adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Yanvar 2019 10:46
88400
MÜSAHİBƏ

Qan Turalı: “Mənim təbəssümüm də qalmaqaldır” – MÜSAHİBƏ

Adalet.az tanınmış yazar, ssenarist Qan Turalıyla Ayxan Ayvazın söhbətini təqdim edir.

- Tural, birinci, səni təbrik edirəm. "Adam” filmixeyli mükafatlar qazandı, yaxşı reaksiyalar oldu. Bu filmin ideyası necəyarandı? Bir az ondan danışaq.

- Çox sağol, Ayxan. Neftçalanın Kürdili adasında tək yaşayan Vitali Pronin haqqında SəbuhiMəmmədli məqalə yazmışdı. Prodüser və rejissor dostlarım dedilər ki, çoxmaraqlı mövzudur, bunu mütləq işləyək. Sonra müraciət elədik Dövlət Sərhəd Xidmətinə.Onlar da sağ olsunlar, başda Elçin müəllim və şəxsi heyət. Bizə çox köməklik elədilərki, filmi çəkək. Film beləcə istehsal olundu. Çoxlu uğur qazandı. Hələ də uğurqazanmaqdadır. Xarici festivallarda da iştirak eləyəcək... Məncə, bütün bunlarhələ başlanğıcdır. Bu işdə rejissor EmilƏli gənc olmasına baxmayaraq həqiqətən də misilsiz istedad və zəhmət nümunəsiolmuşdur. Eləcə də filmin mənimlə birgə prodüserliyini edən Ali Arazın daentuziazmı... Çox məhdud imkanlarla"Adam” filmi ortaya çıxdı.

- Ümumən son dövrlər çəkilən filmlərə münasibətinnecədir? Bu sahəyə yeni daxil olmuş biri kimi səncə çatışmayan nələr var?

-Mən başqayoldaşların işlərinə qiymət vermək istəmirəm. Bununla kinoşünaslar məşğulolsalar yaxşıdır. Mən proza yazdıqdan sonra ədəbi tənqidçiliyin daşını atmışam.Sənət etikasına əməl etməlk vacibdir. Sadəcə, ən ümumi şəkildə demək istəyirəm ki,bütün qazanılan uğurları inkar etmədən kinomuz öz qızıl dövrünü yaşamır.Bununla belə çox böyük canatım və yüksəlişlər gözə dəyir. Tez-tez "Azərbaycanfilm”dəoluram. Çox istedadlı, hekayələri, ssenariləri və şövqləri olan gəncrejissorlar görürəm. İnanıram ki, qazanılmış uğurlar gələcək kino intibahınınçox güclü rüşeymləridir. İndi bizdə çox güclü bir kino nəsli yetişib. Bu nəslinçox güclü potensialı var. Hətta mən fərəhlə deyə bilərdim ki, Azərbaycankinosunda heç vaxt bu qədər güclü potensial olmayıb. Lakin çox təəssüf ki, bəzidövlət məmurları kinoya ayrılan vəsaiti kəsməkdən danışırlar. Mədəni, savadlı,milli və bəşəri dəyərlərlə tərbiyə edilmiş vətəndaş yetişdirmək dövlətin ümdə vəzifəsidir.Məgər bunu incəsənətsiz etmək mümkündür? Azərbaycanda nə qədər idealist müəllimvarsa səni əmin edirəm ki, onların bir insan kimi formalaşmasında "Bizim Cəbişmüəllim” filminin də böyük rolu olub. Doğrudur, kommersiya filmləri istehsaledilir, lakin onların belə bir məqsədi və məramı yoxdur. Azərbaycan kinosu Azərbaycan xalqının, AzərbaycanRespublikasının sərvətidir. Ümid edirəm ki, bu shaəyə diqqət də, maliyyə dəartılacaq. Və bu maliyyənin daha səmərəli xərclənməsi üçün də orijinalmexanizmlər ortaya çıxacaq.

- Sən ədəbiyyat adamısan, ədəbi mühitdən çıxmısan.Kino mühiti ilə necə dil tapırsan? O əvvəlki "ədəbiyyat söhbətləri” üçündarıxmırsan ki?

