmayan Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycanayürüşünü qanuni hökmdarının dönüşü kimi qəbul edərək, "Məmləkət sahibsizolduğundan xalq hər kəsin tamahından əzab çəkirdi. Gəldik, mühafizə etdik, indiməmləkətin ağası təşrif edir, biz də öz evimizə gedəyin" söyləyərəkUçandan Şirvana qayıtdı. Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə Əlincəqalasının bərpa edilməsi barədə fərman verdi. Sultan vergilərin azaldılması vətoplanması barədə təbrizlilərə verdiyi vədə əməl etmədi. Əksinə, daha da cidditədbirlər gördü. Ona görə də az sonra Teymuri Əbubəkr Mirzənin qoşunu Təbrizəyaxınlaşanda, əhali Sultan Əhmədə kömək etmədi və o, yenidən Bağdada qaçdı.Lakin Əbubəkrin qoşunu Qara Yusifin qüvvələrinin öhdəsindən gələ bilmədi.1406-cı ilin payızında Təbrizin yaxınlığındakı Şənbi-Qazanda Qaraqoyunlu vəTeymuri qoşunları qarşı-qarşıya gəlirlər. Bu zaman Qara Yusif "Bizim şəxsidüşmənçiliyimiz üzündən bu qədər insan tələf olur; igidlik və bahadırlıqikimizin qarşı-qarşıya gələrək vuruşmasındadır" deyərək düşmən sərkərdəsi ƏbuBəkri açıq döyüşə çağırır. Lakin o bu təklifdən imtina edir. Qaraqoyunlu qüvvələriteymuriləri məğlub edir. Əbubəkr üzərində bu ilk qələbə Qara Yusifin şöhrətinixeyli artırdı, onun sonrakı qələbələrinin müjdəçisi oldu.

Əbubəkrin məğlubiyyəti atasıMiranşaha ağır təsir etdi. Odur ki, 1408-ci il aprelin 21-də Sərdrud adlı yerdəQara Yusifin qüvvələri ilə Teymurilər arasında ikinci döyüş oldu. Bu döyüş dəQaraqoyunluların qələbəsi ilə başa çatdı. Miranşah öldürüldü, Teymurilər təslimoldular. Beləliklə, Teymurilərin Azərbaycandan qovulmasında Qaraqoyunluların həlledicirolu oldu. Nəticədə Azərbaycanın cənub torpaqları onların hakimiyyəti altınakeçdi.

(ardı gələn sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.