adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 May 2020 17:24
42419
LAYİHƏ

Qara Yusif

XIV əsrin sonu - XV əsrin əvvəlləriAzərbaycan tarixində mühüm dönüş dövrüdür. Bu dövr xalqımızın yadelli əsarətindənazad olması, müstəqil dövlətçilik ənənələrinin yenidən bərpası və bu uğurdamübarizəsi kimi tarixə daxil olmuşdur.Azərbaycanda Monqolların ağalığına son qoyulmuş, eyni zamanda OrtaAsiyadan yeni təhdit Teymurilərinhücumları başlanmışdır. Bu gərgin dövrdə xalqımızın azadlığı, dövlətçilik ənənələrininbərpası kimi ağır missiyanı Qaraqoyunlu tayfaları öz üzərlərinə götürmüşdür.

Qaraqoyunluların mənşəyi:

Tarixi qaynaqlardan məlum olurki, bu tayfa (Qaraqoyunlu, həmçinin dəAğqoyunlu) birləşməsi "Türkman" adlanan etnik qrupa mənsubolub. Bu frazanın yaranması ilə bağlı müxtəlif fikirlər var.

Bir xalac rəvayətində deyilirki, Makedoniyalı İskəndər Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onlarıntürklərə oxşadığını qeyd edir və bu səbəbdən də xalacları "türk manənd"(türkə bənzər) adlandırmışdır. Beləliklə də ilk dəfə "Türkmən-türkman"ifadəsi meydana çıxmışdır.

Tarixçilər isəbu ifadənin yaranmasınbaşqa cür izahedirlər. V.V.Bartold bu barədəyazır: "Türkmən" bu söz XI əsrdənilk əvvəl İran tarixçiləri Qardizi və Əbül Fəzl Beyhəqi tərəfindən fars dilinincəmində - "Türkmanan" formasında, türklər "oğuz", ərəblər"quzz" mənasında işlətmişdir.

"Türkmən" istilahıilk dəfə ərəb coğrafyaşünası əl-Müqəddəsinin əsərində "ət-türkman" vəyaxud "türkmaniy-yun" şəklində xatırlanmışdır. "Türk manənd"("Türkman") - əsil məkanı və mənşəyi çox da aydın olmayan bu sözüMahmud Qaşğari fars etimologiyasına əsasən "türkə bənzər", "türkəoxşar" şəklində təqdim etmişdir.Mahmud Qaşğari yalnız oğuzlan deyil,qarluqların da özlərini "türkman" adlandırdığın qeydedir.

Tədqiqatçıların fikrinə görə, Xəsrdə oğuzlar islam dinini qəbul etdikdən sonra onlara "türkmən və yatürkman" deyilmişdir. Bu barədəV.V.Baritold yazır: "müsəlman oğuzlar həmçinin 'türkman" (türkmənlər)adlandırılmağa başlandılar. V.İ.Jirmunski qeyd edir: 'Türkmən" etnikistilahına ərəb mənbələrində X əsrin II yarısından etibarən təsadüf olunur.Türk tədqiqatçısı F.Köprülü də Mahmud Qaşğarinin məlumatlarına əsaslanmış və"türkman" adını müsəlman əqidəli oğuzlara verildiyini göstərmişdir. FaruqSümer də Biruninin verdiyi məlumatlara əsaslanaraq islamı qəbul etmiş oğuzlara"türkman" deyildiyini qəbul edir". Digər tərəfdən"türkman" sözünün hələ VIII əsr Çin ensiklopediyası"Tundyan"da "te-qomen" formasında işləndiyini göstərmişdir.

Tarixi mənbələrdə oğuzların islamı qəbuletməsi X əsrə təsadüf edir ki, bu haldaVIII əsr Çin ensiklopediyasında "Türkman" ifadəsinin işlənməsiyuxarıda qeyd edilən fikirlərləziddiyyət təşkil edir. Bufakt hələ də aydınlaşdırılmamışdır.

Bununla bərabərmüasir tarixşünaslıqda "türkmən" sözü islam dinini qəbuletmiş oğuzlara verilmiş bir ad kimi qəbulolunur. "Türkmən" istilahı həm də oğuzların daha çox köçəriliketmiş hissəsinə şamil edilmişdir. Müasir Azərbaycan dilində "tərəkəmə"kəlməsinin mövcud olması bununla əlaqələndirilir.