-Mən heçzaman ədəbiyyat söhbətləri üçün darıxmamışam. Mənim üçün ədəbiyyat söhbətdənyox, yazıdan ibarətdir. Dünən oturub Allah bilir neçənci dəfə "Şəppəli”nioxudum. Sonra düşündüm ki, Azərbaycanda hamı, bütün dövlət qulluqçuları, həkimlər,müəllimlər hamı məcburi şəkildə bu kitabı oxumalıdır. Və mənə elə gəlir ki, bizçayxanalarda çox vaxt itirdik. Bir-birimizə oxşamağa başladıq. Özümüzü təkrarlamağabaşladıq. Ədəbiyyatın özünü yox ətrafını danışmağa başladıq. Əlbəttə, ədəbimühitdə çox gözəl, parlaq istedada malik dostlarımla ünsiyyətim hələ də davamedir. Lakin yenə deyirəm, mənə ədəbiyyatla bağlı söhbətlər daima mənasız gəlib.Ədəbiyyat tənhalıq kimi şeydir, onu təkbaşına yaşamaq gərəkdir. Bir tale kimi,bir alın yazısı kimi... Çox şey eləmədim? (gülür)

- Tural, sənlə bu barədə çox söhbətlərimiz olub."Behzat Ç”ni xüsusi sevdiyini bilirəm. Bir neçə xarici serialları da. Ağlındabir serial ideyası varmı?

- Əslində əlimdəserial projesi var. İki-üç il qabaq yazmışam. Hər şeyi hazırdı. Situativkomediya janrında serialdı. Çox istərdimki, serialım ekranlara çıxsın. Ammamövcud situasiyada bu mümkünsüz görünür. Serial bizdə konveyer üsulu iləçalışır. Bu tempə ayaq uydurmaq, bu tempdə yaradıcılıq ortaya qoymaq mənim üçünmüşküldür.

- Sirr deyilsə... Nədən bəhs edir serial?

- Qısacadeyim ki, gənclərin həyatındandır.

- Aha...

- Yaradıcı gənclərinhəyatı... Yəni bizim həyatımız. Bizim böyük çarəsizliyimiz haqqındadır,Ayxan... (gülür).

- Yaradıcı gənclərin həyatı dedin... Sənyaradıcılığa şeirlə başladın, sonra nəsrə keçdin. Və indi də kino sahəsinəkeçdin. Ədəbiyyat fəaliyyətin davam edirmi? Yazırsanmı yeni əsərlər?

-. Bu il birkitab çap etdirmək istəyirəm. "Dərin cinayət” adlı povest olacaq içində. Adı hələlikşərtidir. "Prokurorun üç günü”povestimin davamıdır. Mən də detektiv qəhrəman silsiləsi başladım axı. Allahaxırımı Dronqodan qorusun. (gülür). Düzdür, mənimki "Made in Azerbaijan”brendidir. İdxal deyil. Kitab üçün iki povest nəzərdə tutmuşam. Digəri "Samir, Samiri”dir. "Azərbaycan” jurnalında çap edilmişdi. Və sonillər yazdığım bir neçə hekayə. Adın dadeyim, day özümünküsən. (gülür) "Ayna”dır adı. Tarkovskiyə heç bir dəxliyoxdur. Borxesə də. Obrazın adıdır. Xüsusi isimdir. Yəni mən ədəbiyyatdan heç bir halda qopmuram.Ruhi-rəvandır ədəbiyyat. Heç nə onun yerini verə bilməz. Elçin müəllimin sözüolmasın, mən hər şeydən əvvəl yazıçıyam.

- Povestinin çapı ilə bağlı bir status yazmışdın.

- Hə, deməli"Dərin cinayət”i verdim nəşriyyata.Onlar da dedi ki, tarixi sənədlər olmalıdır. Dedim sənəd olsa dissertasiyayazaram da. Bədii ədəbiyyata sənəd istəyərlər?

- Tarixi süjetdir deyəsən...

- Anaxronizmvə alternativ tarix. Söhbət Mehdi Hüseynzadənin fonunda Məmməd Əmin Rəsulzadə vəStalindən gedir. Bu hələ görünən üzdür.

- Naşir anaxronizmi anlamayıb və çap etməkdənimtina edib?

- Eynən.

- Hansı naşirdi?

- Onu deyəbilmərəm.

- Tural, tək filmlərlə məşğul deyilsən. Həm də dərsdeyirsən... Aktiv bir fəaliyyətlə məşğulsan...

