adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Sentyabr 2018 14:37
8608
DÜNYA

«PUTİN MƏNİM ÖLÜMÜMÜ İSTƏYİR»

Böyük Britaniyanın«məşhur» Solsberi şəhərinin «Prezzo» restoranında əri ilə birlikdə yeməkdən zəhərlənənkeçmiş Rusiya, hazırda İsrail vətəndaşı olan 30 yaşlı Anna Şapiro bildirib ki,«mən əminəm ki, Putinin əlaltılarının hədəfindəyəm. Ölkəmdən imtina etdiyimüçün onlar elə hesab edirlər ki, mən Britaniyakəşfiyyatının hədəfindəyəm. Atam rus ordusunun generalı olub. O da çoxsaylıtəzyiqlərə və təhdidlərə dözmədiyi üçün bu yaxınlarda Londona köçüb. Ona görə dədüşünürəm ki, Putin mənim ölümümü istəyir».

Britaniya mənbələrigüman edirlər ki, bu cütlük siçan dərmanından zəhərləniblər. Rəsmi orqanlar isəhələ ki, ekspertizanın rəyini gözləyirlər. Ona görə də heç bir açıqlama vermirlər.

İndi deyəsən dəbədüşüb, kim harda zəhərlənsə Rusiyanı günahlandıracaq.