Maraqlıdır ki, orta əsrlərinBizans müəllifləri də Kiçik Asiyadakı köçəri oğuzları "türkmən" adıilə təqdim etmişdir. Qaraqoyunluların oğuzlarınhansı boyuna mənsubolması ilə bağlı yekdilfikir yoxdur. Faruq Sumer XV əsrin Osmanlı tarixçilərindən MövlanaŞükrullaha əsasən Qaraqoyunluların Oğuz nəslindən Dəniz xanın oğulları olanİğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olduğunu bildirir.Tarixçilərin böyük əksəriyyəti Yıvə boyu ilə Qaraqoyunluların nəsliqohumluq əlaqələrinin olduğunu qeyd edirlər. Onlar bunu Qaraqoyunlu sikkələrində olan damğalarınOğuz damğalarından daha çox Yıvə damğasına bənzəməsi ilə əsaslandırırlar.

Qaraqoyunluların Azərbaycanda məskunlaşması:

XI əsrdə Azərbaycana və KiçikAsiyaya gəlmiş türk-səlcuq tayfalarının əsas hissəsini oğuzlar təşkil etmişdir.Bu tarixə III (həmçinin sonuncu) türkaxını kimi düşərək Azərbaycanxalqının formalaşmasını başaçatdıran hadisə hesabolunur. Bu axında Ağqoyunlu və Qaraqoyunlutayfalarının da olduğu və həmintayfaların Azərbaycana X-XI əsrlərdə məskunlaşması qeydedilir. Türk dünyasının ən qədim epikabidələrindən biri sayılan"Kitabi-DədəmQorqud" eposuna diqqətyetirsək boylarda ağqoyunlu vəqaraqoyunluların yaşam tərzinintam əksetdirildiyini müşahidə edərik.

Nəzərə alsaq eposoğuzların islamiyyətdən öncəki, islamiyyətin ilk çağlarındakı və sonrakıdövrləri əhatə edir və buhadisələrin mütləq əksəriyyəti Azərbaycan və Şərqi Anadoluda başverir, onda demək olar oğuzlar(qaraqoyunlular və ağqoyunlular) Azərbaycanda III Türkaxınından qabaq mövcudolublar. Görkəmli alimlərimizZ.Bünyadov və O.Əfəndiyevin"ehtimal etməyə əsas var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinədaxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycandaməskunlaşmış və monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıbçıxarılmışlar" fikri yuxarıda qeydetdiklərimin dolayısı ilə doğruolması anlamına gəlir. Çünki faktlar göstərir ki, yerli,oturaq əhali ilə türkman tayfalarının qaynayıb-qarışma prosesi XI əsrdən xeyli əvvəllərətəsadüf edir. Məhz bunun nəticəsi idi ki, qərbi türkmənlər Orta Asiya türkmənlərininbirbaşa xələfləri olsalar da Şərqdə, Orta Asiyada məskunlaşmış həmqəbilələrindənəhəmiyyətli dərəcədə fərqlənməyə başlamışdılar. Yeni keyfiyyətlərinqazanılması, fərqli xüsusiyyətlərin təşəkkülü prosesində ilkin vətəndənuzunmüddətli uzaqlaşma mühüm rol oynamışdır. Buversiyanı gücləndirəcək digərfakt isə türk tarixçisi F.Kırzıoğlunun qaraqoyunluların mənşəyini"Kitabi-Dədəm Qorqud" eposuna əsaslanaraq III əsrdə Şərqi AnadoluyaTürkistandan gəlmiş Mamik və Qonaq adlı türk bəyləri sülaləsi ilə əlaqələndirməsidir.Eyni zamanda VIII-IXyüzilliklərdə yaşamış ƏbuməhəmmədƏbdülməlik ibn Hişamadlı ərəb tarixçisi Kitabül-ticanfi mülük himyər (Himyər hökmdarlarıbarədə taclar kitabı)adlı tarixi əsərindəbeşinci ərəb xəlifəsi IMüaviyə (661-680) iləçağdaşı olan Übeyd ibn Şəriyyəəl-Cürhumi haqqında maraqlı yazı vermişdir. Müaviyə söhbət əsnasında Übeydə müraciət edərək, Azərbaycan haqqında onufikrini öyrənmək istəyərək deyir: "Sən allah, Azərbaycanhaqqında əlaqəniz, təlaşınız vəxatirəniz nədir?"

Übeyd ibn Şəriyyə beləcavab verir: Oratürk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış vətəkmilləşmişlər.

(ardı gələn sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.