- Bəli, həmpedoqoji, həm də yaradıcılıqla məşğulam. (gülür)

- Mədəniyyəti çiyinlərin üzərində daşıyırsan...

- (gülüşmə).Allah verəndən...

- Çətin deyil ki? Çatdıra bilirsən hamısına?

- Əlbəttə.Çünki, Ayxan, bunlar hamısı mənim arzuladığım peşələrdi. Yeni layihələrim dəvar, onların üzərində çalışıram. Məncə, insan daim çalışmalı, özünü inkişafetdirməlidir. Azərbaycan da elə bir yerdir ki, ürəyincə istədiyin işlə məşğulolmaq xoşbətlikdir. Əgər mən ürəyim istəyən bir işlə məşğul oluramsa, niyə dəbacarmayım, niyə çatdıra bilməyim? Yoxsa gedim, bəzi şair-yazıçılarımız kimibütün günü araq içim? (gülüşmə) Sonra da status yazım ki, xalq bizə qiymətvermir,

- Hətta vaxt tapıb İzzətBağırovlamünaqişə də yaşaya bilirsən...

-Bir status yazmışdım. Yox e, filmin afişasınpaylaşıb təbəssüm emojisi qoymuşdum. Media da götürüb bunu yazdı, aləm dəydibir-birinə. Özü də film sahəsi elədir ki, burda tənqid az olur deyə qəribəqarşılandı. Medianın da burda xüsusi rolu oldu. Bunu xüsusi vurğulamaq istəyirəmki, media mənim nəşriyyatla problemi işıqlandırmadı, amma İzzətlə olan söhbətişişirtdi. Yəni bu da mediamızın nə qədər cılızlaşdığının sübutudur. Qısacası, mənimbir təbəssümüm də qalmaqaldır, şair. Omahnı necə idi, sənin bir təbəssümün... (gülür)

- Tural, kino sahəsinə meyl etməyin bir səbəbi də ədəbiyyatdakıdurğunluğa görə deyil?

- Əlbəttə,bunun xüsusi rolu var. Mən hesab edirəm ki, ədəbiyyat əvvəlki kimi cəmiyyətdəaktual deyil. Ədəbiyyat elə bir şeydir ki, o gəldiyi zaman zatən yazırsan. Mənimağlıma povest gəldi, oturub yazdım. Lakin ədəbi prosesdə bir donuqluq var. Yəqinki, müvəqqətidir.

- Esselər kitabı...

- Hələplanda yoxdur. Daha doğrusu planda var, amma yazı stolumda yoxdur.

- Səni daha çox esseist kimi qəbul edənlər var.Nasir kimi həmişə tənqid edirlər ki, onda bədiilik azdı və s. Bu barədə nədüşünürsən?

- Deyirlər də,Ayxan... Desinlər... Mənim işim yazmaqdır. Bədiilik kateqoriyasını izah da edəbilərəm, lakin anlamazlar. Yola ver, getsin e... (gülür)

- Yazırsan yenə? Esse janrını nəzərdə tuturam.

- Sıfırdanbir esse kitabı nəzərdə tutmuşam. Görək necə olur. Mənim əbədi işim yazmaqdı. Həttakinoda belə yazıram (gülür).

- Bilirəm ki, Vudi Alleni çox sevirsən. İndi sankibir az özünü ona bənzətmək də var sanki. Hələ də Vudi Allen sevdiyin rejissor olaraqqalır, yoxsa fikrini dəyişmisən?

-Vudi mənimsevgimdir. O heç zaman ölməyəcək bir sevgi. Əlbəttə ki, mənim üçün Fellini vəLars fon Trier də bir ölçü və meyar olacaq qalacaq.

- Vaxtın az olur yəqin ki... Hətta müsahibəni dəqaçaraq alıram səndən. Ədəbi prosesi izləyirsənmi? Yeni imzaları...

-"Ədəbiyyat”qəzetini oxuyuram. Bayaq dediyin yeni imzalarla bağlı durğunluğu ümumi ədəbiprosesdən də müşahidə etmək mümkündür. Xüsusilə diqqətimi çəkən bir imzayoxdur. Amma bu sahədə ədəbi tənqidçilər danışsalar daha yaxşı olar. Xüsusilə dəproza sahəsində yeni imzaların olmaması məni narahat edir. Ancaq bu da birprosesdir.

