"Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub" - Rəşad Məcid
4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük bir qismi – 691-i həllini tapıb, tərəflər arasında razılığa gəlinib.
Adalet.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən toplanmış materiallar baxılmaq üçün Şuranın şikayətlər üzrə komissiyasına təqdim edilib.
"Şikayətlər üzrə komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb. 38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib. Beləliklə, şuranın idarə heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar çıxarıb. Qərarlarda əsasən jurnalistlərin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına etinasız yanaşmaları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb. Onu da bildirək ki, katiblik səviyyəsində həllini tapmış bir çox şikayətlərdən başqa Şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilmiş şikayətlərin sayından təxminən iki dəfə çoxdur".
Digər Xəbərlər
16 Oktyabr 2026 10:22
Jurnalistlərin IX Qurultayının iştirakçıları İlham Əliyevə müraciət ünvanladılar
16 Oktyabr 2026 09:11
Mətbuat Şurasının IX qurultayı keçirilir
15 Oktyabr 2026 16:02
Rəşad Məcid Mətbuat Şurasından gedir - Yeni namizədlər
15 Oktyabr 2026 06:55
Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - RƏSMİ AÇIQLAMA
14 Oktyabr 2026 13:48
İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi
14 Oktyabr 2026 11:01
"İran və Türkiyədən Azərbaycana qarşı trol hücumları intensivləşib" - Media və Yayım Şurası
13 Oktyabr 2026 10:41
Xpress.az 1 yaşında!
12 Oktyabr 2026 19:32


Bakı -°C

