"Pulların bu formada xərclənməsi düzgün deyil" - Deputat ezamiyyələrin azaldılmasını təklif etdi
                            "Görülən müsbət işlər deyildi. Bunları təqdir edirəm. Hesab edirəm ki, bəzi tənqidi fikirlərimi hökumət üzvləri eşitməlidir. İqtisadiyyatımız neft gəlirlərindən asılı olaraq qalır. Neft qiymətinin büdcədə 65 dollar götürülməsi qeyd edildi. Ola bilsin ki, qarşıdakı ildə daha da baha olsun. Amma bunun azalması ehtimalı da var".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, gələn ilin büdcəsində elm xərcləri üçün 229 milyon manat nəzərdə tutulub. Onun sözlərinə görə, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün bir il ərzində nəzərdə tutulan xərclər 239 milyon manatdır: "Avropa İttifaqında elmə ayrılan vəsait ÜDM-in orta hesabla 2,2 faizini, bizdə isə 0,2 faizini təşkil edir. Belə olduğu halda bizim bu istiqamətdə ciddi nailiyyətlər əldə edəcəyimizdən söhbət gedə bilməz".
Q.Həsənquliyev xarici ezamiyyələrin azaldılmasını təklif edib: “Əvvəllər bizim torpaqlarımız işğal altında idi. Çox sayda tədbirlər keçiridik, özümüz tədbirlərə gedirdik. Çalışırdıq ki, hər imkandan istifadə edib, Ermənistanın işğalından danışaq. İndi torpaqlarımızı işğaldan azad eləmişik. Xaricə ezamiyyələrin sayı olduqca azaldılmalıdır. Bizim səfirliklərimiz var, beynəlxlaq tədbirlərdə onlar iştirak etməldirilər. Cənab Prezident, Milli Məclisin sədri, prezidentin köməkçiləri və müxtəlif nazirlər tapşırıqla səfərlərə göndərilir ki, bu, olduqca vacibdir. Amma mərkəzi icra hakimiyyətinin orqanları bir çox hallarda bu ezamiyyələrə olduqca böyük vəsait sərf edirlər. Bu cür çətinliklə qazanılan pulların bu formada xərclənməsini düzgün hesab etmirəm".
Digər Xəbərlər
        
        04 Noyabr 2025 18:00
    
    Müavinət və təqaüdlərlə bağlı YENİ AÇIQLAMA
        
        04 Noyabr 2025 17:52
    
    Buğda yüklü qatar Azərbaycandan Ermənistana gedib - VİDEO
        
        04 Noyabr 2025 16:42
    
    "Bu yanaşma bazarda inamı gücləndirir və manatının alıcılıq qabiliyyətini müdafiə edir"
        
        04 Noyabr 2025 15:18
    
    "Xərc siyasətimiz çox məsuliyyətlə həyata keçirilir” - Mikayıl Cabbarov
        
        04 Noyabr 2025 13:45
    
    "Elektrik avtomobili idxal edənlər vergidən azad olunmalı deyil" - Deputat
        
        04 Noyabr 2025 12:56
    
    "İcmal büdcənin yuxarı həddi dəyişdirilməlidir" - Palata sədri
        
        04 Noyabr 2025 12:38
    
    Sadələşdirilmiş vergi limitinin 400 min olması təklif olunur
        
        04 Noyabr 2025 12:33
    
    

                                Bakı -°C
                            
    
            
            
            
            
            