- Çatışmayan nələr var? Ümumiyyətlə, proses qalıbmısəncə, yoxsa donmuş vəziyyətdədir?

-Bu haqdadanışmaq mənə çətindir. Amma dediyim ki, ədəbi proses donuqlaşıb. Bəlkə dəictimai-siyasi proseslərlə bağlıdır. Ya da sosial media insanların ədəbiyyataayıracaqları vaxtı alır. ELə yazıçılarımız da sosial mediada daha çox vaxtkeçirirlər. Bir də qarışıqlıq dövrüdür sanki. Ədəbiyyat üçün bir az durulmağaehtiyac var. Mən öz şəxsimdə bütün bunları hiss edirəm.

- Bizim, yəni ədəbiyyatçıların rejissorlarla sıx əlaqələriyoxdur. Sanki aramızda uçurum var. Əvvəllər belə deyildi. Bu əlaqələri təzədənqurmaq mümkündümü? Bərabər iş görmək baxımından soruşuram.

-Yazıçıkinoda iştirak etməməlidir. Kinoda ssenarist peşəsi var ki, mahiyyət etibarı iləyazıçılığa daha yaxın sahə odur. Ssenari də ədəbi formadır, lakin onu hekayə,ya da povestlə qarışdırmaq olmaz. Necə ki, drama səhnə üçün yazılırsa ssenari dəfilm üçün yazılır. Romanın isə belə bir problemi yoxdur. O oxunmaq üçündür. Yaxşıhekayə hələ yaxşı ssenari demək deyil. Yazıçılarımız ssenari yazmağı öyrənməlidirlər.Mən Azərbaycan ədəbiyyatının çox güclü potensialı olduğuna inanıram. Bupotensial ssenariyə çevrilməlidir. Lakin bir məqama da baxaq. Götürün, dünyanınən yaxşı filmlərini... Görün, neçəsi ekranizasiyadır? Tolstoy, Hüqo, Balzak,Dostoyevski kimi ustaların əsərlərinə nə qədər uğurlu film çəkilib? Bu mənadakinonun spesifik sahə olduğunu qəbul etmək lazımdırBütün bunları praktik və nəzərişəkildə öyrənmək lazımdır. Bir yazıçımız deyirdi ki, mənim romanıma film çəksələrOskar alar. Soruşdum ki, bu il Oskarı hansı film alıb, bilmədi. Yəni, beləyazıçılarla Oskar ala bilməyəcəyimiz o qədər aydındır ki...

- İndi nə ilə məşğulsan?

-Mədəniyyətnazirliyinin sifarişi, "Azərbaycanfilm”in dəstəyi ilə ZenFilmdə "Soraq” adlı qısametrajlı filminin çəkilişlərini başaçatdırdı. Bu bizim dövlət sifarişi ilə ərsəyə gələn ilk işimiz idi. Və istər"Azərbaycanfilm”in, istərsə də nazirliyin dəstək və qayğısını açıq şəkildə hissetdik. Faktiki olaraq yaradıcı prosesə qətiyyən müdaxilə edilmədi və işin yaxşıalınması üçün bütün imkanlar səfərbər olundu. Hazırda filmin montajı gedir.

Bundan əlavəişçi adı "Nəfəs” olan qısametrajlı filmin hazırlığına başlamışıq. Hər ikifilmin rejissoru mənim əziz dostum Pərviz Həsənovdur. Bayaq sən yazıçılarlarejissorların əməkdaşlığı haqqında sual verdin. Məncə, ən vacib olan yazıçının,daha doğrusu ssenaristin öz rejissorunu tapmağıdır. Azərbaycan və eləcə dədünya kinosu tarixində ssenarist-rejissor əməkdaşlığının çox gözəl nümunələrivar. Bu iş kollektiv işdir, başqa cür alınmır.

- Son olaraq Tural, belə bir sual vermək istəyirəm:film, ədəbiyyat, yoxsa teatr? Üçü arasında qalsan hansını seçərdin?

- Keçmişgömrük naziri demişkən, nə fərqi var, hamısı puldu da. Yəni, hamısı yazıdıda... Axırda bir cümlə də deyim?

-De...

-Həyatdanmaraqlı heç nə yoxdur. Bircə yazı istisnadır.

- Öz fikrindi?

- Yox, OrxanPamuk...


Söhbətləşdi: Ayxan Ayvaz